Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir.
Bu zaman insan ağrı, narahatçılıq hiss etməməli, sidik sərbəst axmalı, insan sidik ifraz etmək üçün gücənməməlidir.

Sidik ifrazının tezliyi müxtəlif səbəblərdən — mayenin qəbulundan, qidalanmadan, havanın temperaturundan, insanın fərdi xüsusiyyətlərindən və s. asılı ola bilər. Stress, soyuqlama, hamiləlik sidik ifrazının tezliyini artırır.

Qadınlar fizioloji xüsusiyyətlərə görə daha tez-tez sidik ifraz edir. Bəzi xəstəliklər (sistit, böyrək daşı xəstəliyi, piyelonefrit, qadınlarda ginekoloji xəstəliklər, kişilərdə prostat vəzi xəstəlikləri, şəkərli diabet və s.) sidik ifrazının tezliyini artırır. Gecə saatlarında 1 dəfədən artıq sidik ifraz etmək normal sayılmır. Əgər siz gecə saatlarında tez-tez tualetə getmək üçün oyanırsınızsa, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.
Davamı →

Sidikqaçırma

Menopauza zamanı hər 3 qadından biri,sonrakı dönəmdə isə hər 2 qadından biri bu vəziyyətdən əziyyət çəkir.Bu şikayətlə həkimə müraciət etmə sayı  isə olduqca azdır.Bu qadınların həyat keyfiyyətini aşağı salmaqla bərabər onların gündəlik həyatında da özlərini sağlam və gümrah hiss etmələrinin qarşısını alır.
Ardı →

Sidik-cinsiyyət sisteminin neoplazmaları

Sidik-cinsiyyət sisteminin neoplazmaları hər iki cinsdə və hər yaşda rast gəlinə bilər. Onkoloji xəstəliklər içərisində kişilərdə 30%, qadınlarda isə 4% hallarda rast gəlinir. Böyrəklərin karsinoması dedikdə rast gəlinən neoplazmaların 2.5%-ni böyrəklərin adenoması başa düşülür. Qeyd etmək lazımdır ki, kişilərdə bu xəstəlik iki dəfə daha çox rast gəlinir. Adenokarsinomanın əmələ gəlməsinin səbəbləri: siqaret çəkmə, piylənmə, hipertoniya, böyrək sistaları.

İlk əlamətlərdən biri hematuriyadır (sidikdə qan) və bu minimal dərəcədən maksimal dərəcəyə qədər ola bilər. Daha sonra beldə ağrı, bir neçə həftə ərzində günün ikinci yarısından sonra bədən temperaturunun 38-39 dərəcəyə qədər yüksəlməsi müşahidə olunur.


Ardı →