Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir
. Sifət
necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn:
əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.),
zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn
: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir
. Əşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.
Davamı →