Sevilməmənin 10 səbəbi

«The Sun» qəzeti qadınların fikrindən yola çıxaraq «Sevgili nece itirilir?» sualına cavab axtardı.
Sən demə 10 səbəb varmış.
1.Mədəniyyətsiz yemək yemə alışqanlığı:
Ağzında yemək varkən danışan kişilərə heç bir qadın yaxşı baxmır.
2.Tənbəllik:
Qadınlar hər şeyi bağışlayar,amma çirkli şalvarlarını ortadan qaldırmağa tənbəllik edən kişiləri əsla!
3. Siqaret:
Bir «külqabını» öpməyi heç bir qadın istəməz.
Davamı →

Gedirsən...Susuram

Hər vaxt imtina etmək üçün sevmişdim səni. Çünki bir gün bir yerlərdə bitəcəyini, bitməsə belə bitiriləcəyini bilirdim; amma heç bir zaman unutmaq üçün sevmemişdim səni… Başdan qəbul etmişdim gedəcəyini, ürəyimin alovlarla yanacağını.Hər şeyə baxmayaraq başlamışdım bu sevdaya, gözə almışdım meni gözləyən alovları, ürəyimə batmağı gözləyən iti oxları… Bütün əskiklərinlə qebul etmişdim.Bütün saf duyğularımla sevmişdim səni… Dəlilik idimi?



Ardı →

Ağlamaq

Ağlamaq: Rəhmandan quluna bir hədiyyə, bir rəhmətdir!
Ağlamaq: İçdəki çətinlikləri xaricə atmaqdır,çətinliklərdən təmizlənməkdir!..
Ağlamaq: Bəzən peşmanlığın ifadəsidir. Rəsulun itirdiyi oğuluna hədiyyəsi.

Bəzən Rəbbindən üzr istəməkdir.
Bəzən sevgiliyə naz!
Bəzən gileydir!
Bəzən də aydın ola bilməməkdir.   Sanki ağrının yuyunması, torpağa qarışıb yox olmasıdır.
Bəzən sevincin gözlərə yığılması, ardından göz bəbəyindən süzülən dənələrdir   Ürəkdə sevinc fırtınaları qoparkən, gözlərin qəmliliyidir.

Ağlamaq: Bəzən danışmaq nələrsə söyləmək çətinləşdiyində, süzülən damlalarla bunları tək tək yazmaqdır!   Dəqiq, sadə, riyasız heç bir söz tələffüz etmədən duyğuların ifadəsidir.
Bir möminin gözlərindən süzülən damlalar! Bəlkə də digərlərinin qurtuluşuna səbəbdir. Rəbbindən rəhmət olaraq
Bir ananın balasına həsrətinin ifadəsidir.

Ağlamaq: Bir təsəllidir anaya! Sevgiliyə sığınacaqdır.
Ağlamaq: Məcnundan Leyla' ya qalan xatirədir.
Və Rəsulundan ümmətinə mərhəmətdir.

P.S: Ağlamağı bacarırsız?
Davamı →

Siqaret və Sən

Siqaretin sağlamlığa ziyan olduğunu, ömrü azaltdığını deyirdilər.Sən də daim bunu mənə xatırladırdın, əgər xətrimi istəyirsənsə at bu «zibili» deyirdin.Mən də hər dəfə «yaxşı,gülüm, ataram» deyirdim.Fikir vermişdinsə heç vaxt yanımda olarkən səni «zəhərli» siqaret tüstüsü ilə narahat etməmişdim.Sən yanımda olanda buna ehtiyacım olmurdu çünki...Siqaretin sağlamlığımı məhv etməsi məni zərrə qədər də qorxutmurdu.Axı mən siqareti sən yanımda olmayanda içimə çəkirdim, içdən və sevə-sevə...İçimə çəkdiyimin, ciyərlərimi parçalayanın tüstü yox, həmişə sən olduğunu düşünərdim.Səni içimə çəkməkdən, məndə olduğunu düşünməkdən gözəl nə ola bilərdi axı?..Amma son zamanlar mən də siqaretin zərərli olduğunu fikirləşirəm.Buna səbəb heç də onun görünən zərərli təsirləri deyil.Sadəcə, artıq çəkdiyim siqaret, içimə aldığım tüstü əvvəlki kimi səni də içimə çəkməyə imkan vermir...Əksinə, hər dəfə ağız boşluğumdan ciyərlərimə kimi aramla dolan tüstü indi heç də gəldiyi kimi geri qayıtmaq istəmir.Qayıdarkən ürəyimə də toxunur tüstü, səni xatırladır...Bu xatırlatma hər dəfə sanki ürəyimdən bir bağ qoparır, səni ürəyimə həbs elədiyim bağlardan birini...Mən bir gün o bağların hamısının qırılıb qurtaracağından qprxuram gülüm, sənin o bağların arasından siqaret dumanı ilə birlikdə bir gün xilas olacağından qorxuram...Bir zaman inadla atmağımı təkid elədiyin siqareti bir gün sənin xəbərin olmadan, elə sənin xatirinə tərkedəcəm.Ruhumu parçalasan da məndən xilas ola bilməyəsən deyə…
Davamı →

Sevgi nədir

  • Sevgi

Sevgi — cəsarətdir. Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.
Sevgi — fədakarlıqdır. Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər.
Sevgi — paylaşmaqdır. Sevəndən sevgi sədəqəsi umar.
Sevgi — həyatdır. Sevənin sevdiyini yaratmasıdır. Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir.
Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.


Ardı →

Sevginin üç növü

  • Sevgi
Sevginin də növləri varMasumi Toyotome bir yapon yazıçısıdır. «Dünyada sevilmək istəməyən adam yoxdur», «Amma sevgi nədir, harada tapılır, bilirikmi?»- deyə soruşur. Sonra izah etməyə başlayır. onun düşüncəsinə görə sevgi 3 növdən ibarətdir!...
Birincinin adı "Əgər" növü sevgidir!..Müəyyən qarşılıqları gözləsək bizə veriləcək sevgiyə bu adı vermişdir yazıçı…
buna müvafiq nümunələr gətirərək izahat verir yazıçı: Əgər yaxşı olsan atan, anan səni sevər. Əgər müvəffəqiyyət qazansan və mühim adam olsan səni sevərəm.Əgər yoldaş olaraq mənim ehtiyaclarımı qarşılasan səni sevərəm. Toyotome -ən çox rast gəlinən sevgi növünün bu olduğunu da qeyd edir. Bir şərtlə bağlı sevgi..Qarşılıq gözləyən sevgi… «Sevənin, istədiyi bir şeyin təmin edilməsi qarşılığı olaraq vəd edilən bir sevgi növüdür bu»- deyir yazıçı.
Ardı →

Real hadisələr üzərində qurulub

  • Sevgi
Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat Universitetində. O ilk qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.
Gənc idilər, çox gənc… Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar.
slində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün…
Ardı →

Qandallanmış hisslər

  • Sevgi

Bu hisslər əli qandalda olan, bu vəziyyətdən çıxmaq üçün içində vurnuxan və bunun mümkünsüz olduğunu dərk edən insanın hisslərinə bənzəyir. O, dörd divar arasında çırpınır. Nə edəcəyini bilmir. Qandallanmış əllərini havada yelləyir və bərkdən var -gücü ilə ağlamağa başlayır. Dizi üstə dayanıb, üzünü qaldırıb, acı göz yaşı ilə yalvarır: " Allahım, yardım et, kömək et, bu bəladan qurtar məni. Axı, sən bunu edə bilərsən...Qurtar məni, qurtar..."


Ardı →

Sevgi şeiri

«sevmək» dedim. «yoluna ölmək» dedi.
«yol» dedim. «alıb başını getmək» dedi.
«getmək» dedim. Bir «aha» çəkib «dostlardan ayrılmaq» dedi.
«dost» dedim. Dayandı. Mənə baxdı. «dost» deyə zümzümə etdi. "ürəyimə necə qoysam «dedi.


Ardı →

Sevgilinin intiqamı

  • Sevgi
BAĞIŞLAMAQ VƏ UNUTMAQ YAXŞI İNSANLARIN İNTİQAMIDIR — ŞİLLER
Unudulmaq nə qədər əzab verər insana yəqinki düşünə bilərsiniz. Bir insana edilə biləcək ən böyük pislikdir. Budur Şiller bir cümlə ilə intiqam duyğusunu belə ifadə etmişdir. Bir insandan intiqam almaq istəyirsinizsə onu unudun. Yox mən mütləq intiqam almaq istəyirəm deyirsinizsə… Bunu qol qüvvəsi istifadə etmədən ağıl yolu ilə edə bilərsiniz. Buna nümünə olaraq bir hekayə;
«Bir zamanlar bir- birini sevən iki gənc varmış. Çox sevərlərmiş bir-birlərini. Bir müddətdən sonra gənc oğlan əsgərə getmiş.
Ardı →