Məhəbbət, yaxud eşqin həqiqəti
Kişi və Qadın arasında (evlənənə qədər) kövrək ünsiyyət məhəbbətə, sevgiyə çevrilir. Ailə qurulur, dünyaya uşaqlar gəlir. Qəfil, ailənin başçılarından soruşsan ki, siz sevmisiz bir-birinizi, aralarınızda, məhəbbət macəraları (!) olubmu, bunu necə izah eləyərsiz? Sual gözlənilməz qarşılanacaq, xoşbəxt ər də, arvad da bir-birini dilsiz baxışlarla süzəcəklər, dinib-danışmayacaqlar. Ürəklərindən güman ki, keçəcək: «Məhəbbət də şərh olunar? Bu ki, gözə görünməyən, gözlənilməz bir şeydir. Məhəbbətə kim tərif verib ki!» Kimsədən xəbər alsan, təxminən bunlar bənzər suallar, gümanlar ürəkdən qopub dilə gələcək. Həqiqətdir bu. Axı, məhəbbətdən, eşqdən, dünyanın ən dahi adamları yazıblarsa, adını tutublarsa konkret heç nə deməyiblər. Qəribədir, ən böyük filosofların başına məhəbbət «Oyunu» gəlibsə, bir qıza könül veriblərsə… bu müəmmalı hissi açmaqdan yan keçiblər; onlara o inam da bəlli olub ki, məhəbbət elmini aça bilsələr, elə tarixin yaddaşında əbədiləşəcəklər! Bəli, bu həqiqəti anlayıblar. Heyf ki…
Ardı →