Sirr dolu simvol - svastika

SvastikaSvastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. II Dünya Müharibəsinə qədər svastika simvolundan, demək olar ki, dünyanın hər yerində istifadə olunurdu.

1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikadan bir simvol kimi istifadə qadağan olunmuşdur. Keçmiş SSRİ-də müharibədən sonrakı illərdə uşaqlara və yeniyetmələrə belə başa salırdılar ki, guya svastika simvolu kiril əlifbasının 4 ədəd  “Г” hərfindən təşkil olunmuşdur. Bu da, 4 əsas qəddar faşizm ideoloqlarının soyadlarının baş hərfləridir. Yəni – Hitler(Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Нerinq (Геринг)…

 Əvvəllər svastika simvolu geniş yayılmış simvollardan biri olmuşdur. Bu simvol mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq… Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının “L” hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – “light” – işıq, günəş, “love” – sevgi, məhəbbət, “life” – həyat, “luck” – tale, uğur, xoşbəxtlik…


Ardı →

Magen David (Davudun ulduzu)

Magen DavidƏfsanəyə görə, «Goliat» adlı nəhəngə qarşı döyüşərkən, kiçik Davidi(Davudu) qoruyan qalxanın üzərində  altıbucaqlı bir simvol vardı. Bu simvol bəlkə də şəklini David adının İvritcədəki yazılışına borcludur. David ivrit dilində üç hərflə: «Dalet-vav — Dalet» hərfləriylə yazılır. Çox köhnə İvrit  əlifbasında isə Dalet hərfi Yunan əlifbasındakı «Delta» ya bənzəyən kiçik bir üçbucaq şəklində yazılırdı.İki «Dalet» in birləşməsi, yəni iki üçbucağın altıbucaqlı bir ulduz şəklində çəkilməsi Kral Davidin adını təmsil edirdi. Bu şəklin Kral Davidin monogramı olması məntiqli bir fərziyyədir.

İvrit dilində «Magen» sözü, müdafiə mənasındakı «Lehagen / Hagana» sözü ilə eyni kökə malikdir və «müdafiəçi, qoruyucu» mənasını daşıyır. Magen, ayrıca, qoruyucu bir alət olan qalxana verilən addır. Buna görə, Magen David, «Davidin qalxanı, Davidin qoruyucusu» deməkdir.
 Digər bir əfsanəyə görə, Goliyat'ın qalxanını böyük bir ulduz bəzəyirdi. Gənc David, bu nəhəngi öldürdükdən sonra, qalxanına sahib olur və ulduzu da Tanrıya sığınmanın bir simvolu olaraq qəbul edir.
Ardı →

[email protected]

"@" (ət) işarəsi elektron poçt simvoludur. "@" işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompyuter və internet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir.
Çində "@" heroqlifi «ay ta» kimi oxunur və mənası «onu sev» deməkdir.
"@" işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı tacirin yazdığı bir məktubda rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən "@" işarəsini istifadə etmişdi. O zamanlarda bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən "@", daha sonra texnologiyalara da daxil oldu. Zamanla istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq «dənəsi 5 manatdan 10 məhsul» kimi bir tərif istifadə etmək yerinə «10 məhsul @ 5 manat» deməyə başladılar. Lakin burada da müxtəlif fikirlər var.
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Mason lojalarındakı Qədim Misir simvolları

Qədim Misir ilə masonlar arasındakı əlaqəni ortaya çıxaran önəmli faktlardan biri də masonluğun simvollarıdır. Simvollar masonluqda çox böyük əhəmiyyətə malikdirlər. Masonlar fəlsəfələrinin mənasını ancaq öz üzvlərinə açdıqları simvollarla ifadə edirlər. 33 dərəcəlik masonluq iyerarxiyasında pillə-pillə yüksələn mason hər dərəcədə simvolların yeni anlamlarını öyrənir. Və beləliklə, mason fəlsəfəsinin dərinliklərinə mərhələ-mərhələ qovuşur. Bu məsələ «Mimar Sinan» dərgisində belə açıqlanır: «Hamımız bilirik ki, masonluq fikir və ideallarını bəzi simvollar və hekayələrlə, yəni bir növ alleqoriyalarla ifadə edir. Bu hekayələrin kökü tarixin çox qədim dövrlərinə gedib çıxır. Ona görə də masonluğun çox zəngin bir simvollar sistemi var».
Masonluğun «qədim tarixi dövrlərə» uzanan simvol və əfsanələrinin arasında, təbii ki, Qədim Misir obrazları birinci yeri tutur. Həm mason lojalarında, həm də mason nəşrlərində çox tez-tez Qədim Misir simvollarına — piramidalara, sfinkslərə, heroqliflərə rast gəlinir.
Ardı →

“@”işarəsi internetin rəmzi simvoluna necə çevrilib?

Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency — Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi.

Tomnilson bir növ hakerlik edərək ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün [email protected] göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir.
Ardı →