Qvatemala salatı

İnqridientlər:
– 1 dəstə kahı
– 3 qırmızı pomidor
– 3 sarı bibər
– 3 yaşıl bibər
– 1 ovuc zeytun
– 3 xörək qaşığı zeytun yağı
– yarım stəkan xırda üzüm
– 1 limon zövqə görə duz.

Hazırlanma qaydası:
Kahı yarpaqları təmiz yuyulur, suyu quruduqdan sonra boşqabın kənarlarına düzülür.

Tərəvəzlər yuyulur, pomidorlar və bibərlər uzunsov doğranır. Üzərinə duz və zeytun yağı əlavə edilir. Sonra üzüm dənələri və limon şirəsi əlavə edilib süfrəyə verilir. Nuş olsun!
Davamı →

Toyuqlu düyü salatı

Tərkibi:
yarım stəkan bişmiş düyü
500 qram toyuğun döş əti
2 ədəd turp
1 ədəd xiyar
1 ədəd soğan
1 ədəd soyutma yumurtanın sarısı 
2 xörək qaşığı zeytun yağı
1 ədəd limon
duz

Hazırlanması:
Döş əti xırda doğranır və az suda bişirilir. Bişənə yaxın nazik doğranmış xiyar, soğan, turp, limon suyu, yağ və duz əlavə edilib 10 dəqiqə qaynadılır. Qazanın suyu süzüb soyudulur. Soyuduqdan sonra başqa bir qabda bişmiş düyü ilə qarışdırılıb servis edilir. Servis edilərkən salatın üstü yumurta sarısı ilə bəzədilir.
Nuş olsun!
Davamı →

Olivye salatı

Bu salat XIX əsrdə Rusiyada fransız aşbazı Lyusyen Olivye tərəfindən hazırlanıb. Sovet vaxtında salatın tərkibi xeyli dəyişildi və indi biz məhz bu sovet salatını «Olivye» kimi tanıyırıq və sevirik. Salatın müxtəlif reseptləri var. Sizə bu salatın klassik reseptini təqdim edirik.

İnqrediyentlər:
— 4 orta ölçüdə kartof
— 3-4 kök
— 4-5 yumurta
— 350 qr bişmiş mal əti
— 4-5 duzlu xiyar (kornişon)
— 450 qr konservləşdirilmiş yaşıl noxud
— 250-300 qr mayonez
— duz, istiot (zövqə görə)
Davamı →

Qozlu çuğundur salatı

Tərkibi:
2 ədəd bişmiş çuğundur
2 diş sarımsaq
50-100 qr qoz ləpəsi
mayonez
duz
istiot

Hazırlanması:
1. Məhsullar hazırlanır.
2. Salatın dadlı alınmasının ilk səbəbkarı çuğundurdu, bunun üçün çalışın mümkün qədər təzə çuğundur alasınız. Bişmiş, qabığı soyulmuş və soyudulmuş çuğundur sürtkəcdən keçirilir, sarımsaqlar xırda doğranılır, qoz ləpələri blender vasitəsi ilə (və ya sürtkəcdən keçirməklə) xırdalanır.
Davamı →

Göbələkli qarğıdalı salatı

Ərzaqlar:
1 qutu qarğıdalı
300 qr. göbələk
100 qr. soğan
300 qr. toyuq filesi
2 yumurta
Duz
Mayonez
Bitki yağı

Hazırlanması:
Toyuq filesini qaynadın və soyudun. Soğanı xırda — xırda doğrayın.

Kökü süzgəcdən keçirib qızardın. Göbələyi təmizləyərək, kub şəkilində doğrayın. Soğanı bitki yağında qızardın.

Göbələk də əlavə olunduqdan sonra suyu tam çəkilənə qədər qızardın. Sonra qat — qat file, kök, qarğıdalı, göbələk, yumurtanı qaba qoyun. Aralarına duz əlavə olunur və mayonez çəkilir.
Davamı →

İspanaq salatı

Tərkibi:
500 qr körpə ispanaq
1 ədəd qırmızı dolmalıq bibər
1 ədəd yaşıl dolmalıq bibər
100 qram ağ pendir
2 dilim antrikot əti
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Sousu üçün:
2 yemək qaşığı sirkə
3 yemək qaşığı zeytun yağı
1 çay qaşığı duz


Ardı →

Yunan salatı

İnqrediyentlər:
— təzə pomidor — 2 dənə,

— təzə xiyar — 2 dənə,

— «brınza» pendiri — 100 qr

— zeytun — 50 qr

— qırmızı soğan — 1 dənə,

— kahı,

— zeytun yağı.


Ardı →

Göbələkli salat

İnqrediyentlər:
— kələm — 200 qr,

— təzə xiyar — 2 dənə,

— duzlu xiyar — 2 dənə

— qırmızı bibər — 2 dənə

— qırmızı soğan — 1 dənə,

— sarımsaq — 2 diş,

— duzlu göbələk («opyata» və ya «qruzdi», supermarketlərdə satılır) — 200 qr


Ardı →

Vineqret

İnqrediyentlər:
— kartof — 2 dənə
— çuğundur — 2 dənə
— kök — 2 dənə
— duza qoyulmuş kələm («molokan» kələmi) — 150 qr
— duza qoyulmuş xiyar — 3 dənə
— lobya — 1/2 stəkan
— qırmızı soğan — 1 dənə
— bitki yağı, duz, istiot (zövqə görə).
Hazırlama:
1. Kartof, kök, çuğundur bişirilir və soyulur. (Çuğundur ayrı bişirilir.)
2. Lobya axşamdan suda isladılır və yumşaq olana kimi bişirilir.
3. Kartof, kök, çuğundur kub şəklində doğranılır. Soğan və xiyar xırda doğranılır.
4. Duzlu kələm doğranılır.
5. Bütün ingrediyentlər qarışdırılır. Duz və istiot vurulur və yenə də yaxşı qarışdırılır.
6. Bitki yağı qabda bir qədər qızdırılır və salata əlavə olunur. Salat yenə də yaxşı qarışdırılır.
Davamı →

Yolka oyuncaqları salatı

Tərkibi: 
450 q kartof
5 yumurta
250 q bolqar bibəri 
1 xiyar 
mayonez 
şüyüd 

Hazırlanması:
Kartofu yaxşı yuyub qabığını soyun. Suya duz töküb qaynadın. Kartofları bütöv bişirin. Hazır olandan sonra çıxarıb boşqaba düzün, soyusun. 

Yumurtaları suda bişirin, qabığını soyun.

Ardı →