Məhəbbət (sevgi) nədir?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Gənc dost! Məhəbbət elə bir hissdir ki, o yaşından, cinsindən, mövqeyindən asılı olmayaraq hər kəsin könül qapısını açır. Sizin aranızda da elələri var ki, bu hiss artıq onun varlığına kövrəkcəsinə qədəm basmışdır. Sən də gec-tez məhəbbəti xoş bir duyğu kimi salamlayacaqsan. Budur, artıq nəsə səni narahat edir, gecələr yuxun qaçır, baxışlarını tavana zilləyib fikirə gedirsən. Yadına həmin oğlan (qız) düşür. Axı niyə onunla danışanda səsin titrəyir, üzbəüz gələndə özünü itirir, görməyəndə darıxırsan? Heç o biri oğlanlara (qızlara) qarşı belə diqqətli deyilsən. Bəlkə bu məhəbbətdir?
Din ağlı olan insanları öz arzuları ilə dünyada və axirətdə yaxşılığa və xoşbəxtliyə çatdıran ilahi bir qanunur… İslamın gətirdiyi hökmlər insanları xoşbəxt etməyi qarşısına məqsəd qoymaqdadır. Bu hökmlərə uyğun hərəkət edənlər həm dünya, həm də axirətdə xoşbəxt olacaqdır.Hökmlər: iman, əməl və əxlaq. ("Əsas dini biliklər" kitabından)
Çoxları zənn edəcək ki, mən islamdan, dindən danışacam, amma belə deyil. Daha doğrusu din mövzumun bir hissədir, amma mövzu sırf islamla bağlı deyil. Qısacası, bir qızla aramızda baş verən söhbətdən irəli gələrək, bu yazını yazmaq istədim. Qız deyir ki, “mən əgər birini sevərsəm və şəxs mənim dinimdən deyilsə, mən ona görə dinimi də dəyişə bilərəm. Mən onu həqiqətən sevirəmsə, onun dinini də sevirəm deməkdir. Buna görə də bu işdə bir qəbahət görmürəm..”
“İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır” (Hegel)
Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.
Bir ayədə belə buyrulmuşdur:
“Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi?” “İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir.”
İllərin üstünə illər qalanır. Bu illər qalandıqca düşünürsən ki, geridə nə qədər gün buraxmısan, hərçənd ki, hər gün qalanıb, külə dönüb gedir, amma, izləri mütləq qalır. Xatirələr izn vermir ki, həyəcanla, maraqla keçmiş anlarımz undula. Nə yaxşı ki!
Ömür turunda çox işlərə imza atırıq. Belə imzalardan biri də insanları bir könüldən digərinə bağlayan yollardır və bu yolda pillə-pillə dayanacaqlar var. Belə dayanacaqlardan biri də nişan törənidir.
Biri digərini sevir, elçisini göndərir, “hə”-ni alır və sionra da haydi nişan, haydi toy! Söz ki, nişan mərasimindən düşdü, burda mütləq ki, söhbət üzükdən gedəcək. Elə mövzum da “nişan üzüyü” barəsindədir.
Yuvamızın hər zaman tazə olan, əsas hissələrindən sayılan övladlar. Həmişə aktiv və diqqət mərkəzində olduqlarındandır ki, hər dəfə onlardan bolluca danışırıq, bölüşürük. Belə də olmalıdır axı. Onlardan danışırıq ki, həyatlarını daha düzgün və gözəl yaşamalarına yardımcı olaq. O şirin balaları yer üzündə xoşbəxt həyat sürmələri, ayaqlarını yerə bərk basmaları, həyata sağlam düşüncə ilə baxmaları və cəmiyyət, eləcə də öz ailələri üçün yararlı bir şəxsiyyət kimi formalaşmalarına kömək olmaqla yanaşı valideynlər özlərinə də yardım etmiş və xeyir qazanmış olurlar.
Bu mövzuda heç vaxt cümlələrin, məsləhətlərin, sualların bitməyəcəyi bir bölmə də məhz tərbiyədir. (Yəni əslində o bir bölmə də deyil, kitabın özüdür ki var). Hər şeyin başında tərbiyə özü durur. Tərbiyənin başında isə sevgi. Həqiqətən də tərbiyə sevgidən başlayır.
Kişi və Qadın arasında (evlənənə qədər) kövrək ünsiyyət məhəbbətə, sevgiyə çevrilir. Ailə qurulur, dünyaya uşaqlar gəlir. Qəfil, ailənin başçılarından soruşsan ki, siz sevmisiz bir-birinizi, aralarınızda, məhəbbət macəraları (!) olubmu, bunu necə izah eləyərsiz? Sual gözlənilməz qarşılanacaq, xoşbəxt ər də, arvad da bir-birini dilsiz baxışlarla süzəcəklər, dinib-danışmayacaqlar. Ürəklərindən güman ki, keçəcək: «Məhəbbət də şərh olunar? Bu ki, gözə görünməyən, gözlənilməz bir şeydir. Məhəbbətə kim tərif verib ki!» Kimsədən xəbər alsan, təxminən bunlar bənzər suallar, gümanlar ürəkdən qopub dilə gələcək. Həqiqətdir bu. Axı, məhəbbətdən, eşqdən, dünyanın ən dahi adamları yazıblarsa, adını tutublarsa konkret heç nə deməyiblər. Qəribədir, ən böyük filosofların başına məhəbbət «Oyunu» gəlibsə, bir qıza könül veriblərsə… bu müəmmalı hissi açmaqdan yan keçiblər; onlara o inam da bəlli olub ki, məhəbbət elmini aça bilsələr, elə tarixin yaddaşında əbədiləşəcəklər! Bəli, bu həqiqəti anlayıblar. Heyf ki…