Seks və marketinq

Reklamların seksuallığı bizə nə deyir?
Müasir dövrdə həyatımızın bir parçasına çevrilən reklamın yaxşısı pisi yoxdur deyərək məhsulun hər cür reklamı üçün hər vasitəyə əl atılır. Bu vasitələrdən biri də reklamlarda seksuallıqdan istifadə etməyə çalışılmasıdır. Çünki görüntünüzə, səsinizə, söz və ya ifadə xəzinənizə bir az seksual dad qatmaq, həqiqətən başdan çıxarıcı ola bilər. Lakin ondan istifadə etmək istəyib-istəmədiyinizə əvvəlcədən qərar verməlisiniz. İstədiyiniz halda nə qədər istifadə edə biləcəyinizi də bilməlisiniz. Reklam potensial alıcının məhsul ilə bir anlıq, xəyala gətirilən bir əlaqə qurulmasını hədəfə alır. Bu əlaqənin qurulmasına sevgi, simpatiya, dostluq, yaxınlıq, aktivlik, ucuzluq, rahatlıq, xoşbəxtlik, komfort, lüks kimi təsvirlər xidmət etdiyi kimi, seksuallıq da stimul, həzz və zövq kontekstində effektlidir.
Ardı →