Dünyanın ən gözəl 10 çimərliyi

10. Kaunaoa Körfəzi – Amerika Birləşmiş Ştatlarının Havay ştatının Kohala sahilində yerləşən 0.4 kilometr uzunluğunda aypara formasında uzanan bu çimərlik ağ qumlu sahili, sahil boyu uzanan palma ağacları, sakit, aydın və mavi sakit okean suları ilə göz oxşayır.


Ardı →

Saytım harada yerləşsin?

Bu günlərdə hostingimin lap zayı çıxdığından bu mövzuya da toxunmaq fikrinə gəldim. O gün uşaqlar tvitterdə deyir ki, bəs database ilə bağlı problemin var. Hostingimi Rusiyadan götürdüyüm üçün, onlara müraciət etdim. Servis deyir ki, bəs sizin sayt L12 serverində yerləşib, Database`lər isə L13 serverində. L13 ilə hal-hazırda problemimiz var… Bu problemdə artıq 1 həftədirki çəkir… Lap bezdiriblər məni… Bu ilin axrında hostingə ödədiyim vaxt bitdikdə, yeni hostingimi Azərbaycanda götürəcəm. Ona görə elə indidən, gəlin Azərbaycan hostingləri ilə tanış olaq. İlkin olaraq, 5 aktiv hosting haqqında danışaq. Bunlar: ActiveCloud, Adanet, SahilHost, SuperOnline Hosting və Yer.az hostingidir. Bu hostinglərin qiymətləri, təklif etdikləri xidmətlər, servis və digər xüsusiyyətləri ilə yaxından tanış olaq.
Ardı →