Gec ailə quranlar niyə daha xoşbəxtdirlər?

  • Sevgi
Sosial mühitin təzyiqinə görə ailə quranların sayı çoxalır. Beləliklə, insanlar ailə qurmaq üçün deyil, müvəqqəti hisslər və tək qalmaq qorxusu səbəbindən buna tələsirlər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu mövzuda aparılan araşdırmalar gec yaşda evlənənlərin daha xoşbəxt olduğunu söyləyib. Bəs bunun səbəbi nədir?
Psixoloqlara görə, böyük bir əlaqə qura bilmək üçün, 6 prinsipə əsaslanmalıyıq. Bu 6 prinsipi qəbul etdiyimiz zaman evlənməyə hazır ola bilərik.

Davamı →

Sevmək hissinin mistik tarixi

  • Sevgi
Minillərdir insan eşqin hüzurunda acizdir. Sevgi haqqında əfsanələr, nağıllar dildən-dilə gəzdi. Şeirlər, hekayələr, romanlar yazıldı. Filmlər, seriallar çəkildi. Kimisi üçün dərd, bəla, kimisi üçün sevinc, xoşbəxtlik oldu eşq. Bəziləri bunu psixoloji xəstəlik, bəziləri isə insanın ən müqəddəs duyğusu adlandırdı.
Təxmini hesabladım ki, mən bu günə qədər yüzdən çox köşə yazısı yazmışam. Amma heç vaxt sevgiyə bir köşə həsr etməmişəm. Bədii yaradıcılığımızın böyük hissəsini ayırdığımız məhəbbət mövzusuna bir köşə yazmağı da özümə borc bildim. Keçmiş sevgililər gününə gecikmiş bir ərməğan olsun. Müqəddəs Valentinə sayğılarla...!

Davamı →

Sevgi nədir? | Sadiq Şamilov

  • Sevgi
İnsani hisslər ümumi məcmudur. Gəlin burdan “sevgi” adlı hissi alaq, çıxaraq ataq kənara sonra da onu incələyək görək sevilə bilirik mi və ya bu sevgi adlı şey nədir? Açın baxın kitablara, kimiləri sevgini sekslə bağlayıb, kimiləri isə ən yüksək hiss kimi adlandırıb. Daha kitablardan və ya şəxslərdən örnəklər verməyəcəm Freydi oxumayan onsuz da qalmayıb. İndi bu sevgi necə yaşanır, ya da nə etdirir? Bəlkə, sevgi dediyimiz şey sadəcə əziyyətdir. Şəxsən mənə maraqlıdır. Mən də oturub öz fikirlərimi yazdım. Ola bilsin doğrudur, ola bilsin səhvdir. Hər halda dilə gətirməyim özü də bir cəsarətdir. Uzatmayaq keçək fikirlərimə.

Sevgi nədir? Çox çətin sualdır. Çətin olmaqla yanaşı nisbi sualdır və buna uyğun olaraq cavabları da nisbdidir. Çünki bu sualı elm adamına versəz, sizə sevginin əslində hormon olduğunu, dopomin və seratonin kimi xoşbəxtlik hormonlarının toplusu olduğunu söyləyəcək. Hətta sevgi hormonu deyə bir formul da var ki, elm adamlarının dediklərinə görə, bu formul sevginin ana maddəsidir. Rəsmdə görürsüz.
Davamı →