Bürclərin sevgidə qısqanclıq halları

Qoç bürcü - həmişə ön planda olmağı sevən qoçlar, arxa planda olduğu zaman öz mövqeyi artıqlaması isə göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır. 

Buğa bürcü
  — üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressiv və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığına düşkün olan buğalar, qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edir. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur. 
Davamı →

Toy qoroskopu

Deyirlər ki, nigah – iki nikbinin bilinməzliyə doğru uçuşudur. Yəqin ki, bu dogrudan da belədir. Kim qabaqcadan deyə bilər ki, həyat necə alınacaq, qarşıda nə gözləyir? Ailə həyatında qarşıya çıxacaq çoxlu sayda maneələrdən necə uzaq olmaq olar? Nə etməli ki, ailə həyatı uzunömürlü və xoşbəxt olsun? Necə edəsən ki, xəyallarında yanılmayasan? Təəssüf ki, suallar cavablardan çoxdur. Bütün kişilər və qadınlar öz talelərini bir-biri ilə bağlayarkən yalnız xoşbəxtliyə ümid edirlər. Astroloji nöqteyi-nəzərdən nigahın möhkəm və uzunömürlü olmasının ən dəqiq analizini almaq üçün şəxsi qoroskop tərtib olunmalıdır.

Bir-biri ilə yaxşı tutan bürclər:


Buğa + Xərçəng. Bu ittifaqın ahəngdarlığı ümumi maraqlara, hər şeydən əvvəl də ailə ocağına, uşaqlara bağlılığa əsaslanıb. Lakin hər bir ailədə vaxtaşırı söz-söhbət, anlaşılmazlıqlar olur. Beləliklə, qarşılıqlı məhəbbət və hörmətə baxmayaraq, həm ər, həm də arvad tərəfindən xəyanət gözləmək mümkündür. Belə xəyanətdə müsbət cəhətlər də var, çünki qəribə də olsa, xəyanət ittifaqı möhkəmləndirir. Necə deyərlər, hər şey müqayisədə tanınır. Ailədən kənarda əlaqəsi olan hər bir kəs öz həyat yoldaşında bu vaxta qədər bilmədiyi saysız müxtəlif keyfiyyətlər tapır. Ən əsası isə hər ikisinə aydın olur ki, ev elə bir qaladır ki, orda səni həmişə düzgün başa düşər və bağışlayarlar.
Davamı →