Sakura 28 mart turnirinin anonsu

Novruz bayramı və texniki çətinliklər ilə əlaqədar olaraq bir müddət Sakura onlayn-breyn rinq yarışı keçirilmədi. Müjdə vermək istəyirəm ki,sabah(28 mart) saat 18:00 yarış təzə sistem ilə başlayır.Artıq cavab vermək,şərhə cavab yazmaq,kimin tez,kiminsə gec cavab verdiyini yoxlamaq kimi şeylər olmayacaq:-)
Ayrıca bir səhifə veriləcək və hər bir qeydiyyatdan keçmiş istifadəçi suallara cavab verəcək,onun cavablarını heç kim görməyəcək.
Ola bilər ki,birinci dəfə yeni sistem ilə olduğu üçün problemlər yaransın,amma inanmıram ki,olsun.Suallar həmişəki kimi orijinal olacaq,Facebook-da Nə?Harada?Nə zaman? qrupundakı sualları oxumaya bilərsiniz:-)
Hansı səhifədə yarışın keçiriləcəyi və s. sabah elə bu topikdə elan olunacaq. Mükafat həmişəki kimi qalır.
Davamı →