Qatıqla faydalı içkilər

Payız və qış fəsillərində soyuqdəymə və virus xəstəliklərinin sayı kəskin artır. Özünüzü bu xəstəliklərdən qorumaq istəyirsinizsə, ədviyyatlar əlavə olunmuş qatıq için. Nəzərə alın ki, təzə qatıq daha faydalıdır.

Qatıq bağırsaqların mikroflorasına çox müsbət təsir edir ki, bu immun sistemini möhkəmləndirir. Ədviyyatlar isə güclü mikrob və virus əleyhinə təsirə malikdir. Mütəxəssislər hər gün 1 stəkan müxtəlif ədviyyatlar əlavə olunmuş qatıq içməyi tövsiyə edirlər.
Davamı →

Təbii içkilər

Ekoloji problemlər bizi çiy su içmək  problemi ilə üz-üzə qoyub. İnsanlar düşünür ki, su qaynadılıb içilməlidi ki, mikroblar məhv olsun. Əslində insan orqanizminə, ürəyin və başqa orqanların sağlamlığı üçün su çiy şəkildə qəbul edilməlidir. Lakin çiy suda mikrob təhlükəsi olduğundan alternative variant seçilməlidir. Məlumunuz olsun ki, su qaynadıldıqda deyil, yalnız dondurulduqda tərkibindəki mikroblar məhv ola  bilər. Buz soyuducudan götürülür, əridilir, 6 saat ərzində içilməlidir.

Satışdakı hər bir təbii şirə adı ilə satılanlardan tutmuş qazlı, qazsız suya qədər orqanizmə ziyanlıdır. Xüsusən də hamilə qadınlara qəti qadağandır. Məlumdur ki, təbii şirələr 30 dəqiqədən artıq saxlanıldıqda  öz tərkibini itirir.  Bu zaman şirənin tərkibindəki mikroelementlər parçalanır və keyfiyyətini  itirir. Satışdakı təbii şirələr adı altında satılan içkilərin tərkibi uzun muddət təzə qalması üçün kimyəvi maddə, aroma, rəng insan orqanizminə çox zərərdir.


Ardı →