Sevən insan necə olur?

  • Sevgi


Sevən şəxs mütləq ətrafına xoşbəxtik saçar. Sevgisini itirənlər isə bir anda yasa batar, psixoloji sərmayələri iflas edər, immuniteti düşər. Bədənin xəstəliyə yoluxma riski artar, daha tez-tez xəstələnərlər.

Sevgi nədir? Sevginin psixoloji həyat üzərindəki təsiri nələrdir?
Sevgi insanın sevə bilmə, istehsal potensialı, eqo funksiyası, psixolji sərmayəsidir.

Sevgi istehsal edərək, sevilmək ehtiyacını doydurma müddətidir. İnsanın dünyaya gəlişi ilə başlayar, yaşadığı müddətdə davam edər, ölümündən sonra belə varlığını davam etdirər. Sevgi insanın hər hüceyrəsində varlığını davam etdirir, bütün canılıların ehtiyacıdır. İnsan həyatında bioloji bir ehtiyac olmaqla yanaşı bütün beyin potensialını, psixolji hallarını və sosial paylaşımlarını əhatələyən bir fəaliyyətdir.

Sevgi ən geniş duyğusal yaşantıdır. Eşq isə bunun seçilən alt qismidir. Eşq, sevginin kuliminasiyada yaşanmasıdır. Eşqi qarşı cinsə hiss edilən hisslərlə kifayətləndirməməliyik. Tanrı, təbiət və insan sevgisi də eşqin içindədir.


Ardı →

Sevgini yeniləməyin yolları

  • Sevgi

Sevgi nə üç il, nə də beş il sonra sona çatır. Bəzi mütəxəssislər sevginin müəyyən müddət davam edib sona çatan hiss olduğunu iddia edirlər. Amma sosioloqların sözlərinə görə, sevgi nə üç il, nə də beş il sonra sona çatan hiss deyil. İnsanın qarşısındakı şəxsi uzun illər ilk günkü kimi sevməyi mümkündür. Bunun üçün sadəcə bir az çalışmaq lazımdır. 

Hisslərinizi ifadə edin
 Adətən bir müddətdən sonra insanlar bir-birinə sevgi etirafı etməyi unudurlar. Vaxt keçdikcə unudulan bu etirafları geri qaytarın. Məsələn, hər gün azı bir dəfə sevgilinizə “səni sevirəm” deməyi unutmayın.

Bir yerdə vaxt keçirin
Əlaqələr müəyyən bir mərhələyə gəldikdən sonra tərəflər artıq əvvəlki qədər bir-birinə vaxt ayırmır. Kişilər vaxtını daha çox dostları ilə gəzməyə, futbola baxmağa, qadınlarsa rəfiqələrinə, yaxud da uşaqlarına sərf edir. Unutmayın ki, bir-birinizə vaxt ayırmaq münasibətinizə rəng qatacaq. Heç bir şeyə imkan tapa bilmirsinizsə, həftədə bir ya da iki dəfə baş-başa film izləyin.


Ardı →

Sevgidə qazanan dostluqda itirir

  • Sevgi


Aparılan araşdırmalara görə, sevmək insanın ətrafından iki yaxın dostu uzaqlaşdırır. Sevmək dostluqda itirməyə bərabərdir.

Həyatında sevginin olmasının dostlara ayıracaq vaxtın azalmasına yol açdığı məlum idi, ancaq indi araşdırmalarla bu, bir daha təsdiqləndi. Sevgidə qazanan iki dostunu itirir.

Oksford araşdırmaçıları sevməyin insanın yaxın ətrafına necə təsir etdiyini araşdırıblar. Araşdırmaya görə, sevgi insanın yaxın ətrafından iki nəfərin azalmasına səbəb olur.

Hər insanın yaxın dost ətrafı ən çox  5 nəfərdən ibarət olur və sevdikdən sonra bunların sayı iki nəfər azalır.

Araşdırma yeni sevgiliyə yer açmaq üçün yaxın ətrafın kiçildiyini, bir dost və bir ailə üzvünün, ümumilikdə iki nəfərin arxa plana keçdiyini müəyyənləşdirib. 


Davamı →

Münasibətdə mesajlaşmanın əhəmiyyəti

  • Sevgi

Münasibətdə olduğunuz biriylə üz-üzəykən özünüzü mimika və bədən dili ilə ifadə etmək imkanınız var. Bəs mesajlaşmada necə, bu baxımdan bacarıqlısınız?

“Qısa” mesaj yazın
Adından göründüyü kimi “qısa” mesajın məzmunu qısa olmalıdır. Sevdiyiniz insanla mesajlaşarkən qısa mesaj yazın. Hər şeyi ətraflı yazmanıza ehtiyac yoxdur. Nəyi, harda, nə vaxt, bunlar onu maraqlandırsa, onsuz da özü soruşacaq.

Dialoqları açıq saxlayın
Münasibətinizdə daha çox danışmaq, həmsöhbət olmaq istəyirsinizsə, mesaj yazarkən söhbəti uzadacaq sözlər işlədin. Məsələn, “mən evdəyəm, bəs sən?”, “sənin də sabahın xeyir, bu gün tez oyanmısan, deyəsən” .

Monotonluğu qırın
Mesajlaşmanızı “sabahın xeyir, axşamın xeyir”  formasına gətirib çıxarmayın. Gözləmədiyi zamanlarda mesajlar yazın. Onun qarşısında boş biri görünmək istəmirsinizsə, gülüş və ya digər simvolları qədərində istifadə edin. Onlarsız da özünüzü ifadə edə bilərsiniz.


Ardı →

Axtardığımız sevgi niyə tapılmır?

  • Sevgi

Arxanızca əli bıçaqlı bir qatıl gəlirmiş kimi tələsdiyiniz üçün.

Həmişəki kimi ananıza qulaq asmadığınız üçün. 

Sevgidən söhbət gedirsə, baş yerinə boş bir saxsı daşıyırmış kimi davranırsız. Bir az ağıl, məntiqə ehtiyac var.

Keçmiş sevgilinizdən əvəz çıxmağa çalışdığınız üçün.

Dərhal yaranıza məlhəm axtardığınız üçün. Bir az ara verib yas tutsanız, hər şey keçər.

Sevməyə yanlış kişi, qadın seçdiyiniz üçün.

Tayınızı tapa bilmədiyiniz üçün. “Qapaq yuvarlanıb qazanını tapar”, — siz hələ qazanı tapmamısız.  

Dilinizdə “saf sevgi istəyirəm” desəniz də, sevgidən başqa hər şey istəyirsiz.  “Sevir, ancaq hədiyyə almır. Hədiyyə alır, ancaq gündə 20 mesaj yazmır...”


Ardı →

Sevərkən edilən yanlışlar

  • Sevgi

İnsan sevərkən gözü heç nəyi görməz. Bu hal zamanla həmin insana zərər verə bilər.

Yaxşı bir münasibət üçün bəzən fədakarlıqlar etmək və nələrdənsə keçmək olar, ancaq  həddində. Özünüzü məcbur edərək və istəmədən edəcəyiniz fədakarlıqlar şəxsiyyətinizə zərər verə bilər.

Sevərkən ağıllı qərarlar vermək çətindir. Ancaq çox dəyər verdiyiniz, onun üçün hər şeyi qurban verdiyiniz münasibətiniz bir gün bitdiyində nə edəcəyini bilməyən biri olmaq istəmirsizsə, bəzi şeylərə diqqət etməlisiz. 

Sevginizi sübut etmək üçün bədəninizdə bir işarə, ya əlamət olmasına ehtiyac yoxdur. Bədəninizdə onun adını gəzdirərək yox, sözləriniz, davranışlarınızla ona sevginizi göstərin. Həm nə qdər çox sevsəniz də, sevginizin ömür boyu davam edəcəyinə zəmanət varmı? Yox.

Sevgilinizlə görüşmək üçün o axşam etməli olduğunz işi sabaha saxlamaq, ya da onunla söhbət etmək üçün bütün gecə oyaq qalmağın sizə heç bir faydası olmaz. Sadəcə karyeranızda eniş yaşayacaqsız. Onu nə qədər çox sevsəniz də, digər məsuliyyətlərinizi unutmayın.


Ardı →

Uşaqların dünyasında sevgi nədir?

  • Sevgi

4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.


Rebeka (6 yaş)
  — Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əllərilə etməkdən usanmırdı. Bu, sevgidir.

Billi (4 yaş)  — Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

Krissi (6 yaş)  — Sevgi — bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən  qızarmış kartoflarının yarısını həmin adama verməkdir.


Ardı →

Əfsanəvi sevgilər

  • Sevgi
Sevgi: dəli, fırtınalı bir duyğu, sevəni hər şeyə təhrik edən, bitdiyində isə öldürən bir hissdir. İnsanlıq tarixi sevgi ucbatından xəstə, dəli olan, özünü öldürən, yataqlara düşən adlarla doludur. 
Romeo və Culyetta. Uilyam Şekspirin qəhrəmanları Romeo və Culyetta dünyanın ən məşhur aşiqləridir. Düşmən ailənin övladları olan gənclər ilk görüşdə bir-birilərini sevib hər şeyi gözə alaraq evləniblər. Vaxtsız ölümləri iki düşmən ailəni bir araya gətirən yeganə hadisə olub.
Kleopatra və Mark Antoni. Bu gənclərin sevgisi bir zamanların ən təsirli sevgisi olub. İki tarixi şəxsiyyətin sevgisi sonradan Şekspir tərəfindən dram şəklində qələmə alınaraq bir çox yerdə səhnələşdirilmişdi. İlk görüşdə bir-birinə aşiq olan bu iki gəncin sevgisi ölkələri Misiri güclü hala gətirir.
Davamı →

Bethovenin "ölümsüz sevgili"si

  • Sevgi

Lüdviq Van Bethovenin musiqilərinə heyransınızsa, bu musiqiləri başının tacı etdiyi sevgilisinə həsr etdiyini də bilməlisiz.

57 yaşında ölən Bethovenin kompozisiyaları arasında kimliyi bilinməyən, ‘‘ölümsüz sevgili” adlandırdığı qadına yazılmış məktub aşkarlanıb. 

“İyul 6, 1806

Mənim mələyim, mənim hər şeyim, böyük müqqədəratım, sənə yazdığım sözlər boşuna vaxt sərfidir. Niyə içimdəki bu kədər elə hey dillənir?! Görəsən, sevgimiz qorxuların arasında, heç nə tələb etmədən davam gətirə biləcəkmi?! De görüm, sənin bütünlüklə mənim olmadığını, mənimsə sənin olmadığını dəyişə bilərsənmi?

Ay Allah! Əgər bütünlüklə mənim olsaydın, bu acını az da olsa sən də hiss edərdin!

Şübhəsiz ki, bir-birimizi görməliyik, bundan başqa öz həyatımda apardığım müşahidələrimi sənə çatdıra bilmirəm.

Ürəyim sənə deyəcək sözlərlə doludur. Ah! Elə vaxtlar olur ki, danışmağın boş, əhəmiyyətsiz bir şey olduğunu düşünürəm. Şadlan, mənim həqiqətim, yeganə xəzinəm olaraq qal. Bütün varlığım sənindir. Allah bizim üçün yaxşı olacaq rahatlıq göndərməlidir.

Sənin sadiq sevgilin Lüdviq” 


Davamı →

Onlayn flirtin mənfi və müsbət tərəfləri

  • Sevgi

Günümüzdə yeni insanlarla tanış olmağın bir çox yolu var. Bunlardan biri də internetdir.

Online sevginin sınanmış 9 müsbət və mənfi tərəfləri aşağıdakılardır:

Müsbətlər:

Fərqlilik
İnternet aləmindəki fərqlilik, seçim çoxluğu bir çoxları üçün böyük üstünlükdür.

Seçmək fürsəti
Online flirt bir kişidə axtardığınız “özəllik” siyahısına yaxşı nəzər yetirmənizə imkan yaradır. Buna görə düşünməkdən, seçici olmaqdan utanmayın. Bu, ağıllı bir qadın olduğunuzun göstəricisidir. Gözəl bir qadınsız və yaraşıqlı bir kişiyə layiqsiz!


Ardı →