Katana - Samuray qılıncı

Tapança gülləsini ortadan ikiyə böləcək qədər kəskin və davamlı, eyni zamanda bir saç telini ortadan ikiyə böləcək qədər də həssas olan bu qılınc bəlkə də Yapon xalqının dünyaya verdiyi ən möhtəşəm əsərlərdən biridir. Tarixi 10-cu əsr və əvvələ söykənən bu qılınc, Yapon xalqını iftixar, ruhani güc və itaətkarlıqla təmsil etmiş ancaq bir çox insanın qorxulu yuxusu olmuşdur. Tək bir həmlədə insan bədənini ortadan ikiyə ayıran bu qılıncın istehsalı günümüzdə çox az həcmdə aparılır və qiymətləri beş min dollar ilə əlli min dollar arasında dəyişir.

Dünyanın ən iti qılıncı adına sahibdir. Amma Katana qılıncı ilə birlikdə Avropanın düz ağızlı qılıncı da bu yarışın içərisindədir. İki qılıncı müqayisə etdikdə, şübhəsiz, Katana bu yarışı qazanacaq xüsusiyyətdə tək qılıncdır. Tarixə baxanda çox mənbə Yaponların, Avropanın düz ağızlı qılıncını məsxərə etdiklərini yazır.
Davamı →

Samuraylar

samuray
“Ağalarına, sahiblərinə sədaqətlə xidmət edənlər” – samuraylar I əsrdə mövcud olmuşlar. Samuray deyəndə, şübhəsiz ki, Yaponiya göz önünə gəlir.

Çünki samuraylar Yaponiyada yaranmış, yaşamış və fəaliyyət göstərmişlər. Samuraylar sahiblərinə bir növ mühafizə, cangüdən xidməti göstərmişlər. Yaponiyada  I əsrdən XIX əsrədək samuray xidmətindən istifadə olunmuşdur. XIII-XVI əsrlərdə isə samuraylardan hərbiçi kimi də istifadə olunub.

 “Samuray” sözü qədim yapon dilindən tərcümədə — “ali mənsəbə məxsus insanlara xidmət”, “sahibinə qulluq” mənasındadır. Samuraylar sahiblərinin həm özünü, həm əmlakını, həm də ərazisini qoruyurdular.


Ardı →