Sevil Sevinc haqda məlumat

Sevil Sevinc bacıları 1990 cı il noyabrın 11-də Bakıda anadan olublar. Əkiz olaraq ifa edirler. «S-Twins» qrupu kimi tanınıblar .Roza Zərgərli ile iş birlikləri olub. 2012-ci ildə «O ses Türkiye» yarışmasına qatılıblar. Birinci turda 3 bəli ilə qayıdıblar.Ikinci turda az hazırlıq etdikləri üçün məğlub ayrılıblar. Tez bir zamanda böyük fanat sevgisi qazanıblar.  Aşağıdakı mahnıların müəllifləridirler: 
1.Rəng tap  2.Sev məni  3.Sev məni yetər  4.Əllər  5.Sənə görə  6.Nə zaman  7.Gönlümün əfəndisi  8.De hardasan  9. Əzab  10. Ürəyim  11.Eşq dəlisi  12. Uçurum  13. Unuda bilmirəm  14.Səni sevirəm   fanatlari:Mahirə,Zəhra, Xədicə, Firuzə, Gülnar, Aslan ,Fatimə, Aygün, Günel
Davamı →

Yuxun şirin olsun, balaca


Qapıdan girən kimi çöhrəsinə qəribə bir təbəssüm qonur, əllərini quş qanadı kimi açaraq, qucağına atılmaq istəyir. Gözlərindən “məni qucağına al, noolar” ifadəsi oxunur.
Bu sevgiyə laqeyd qala bilərsənmi? Əsla! Sən də onunla bərabər sevinirsən, sevgisinə sevginlə cavab verirsən, “balacam, mənim körpə kəpənəyim, çiçəyim!” deyib, bağrına basırsan onu, ətrini, qoxusunu dönə-dönə ciyərlərinə çəkirsən. Doymursan, bir də, bir də… O da boynuna elə sarılıb ki, səni görə bilmədiyi anların həsrətinə, sanki, “əlvida” deyirmiş.
Toppuş, balaca, qar kimi ağ əllərini ovcuna qoyur, əylənmək, oynamaq istəyir, dünyanı bağışlayırlar sənə. İşdən yorğun gəlsən də, hətta qolların ağrısa belə onu qucaqlayıb öpmək sənə bir qədər də rahatlıq gətirir, dinclik verir. Bu nəvazişdən xoşlanırsan, artıq yorğunluğunu da unutmusan. Və nəhayət, başını köksünə qoyub öz dilində danışa-danışa mürgüləyir, yuxuya dalır...
Beşiyə sarı əyilib, yavaşca yatağına uzadırsan, astaca pıçıldayırsan: “Yuxun şirin olsun! Allah səni qorusun!”
Davamı →