Seriallara baxmağın faydaları


Bir çoxları serialların vaxt itkisi və mənasız bir əyləncə növü olduğunu düşünür. Psixoloqların apardığı araşdırmalar isə bunun tam əksini sübut etdi:

1. Seriallar əhval-ruhiyyəni qaldırır
Depresiyyadan əziyyət çəkirsinizsə, sevdiyiniz seriallar bu dönəmdə sizin əlinizdən tuta bilər. Əlbəttə ki, bu ağlınızı pis fikirlərdən yayındırmaq üçün bir neçə yoldan biridir. Bundan başqa siz dostlarınızla görüşə bilərsiniz, idmanla məşğul ola bilərsiniz, diqqətinizi işinizə verə bilərsiniz, ancaq razılaşın ki, bir çoxları üçün bu üsullar effektiv deyil. Xüsusilə introvertlər üçün.
Davamı →

Ən yaxşı 10 xarici serial

Breaking Bad (2008)

IMDB balı: 9.5
 

Orta məktəbdə kimya müəllimi işləyən 50 yaşlı Walter White ailəsini dolandırmaq üçün dərsdən sonra avtomobil yuma məntəqəsində işləyir. Bir müddət sonra ağciyər xərçənginə tutulduğunu və çox az ömrü qaldığını öyrənir. Bu ərəfədə təsadüfən keçmiş şagirdi Jesse Pinkmanla rastlaşır. Pinkman metamfetamin adlı narkotik maddə bişirib satır. Walter White ailəsinə pul mirası qoymaq üçün Pinkmanla birlikdə narkotik işinə girir… Dürüst və şərəfli biri olan Walter White qısa ömrünə bir az həyəcan qatmağa başlayır, nəticədə həyatı birdən-birə tamamilə dəyişir. 2008-ci ildə başlayıb 2013-cü ildə bitən, 5 mövsüm, 62 bölümdən ibarət olan bu serial 6 Emmi mükafatına layiq görülüb. Dünyanın ən çox izlənilən seriallarından biridir.


Ardı →

Bu videolar Youtube-da silkələnmə yaratdı - GƏLƏNLƏR

GƏLƏNLƏR haqqında.

Youtube video sosial şəbəkəsində Masonlar, İlluminati haqqında axtarış edərkən qarşıma çox maraqlı serial videolar çıxdı -GƏLƏNLƏR (The Arrivals). Bir neçə bölümünü bir nəfəsə seyr etdikdən sonra, daha da maraqlı gəlməyə başladı və 50 hissəsinin hamısını izlədim. Video serialın adının nə üçün GƏLƏNLƏR olması yəqin ki sizi çox düşündürdü. Səbəb isə tək Allahlı dinlərdə — Yəhudilik, Xristianlıq və Müsəlmanlıqda Qiyamət günündən qabaq ədalətsizlik, zülm və nizamsızlıqla dolan dünyada bütün bunları bərpa etmək üçün XİLASKARLARIN — Hz.İsa(ə) və Hz.Mehdi(ə) zühur etməsi inancının bu video serialda işıqlandırılmasıdır. Təbii ki,XİLASKARLARIN DƏCCAL (Antichrist) kimi böyük düşməni  olacaqdır ki, bu filmdə onun peyda olması və «yer altından»  fəaliyyət göstərməsinin nişanələri göstərilir. Bir çox tarixi və dini mənbələrdə göstərildiyi kimi DƏCCAL özünə böyük ordu yığacaq vəXİLASKARLARIN inanclılardan ibarət ordusuna qarşı bəlkə də 3-cü dünya müharibəsi adlandırılacaq böyük bir müharibə — Xeyir və Şərin müharibəsi başlayacaqdır. GƏLƏNLƏR (The Arrivals) «Hashemsfilms» tərəfindən ABŞ və digər bir çox ölkələrdə sübutlar yığılaraq uzun müddətli araşdırmalar nəticəsində çəkilmişdir.


Hansı sirləri öyrənəcəksiniz.

Dünyanı idarə edənlər adlandırılan - Masonların gizli fəaliyyətləri, siyasətləri, musiqi və kino ulduzlarından necə məharətlə istifadə etmələri məni heyrətə saldı. Hələ onların memari tikililəri haqqında olan hissəyə baxarkən  Bakıda yeni tikilən bir çox tikililər gözümün qabağına gəldi. Belə ki, hər bir sənətkar öz əsərində öz imzasını qoyduğu kimi bu masonlar da öz tikililərində müəyyən şifrələr ilə öz imzalarını qoyurlar. Hələ cizgi filmlərində uşaqların beynini yuyan və yaşlarına heç uyğun olmayan simvollar və şifrələnmiş səhnələrin yer alması məni çox dəhşətə gətirdi. Televiziya, demokratiya, hollywood, pop musiqisinin pərdə arxasında qalan bütün sirləri ilə tanış olmaq istəyirsinizsə mütləq bu video serialı izləyin. Video serialın bütün hissələrinə blogun youtube kanalında baxa bilərsiniz.


 


YOUTUBE KANALINDA baxa bilərsiniz.










Davamı →

"Klon" serialı

  • Kino
Mərakeşin gözəl, ekzotik görünüşləri, onların fonunda unudulmaz məhəbbət əhvalatı, insanın klonlaşdırılması, narkotiklər və müsəlman mədəniyyəti… «Lider» telekanalı ilə nümayiş etdirilmiş məşhur Braziliya telenovellasının — «Klon»un əsasını bunlar təşkil edir. «Klon»un tamaşaçıların böyük marağına səbəb olmuşdu.
Telenovellanın müəllifi Qloriya Perez öz əhvalatında nə siyasətə, nə də dinə toxunmadığını deyir. Amma buna baxmayaraq, serial premyerasından sonra kifayət qədər narahatlığa əsas verdi. Premyeraya təxminən iki həftə qalmış Nyu-Yorkda terror aktları baş verdi. Heç kim bilmirdi ki, müsəlman ölkəsinin təsvir edildiyi telenovellanı publika necə qarşılayacaq. Amma telenovella bəzi məqamlara — müsəlmanların terrorçu olmadığına — aydınlıq gətirməkdə kömək edir.
Ardı →

Serialların həyatımızdakı rolu

Gündəlik həyatımızın vazkeçilməz şeylərindən olan seriallar ən az saat yarım vaxtımızı alır. Balaca uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin vaxt ayırdığı seriallarsız həyatımızı təsəvvür etmək hardasa qeyri-mümkün hala çevrilib. Hər nə qədər serial deyərkən qadınlar yada düşsə də kişilərin də baxmadığı mənasına gəlmir. Gün ərzində ard-arda bir neçə serial izləyərək vaxtımızın böyük hissəsini onlara həsr etmiş oluruq.


Ardı →

Serialomaniya

-   Alo, nətərisən, ay Nəzakət, evdə-eşikdə nə var nə yox? Balalar necədi? Əsas balalardı.
-   Ağəz, çox sağ ol, sən soruşandan bəri yaxşıyıq. Sizdə nə var nə yox? Kişi neyləyir?
-   Əşi, kişidi dəə, sabah çıxır, axşam qayıdır, neynəsin yazıq? Bir tikə çörək dalınca qaçır, türklər demiş, əkmək qazanır. Bura bax, iki gündü işıqlarımız sönüb, o seriallara baxa bilməmişəm, Çakırın axırı necə oldu, öldürdülər onu?
-   Yox, ağəz, ağzını xeyirliyə aç, Çakıra noolub, hələ ki qıra-qıra gedir. Bir balaca Poladnan araları dəyib. Polad Cananı sevir axı, deyəsən. Çakırın da ona gözü düşüb.
-   Sən Ətağa, ağəz, mən heç Çakırdan belə şey gözləməzdim. Yaxşı deyir belə… Bəs Polad duyuq düşübmü?
Ardı →

seriallar haqqında

Serial mövzusu çox yaralı mövzulardandır. Bir neçə ildir ki, bizim də televiziya efirinə yol tapan seriallar çox şeyləri dəyişdi. Əsasən Cənubi Amerika və Latın Amerikası serilaları yayımlansa da, türkdilli seriallar da peyda oldu. Bizə ən əsas təsir göstərən mədəniyyət isə, Hadi və Lukas mədəniyyəti oldu. Düzdü bu seriallarda bəzi müsbət məqamlar olsa da, hər kəs bu məqamlara öz mədəniyyəti səviyyəsində yanaşdı.

Səid Hadeyə şillə vurur:


Ardı →