Sifətin dərəcələri

Azərbaycan dilində olduğu kimi, türk dilində də sifətin üç dərəcəsi var: adi dərəcə; azaltma dərəcəsi; çoxaltma dərəcəsi.
Adi dərəcənin xüsusi şəkilçisi yoxdur. Bu, sifətlərin əsas formasıdır; başqa formalar bundan yaranır:
beyaz, sarı, yeşil, siyah, mavi, lacivert, iyi, kötü.

Azaltma dərəcəsi adi dərəcədəki sifətin əlamət və keyfiyyətinin azlığını göstərir və aşağıdakı şəkilçilər vasitəsilə düzəlir:

a) -(ı) mtrak: mavimtırak, yeşilimtırak, siyahımtırak;
b) -ımsı, -ismi, -umsu, -ümsü; yeşilimisi, morumsu, mavimsi;
c) -rak, -rek: acırak, ekşirek; küçürek, ufarak;


Ardı →

Sifətin müqayisə dərəcələri

Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir. Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki əşyaların əlaməti — şirinliyi və sarılığı eyni dərəcədə dəyil. Bu baxımdan sifətin nıüqayisə dərəcələri vardır.
Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə sifətin üç dərəcəsi var:
1. Adi dərəcə
2. Azaltma dərəcəsi
3. Çoxaltma dərəcəsi
Ardı →

Sifət,sifətin quruluşca növləri

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.
Davamı →

Isimlәşmiş sifәtlәr

Bəzәn bu vә ya digər sifәt ismin bir vә yа bir nеçә хüsusiyyәtini kәsb еdir. Mәsәlәn, isim kimi, sifәt dә cәm şәkilçisi qәbul еdir, hаllаnır vә s. Bunа sifәtin isimlәşmәsi dеyilir. Müаsir ingilis dilindә isimlәşmiş sifәtlәr iki qrupа bölünür:

1) tаmаm isimlәşmiş sifәtlәr (wholly substantivized adjectives);
2) nаtаmаm isimlәşmiş sifәtlәr (partially substantivized adjectives).

Ismin bütün хüsusiyyәtlәrinә mаlik оlаn, yəni cәm vә hаl şәkilçisi qәbul еdәn, аrtikllа işlәnә bilәn sifәtlәrә tаmаm isimlәşmiş sifәtlәr dеyilir, mәsәlәn:
a native, the native, natives, a native's flat.

Göründüyü kimi, native sifәti ismә xas оlаn bütün mоrfоlоji хüsusiyyәtlәri qәbul еtmişdir. O, qеyri-müәyyәnlik, müәyyәnlik аrtiklı ilә işlәnmiş, cәm vә hаl şәkilçisi qәbul еtmişdir. Bеlәlnklә, native sifәti tаm isimlәşmişdir.
Ardı →

Sifət və sifətin quruluşuna görə təsnifi

Sifәt hаqqındа ümumi məlumаt

Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә şәхs vә yа әşyаnın әlаmәtini, kеyfiyyәtini vә s. bildirәn sözlәrә sifәt dеyilir, mәsәlәn:
a clever boy, a modern city, long and wide streets, fresh fruit, green leaves və s.

Bir sırа dillәrdәn, mәsәlәn, rus, аlmаn vә s. dillәrdәn fәrqli оlаrаq müаsir ingilis dilindә sifәtin nә hаl, nә cins, nә dә kәmiyyәt kаtеqоriyаsı yохdur. Bunа görә dә müаsir ingilis dilindә, Аzәrbаycаn dilindә оlduğu kimi, sifәt аid оlduğu, təyin еtdiyi isimlә nә hаlа, nә cinsә, nә dә kәmiyyәtә görә uzlаşmır; ismin hаnsı hаldа, hаnsı cinsdә vә hаnsı miqdаrdа (tәk yахud cәm) оlmаsınа bахmаyаrаq sifәt еyni fоrmаdа, ilkin fоrmаdа işlәnir. Müqаyisә еdin:

an interesting book — five interesting books
a tall man — a tall woman
a little boy —the little boy's name

Müаsir ingilis dilindә sifәtә хаs оlаn хаrаktеrik хüsusiyyәtlәrdәn biri dә оndаn ibаrәtdir ki, sifәt zәrflә təyin оlunа bilir, mәsәlәn:
Ardı →

Sifətlərin əmələ gəlməsi və yazılışı

Rus dilində sifətlər qrupu fasiləsiz olaraq yeni sözlərlə zənginləşir. Məsələn, советский, пионерский, атомный, антифашисткий, межпланетный və s. Sifətlər suffikslərin (şəkilçilərin) və ya önlük və suffikslərin, habelə təkcə önlüklərin köməyi ilə yaranır. Bir çox sifətlər söz əsaslarının birləşdirilməsi ilə əmələ gəlir. Bunların haqqında bir qədər geniş danışaq. Suffikslər sifətlərin düzəldilməsində böyük rol oynayırlar. Sifətlər əsasən aşağıdakı suffikslərdən yaranır (əsas etibarilə isim və fel köklərindən): -к, -ск, -еск, -овск, -енск. -н, -ан, (-ян, -янн), -енн, -онн, -тельн, ив (-лив), -чив, -ов, (-ев), -ист: шаткий (laxlayan, tərpənən), майский, товарищеский, плутовский (hiyləgərlik, kələkbazlıq), елизаветинский, керченский, лесной, кожаный, ледяной, стеклянный, мужественный, решительный, правдивый, торопливый, разговорчивый, сиреневый, ветвистый.
Ardı →

Sifət və onun növləri

İstər rus, istərsə də Azərbaycan dillərində sözlərin böyük bir qrupu əşyanın əlamət və keyfiyyətini bildirir. Belə sözlər sifət (имя прилагательное) adlanır. Lakin Azərbaycan və rus dillərində sifətlərin isimlərlə, yəni əşya, şey bildirən sözlərlə əlaqəsi müxtəlifdir. Məlum olduğu kimi, dilimizdə isimlərlə sifətlər arasında sintaktik əlaqə yanaşmadır. Rus dilində isə sifətlər əlamətini bildirdikləri isimlərin cinsindən, tək-cəmindən və halından asılıdır; başqa sözlə desək, rus dilində sifətlər isimlərlə uzlaşır. Misal üçün, настроение (hal, əhval, əhval-ruhiyyə) sözünü götürək.
Ardı →