Məhəbbət həmişə var | Şiringül Musayeva

Əslində, mən — Süleyman sevgiyə, məhəbbətə bir o qədər də inanmamışam.
Sevgi, məhəbbət, eşq mənim aləmimdə şairlərin, rəssamların, yazıçıların uydurduğu bir illüziya, boş bir sabun köpüyüdür. Belə ki, söz, sənət adamları bu eşq, məhəbbət haqqında uzun-uzadı danışıblar, deyiblər, əslindəsə, onun mövcudluğuna özləri də şübhə ilə yanaşıblar. Həmişə cəmiyyət də bu eşqə, məhəbbətə, hətta, onu vəsf edənlərə bir qədər ironiya ilə yanaşıbdır. Və mən də həmişə bu fikirdə olmuşam ki, əsl kişi, ümumiyyətlə, sevgi, məhəbbət əsiri olmaz. Qadınlar — əks cinsin nümayəndələri nədirlər ki, onlara belə böyük bir hiss də bəsləyəsən. Qadınlar hər vaxt mənə öz rolunu yaxşı oynayan aktrisaları xatırladıblar. Hər zaman mənə elə gəlib ki, onlar süni və saxtakardırlar. Onların heç bir hissi-sevinci də, kədəri də, istəyi də, narahatlığı da, hətta, etirazı da təbii deyil. Onlar həmişə kişilərə əngəl və maneə törədib, onlara başağrısı olublar. Onlardan heç bir halda adama xeyir gəlməz.


Ardı →

Aldadan kişini anlamaq üçün gərəkli 10 yol

  • Qadın
Qadın kişi əlaqələrində əslində iki tərəfin, amma ən çox da qadının qorxusu ALDADILMAQDIR… Qadın yazıçı Charlotte Wardın qələmə aldığı və blogunda da yer verdiyi «It's Not Me, It's You» (Mən Deyil, Sən) kitabında kişilərin bəzi aldadarkın daha çox ilişdikləri nüanslar izah edilir. Sizə bəzi ipuclar...Çox güclü bir münasibətiniz olduğunu düşünürsünüz ancaq bir gün evə gəldiyinizdə kompüterdə sevgilinizin / ərinizin bir qadın yoldaşına yazdığı maili görürsünüz… «Nara-naram...» demək məcburiyyətindəyik, gərginlik musiqisini arxa fonda hiss etdirə hiss etdirə… Sonra da dramın gəldiyini unutmadan…
Ardı →

Bürclər və seks

QOÇ
Qoç qadını üçün seks idman kimidir. İçindəki güclü enerjini boşalda biləcəyi möhtəşəm bir məşqdir. Buna görə Qoç qadınlar üçün cinsi münasibətlər ön plandadadır. Sevişmə əsnasında aktiv rol oynamaqdan, partnyorunu idarə etməkdən xoşlanarlar. Utancaqlıq kimi bir problemləri yoxdur. Buna görə azacıq işıqlar və romantik mühitlərə ehtiyac duymazlar. Gündüz və ya bol işıqda sevişməyi seçərlər. Çox eşq oyunlarına ehtiyac duymadan orqazm ola bilərlər. 
 
 
BUĞA
Buğa qadını üçün seks qəşəng bir məkanda yeyilən ləzzətli bir yemək kimidir. Yaxşı dekorasiyaya edilmiş bir yataq otağı, lüks bir otel və şampan qadın Buğanı dərhal hərəkətə keçirər. Sevişmə əsnasında klassik pozaları seçər. Tələsməkdən xoşu gəlmir. Sürprizləri sevməz. Hər vaxt sınadığı və sevdiyi şəkildə sevişmək istəyir. Dəyişik məkan və mövqelər bir anda zövqünü qaçırır. Amma yenə də zaman-zaman yenilikləri qəbul edə bilər.
Davamı →