Satışda faydanı ortaya çıxarma

Satış və marketinq günümüzün ən əsas peşələrindən biri, istehsal və xidmət sektoru ölməsə də hər il öndə qalacaq peşələrdən biridi. Məhsul olduğu müddətcə, satış və marketinq də olmaq məcburiyyətindədir.

Məhsul kimə satılır? Ən doğru cavab " ehtiyacı olana ". Kritik məqam da budur, faydanı ortaya çıxarma zəruriliyi. İstehlakçı, müştəri, yəni satışın həmsöhbəti özünə bir fayda verəcəyi hissinə qapılmazsa niyə pulunu sizin məhsulunuz üçün xərcləsin ki? Faydanı ortaya çıxarmağın kritik təməl daşları isə:

Doğru sualları vermək
Açıq suallarla müştərimizə ehtiyacının nə olduğuna dair məlumatı almaq, bağlı suallarla dinlədiklərimizi etdiyimiz hasilatı qarşı tərəfə təsdiq etdirmək lazımdır.

Yaxşı dinləyici olmaq
Bəzən müştərilər əslində nəyə ehtiyacı olduğuna dair bizə elə əhəmiyyətli tövsiyyələr verirlər ki, siz yaxşı bir dinləyici deyilsinizsə bu tövsiyyələr uçub gedər. Yaxşı dinləmək, anladıqlarımızı da qısa-qısa təsdiq etdirmək əhəmiyyətlidir. Çünki müştərilər özlərini dinləyən və anlayan, həll yolu tapan tərəflərdən xidmət almaqdan məmnun olurlar.
Ardı →

Satış texnikaları

Satış-istehsal və ya var olan məhsulun yada xidmətin bir əvəz qarşılığında insanlara təhvil verilməsidir.

Pərakəndə satış- məhsulunu satış nöqtələrində ən çox sayda və istehlakçını satın almağa yönəldəcək ən ağıllı şəkildə və cazibədar şəkildə (vizual təqdimat, reklamlar, musiqi, mağaza anlayışı kimi) təqdim edə bilməkdir.

Pərakəndə satıcı: İş təşkili edən, satış öncəsi hazırlıq edən, müştərilərlə görüşərək satış əməliyyatını izləyən, satış sonrası əməliyyatı yoxlayan, bir sonrakı günə hazırlıq edən, peşə inkişafına bağlı fəaliyyətləri icra edən məsuliyyət sahibi şəxsdir.

Vəzifələri:
— İş sağlamlığı və iş təhlükəsizliyi ilə əlaqədar qaydalara uymaq.

— İş təşkilatı etmək.

— Müəssisənin ehtiyacı olan mal və xidmətin bazar araşdırmasını etmək.

— Müəssisəyə alınan məhsulların anbara təslim edilməsini təmin etmək.

— Ehtiyaclar və ehtiyatlar barədə məlumat almaq

— Satın alınacaq mal və xidmətlərin miqdarını, keyfiyyətini, xərcini, təslim tarixlərini və digər müqavilə şərtlərini araşdırmaq
Ardı →