Kosmetikaların tərkibindəki silikon maddələrin fəsadları

Gözəllik sektoru bu gün dünyada ən çox gəlir gətirən sahələrdən biridir. Mütəxəssislər cavanlaşmaq istəyən xanımlar üçün hər il minlərlə məhsul istehsal edərək böyük pullar qazanır. Və həmişə bütün pulunu bu məhsullara xərcləyən milyonlarla qadın tapılır. Təəssüf ki, təbii tərkibli adı ilə satılan kosmetik vasitələrin çoxu gözləntiləri doğrultmur. Nəticə etibarı ilə dəriyə qulluq üçün alınan məhsullar ona yavaş-yavaş, lakin ciddi ölçüdə ziyan vurur.

Dərinizin tipindən asılı olmayaraq, alimlər və mütəxəssislər silikon tərkibli məhsullar istifadə etməməyi məsləhət görür. Əsas çətinlik buradan yaranır ki, onları etiketdə maneəsiz tapmaq olmur, istehsalçılar uzun illərin təcrübəsi nəticəsində hər cür zərərli məhsulun adını şifrələyərək və elmi terminlərlə işarələyərək onları uğurla «gizlətməyi» öyrəniblər. Bundan başqa, unutmaq olmaz ki, mütəxəssislər hər gün yeni modifikasiyalı yeni silikonlar icad etməyə davam edirlər.
Davamı →

Silikon qoyduran qadın uşaq əmizdirə bilər?

  • Qadın
Bu gün dünya miqyasında ən çox həyata keçirilən estetik əməliyyatlardan biri də sinə böyütmə əməliyyatlarıdır. Bu əməliyyatlar nə qədər çox keçirilsə də, döşlərə qoyulan silikonların zərərli olub–olmaması hələ də mübahisə mövzularından biridir. Türkiyədə məşhur xanımlarla yanaşı, adi qadınlar arasında da tez-tez həyata keçirilən bu cərrahiyyə haqqında estetik, plastik və rekonstruktiv cərrah Bülent Cihantimur danışıb.

Sinə qadının estetik duruşuna çox əhəmiyyətli dərəcədə təsir edir. Buna görə də təsadüfi deyil ki, çox sayda qadın döşlərini bir və ya iki ölçü böyütmək üçün bu əməliyyata müraciət edir: “Döş böyütmə üçün ən çox istifadə edilən üsul həmin bölgəyə silikon protez yerləşdirilməsidir. Əməliyyat sonrası fiziki dəyişikliyə əlavə olaraq, psixoloji olaraq da qadınlar özlərini çox daha yaxşı hiss etdiklərini, özgüvənlərinin artdığını bildirirlər. Xəstələrimizin ən çox soruşduğu sual isə yerləşdirilən bu silikon protezlərin hər hansı bir zərərinin olub–olmaması haqqındadır”.
Davamı →