Sarımsaq yağının hazırlanması və faydaları

Sarımsağın faydaları hamıya məlumdur bu möcüzəvi bitki illərdir insanların sağlamlığı üçün bir mayak rolunu oynamaqdadır.  əvvəlcə sarımsaq yağının hazırlanmasını yazaq sonra istifadə ounması haqqında yazarıq. Deməli 4-5 diş sarımsağı sarımsaqəzəndə əzib 1 stəkan (200 qram) rafinə olunmamış  zeytun yağına qarışdırın, sonra ağzı kip bağlanılan şüşə qaba doldurub 1 həftə gözləyin çalışın gözlədiyiniz 1 həftədə sarımsaq yağını isti bir yerdə saxlayasınız. Yay olanda pəncərə qabağında,  qış olanda soba (otopleniya) üstündə. 1 həftə sonra yağı 4-5 qat cunadan süzün istifadə edə bilərsiniz.                           
Davamı →

Sarımsaq yağı

Sarımsaq yağı əsl təbii dərmandır. Sarımsaq yağı bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi və profilaktik vasitə kimi istifadə oluna bilər.

Bu yağın güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətləri var. Yağ soyuqdəymə və qrip xəstəliklərinin güclü profilaktik vasitəsidir.

Sarımsaq yağı təbii antibiotikdir. Onun tərkibində olan bioloji aktiv maddələr bağırsaq çöpü, difteriya, vərəm çöpü, stafilokokk, streptokokk və s. kimi ziyanlı bakteriyaları öldürmək xüsusiyyətinə malikdir.

Sarımsaq yağı damarlar üçün çox faydalıdır — onları daha elastik və möhkəm edir, təmizləyir, aterosklerozun qarşısını alır.
Davamı →