Satış bacarığının önəmi: Zənginliyə gedən yol!

Varlı olmaq istəyirsinizsə, satış etməyi bacarmalısınız.
Qızıl satış və qızıl satışın xüsusiyyətləri…
Satış indiki dövrdə bütün hallarıyla tələb olunandır, şirkət və ya fərdi inkişafın dayaqlarından biri dürüst konkurensiyadırsa digəri isə satışdır.
Satış haqqında fərqli teoremlər ola bilər, mənə görə isə, satış mümkünsüz olan zaman onu real satışa çevirməkdir. 5 il özəl şirkətdəki  aktiv satış təcrübəm, əlavə 10 yaxın şəxsi biznes sahələrində satış təcrübəm bunu sübut edib ki, satışın yalnız 20% işci tərəfindən olunur, digər hallarda isə, alıcı özü satış üçün təşəbbüskar olur. Belə ki, kiməsə çörək lazımdırsa o gedib mağazadan o istədiyi çörəyi alır, deməli biz həm fərdi, həmdə şirkət olaraq alıcı üçün təsir göstərəcək zəmin yaratmalıyıq ki, alıcı məhz bizim mağazadan alsın.
Davamı →

60 saniyə ərzində necə satış etmək olar?

Təsəvvür edin ki, ticarət anında potensial müştərinin diqqətini çəkmək üçün cəmi 60 saniyəniz var. Gəlin bu zaman onu ən yaxşı şəkildə necə istifadə edə biləcəyinizlə bağlı ipucları ilə tanış olaq:
Sual: Hər zaman satış ilə anlaşmanı eyniləşdirirdim. Və son zamanlarda potensial müştərilərimin satış danışıqlarında məndən uzaqlaşdığını gördüm. Əsas mətləbə keçməyin və satışı qazanmağın ən yaxşı yolu nədir?
Cavab: Əvvəlki ilə müqayisədə alcılar daha elmlidir. Hansı satış və bazar növlərinə köklənməmizin lazım olduğunu anlamaq üçün ilk öncə potensial müştərinin dünyasını anlamalıyıq və bunun da ən yaxşı yolu ağıllı suallar verməkdir. Bəs bu suallardan necə və nə zaman istifadə etməliyik?
Davamı →

Profesional satış qaydaları

Satışda müvəffəqiyyət, müvəffəqiyyətli bir satış görüşü ilə başlayır. Satış görüşündə alıcılara tələb etdikləri və ya istəkləri kimi bir məhsul təqdim edilməlidir. Bu edilmədiyi halda çox vaxt satış reallaşmadan görüş sona çatar.
 Buna görə də Satışla bağlı görüşlərdən əvvəl aşağıdakı suallar cavablandırılmış olmalıdır: 
Kiminlə nə üçün, hansı mövzuda və necə görüşəcəyəm? Nələrlə qarşılaşa bilərəm? Bunlara hazırlıqlıyammı? 

Satışla bağlı görüşlərdən nəticə əldə edərək ayrılmaq üçün, qərar vermə qabiliyyətinə sahib olan insanlarla bir araya gəlinməlidir. Bununla da satış müddəti qısalacaq və qısa vaxt ərzində nəticə əldə olunacaq.

 Satışla bağlı görüşün əvvəlində mütləq bir iş görülməlidir; bölmələr, qiymətlər kimi əhəmiyyətli bütün məlumatlar nəzərdən keçirilməlidir. Bu kimi mövzularda müştəri olacaq namizədin qarşısında tərəddüd etmək, edilən işə hakim olunmadığı imicini yaradacaq.
Ardı →