“İkinci əl” əşyalar uşaqlara uyğundurmu?

Valideynlər üçün maddi vəsaitə qənaət etməyin yollarından biri istifadə olunmuş uşaq geyimləri və digər əşyalar almaq və ya əldə etməkdir. Adətən yaxın qohumlar və ya tanışlar arasında kiçilmiş uşaq geyimlərinin mübadiləsi və ya ianəsi halları illərdir ki, valideynlik mədəniyyətimizdə mövcuddur. Hətta qıtlıq dönəmlərdə qadınlar hamiləlikdə biri-birlərinin hamilə geyimlərini geyinib, hamiləlik dövrünü başa vururdurlar.

Bundan əlavə ata-analarımız və nənə-babalarımız son zamanlar Qərbdən gələn “Second-hand” anlayışından (hərfi tərcüməsi “ikinci əl” deməkdir) öncə uşaq əşyalarından davamlı və qənaətcil istifadə edirdilər. Əgər müasir zamanda uşaqların geyimini cinsi fərqinə görə seçirlərsə, bir neçə nəsil öncənin nümayəndələri heç ona da fikir vermirdilər. Qıza oğlan, oğlana qız donu geyindirərək uşaqları böyüdüb başa çatdırırdırlar.
Davamı →