Əsəbin fəsadları

Əsəb və hirsin boğulması gizli xəstəliklərin yaranması üçün şərait yaradır.
Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşərək həm özümüzün, həm də ətrafdakıların qanını qaraldırıq. Bəzən əsəblərimiz sakitliklə soyusa da, bəzən bu əsəb günlər, yaxud həftələrlə davam edir. Daxildə əsəb zamanla kinə çevrilir. Əksər vaxtlar əsəbdən sonra sakitləşən insan bunun ani hiss olduğunu hesab edir, elə də əhəmiyyət vermir. Çox vaxt isə əsəb insanda elə ani reflekslər yaradır ki, müxtəlif sakitləşdirici dərmanları qəbul etmək vacib olur.

Ümumiyyətlə, çox az insan əsəbin insan orqanizminə dağıdıcı təsir göstərməsindən xəbərsizdir. Hiss etdiyimiz bütün duyğular insan orqanizmində iz buraxır və əsəb bu izlər arasında ən qorxulusu və ən təhlükəlisidir. Zaman-zaman ətrafda qışqıran, aqressiyasını ətrafdakılara büruzə verənləri gördükdə istər-istəməz belələrini tərbiyəsiz, hövsələsiz kimi qəbul edirik. Halbuki aparılan araşdırmalar göstərir ki, həyatın müəyyən dönəmlərində məhz o cür olmaq insan orqanizmi üçün olduqca xeyirlidir. Kanadada 6 illik araşdırma və müşahidələrin sonunda bəlli olub ki, əsəbiləşərək hirsini boşaldan, ağlayan insanlar gündəlik həyatda daha sakit, rahatlaşmış olurlar. Məhz belə insanlar həyatın bütün çətinliklərindən daha üzüağ çıxır, çünki analiz etmək qabiliyyətlərini daha yaxşı işə salırlar. Hirsini boğaraq özünü təmkinli aparan, daxilən əsəb keçirənlər isə


Davamı →

Qan beynimizə vuranda…

Son illər insanlar arasında geniş yayılan xəstəliklərdən biri də beyində yaranan qan-damar xəstəlikləridir. Qan-damar sistemində yaranan pozğunluq beynin fəaliyyət mexanizmini sıradan çıxarır və bu da insanda bir sıra beyin xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmalara görə, son zamanlar bütün dünyada həm beynin qan-damar xəstəliklərinə tutulanların, həm də ölənlərin sayı xeyli artıb. ÜST-ün məlumatına əsasən, hazırda dünyada bu cür qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı 3 milyondan çoxdur. Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.
Ardı →

Alsqeymer xəstəliyi

Qocalar üçün ən dəhşətli xəstəliklərdən biri Alsqeymer xəstəliyidir. Beyinin və əsəb sisteminin ciddi zədələnməsi ilə bağlı olan bu xəstəlik, təkcə yaşlı adamlar üçün deyil, həmçinin onun yaxınları üçün də problemlər və narahatlıqlar mənbəyidir. Qocalıqda bu xəstəliyə tutulmamaq üçün nə etmək lazımdır? 
Təbii ki, yaşla əlaqədar olaraq əqli zəiflikdən tamamilə sığorta olunmaq mümkün deyil. Lakin Alsqeymer xəstəliyinin qurbanına çevrilməmək üçün onun şanslarını aşağı salmaq olar.
Davamı →

Sinir xəstəlikləri

Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklər olub, bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliklərə beyinə qansızmanı, beyin damarlarının trombozunu, nevriti, ensefaliti, meningiti, poliomielitləri, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri, avitaminozları, epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik.
Beyinə qansızma qəfildən, fiziki və emosional gərginlikdən sonra meydana çıxır. Xəstə huşunu itirir və yıxılır. Tənəffüs çətinləşir, nəbz gərginləşir, qan təzyiqi yüksəlir. Sifət qızarır, tərləyir. İflic baş verir, həmin tərəfdə ağız bucağı sallanır.
Davamı →

Psixomotor coşğunluq

Psixomotor coşqunluq — bir çox psixi xəstəliklər çərçivəsində inkişaf edərək, təxirəsalınmaz tibbi yardım tələb edən kəskin cərəyan edən xəstəlikdir. Bu həyəcanlı hərəki reaksiya zamanı xəstələr vurnuxur, ora-bura qaçır, əl-qol atır, ağız-burnunu qırışdırırlar, bu zaman olar özlərini və ətrafdakı şəxsləri zədələyə bilərlər: nitqləri çox vaxt rabitəsiz, dolaşıq və qırıq-qırıq olur. Belə hallarda, birinci növbədə, həkim çağırmaq və xəstəni təcrid etmək lazımdır… Həkim gələnə qədər onun immobilizə olunması üçün lazımi tədbirlər görülməlidir. Ən səmərəli tədbir — xəstənin təsbit və saxlanmasının əsas priyomlarından istifadə edərək onu yatağa uzandırmaqdır. Tibb bacısı kəskin həyəcanlanma vəziyyətini aradan qaldırmaq üçün lazım olan tədbirləri müstəqil görməlidir. Belə hallarda ən effektli tədbir 1 ml dimedrol və 1 ml kordiamin ilə 2 — 4 ml 2,5 %-li aminazin və ya tizersin məhlulunun əzələyə yeridilməsidir. Arterial təzyiqin birdən-birə çox azalması ehtimalını (kollaps) nəzərə alaraq, inyeksiyadan sonra xəstəni 1 ½ — 2 saat ərzində uzandırmaq və bu zaman onun nəbzinə və arteriya təzyiqinə fikir vermək lazımdır. Əgər coşqunluq bir saat ərzində sakitləşməzsəinyeksiyanı təkrar etmək olar.
Xəstədə coşqunluğun ürək-damar pozğunluqları ilə birlikdə baş verməsi aminazin və tizersinin tətbiqinə qismən əks göstəriş olduğu üçün, belə hallarda əzələ və ya venaya 2 — 4 ml diazepam (seduksen) yeridilir və ya xloral-hidrat (15 — 20 ml, 6 %-li məhlulu) imaləsi edilir.
Müəllif: tibb elmləri namizədi İ.S. Proxorova
Davamı →

Abstinesiya

ABSTİNENSİYA — morfin, kokain, alkoqol və s. kimi narkotiklərin uzun müddət işlədilməsindən tamamilə əl çəkilməsi nəticəsində əmələ gələn birləşmiş psixi və somatonevroloji pozğunluqlardan ibarətdir. Abstinensiya zəiflik, çox tərləmə, qusma, ishal, əllərin titrəməsi, oynaqlarda ağrı, təngnəfəslik, ürək döyünməsi, yuxusuzluq ilə xarakterizə olunur.
Abstinensiya vəziyyətində xəstə süst və əzgin, yaxud əksinə, həyəcanlı və əsəbi olur. Ağır abstinensiya sindromu təcavüzük və pozucu təmayüllərlə cərəyan edə bilər.Xəstələr çox vaxt ağlayırlar və nəyin bahasına olursa-olsun, narkoz əldə etmək üçün yalandan onlarda ağrı tutması olduğunu göstərməyə cəhd edirlər, çünki abstinensiyalı xəstələrin orqanizminə narkoz yeridildikdə çətin dözülən əzabverici ağrılar tamamilə kəsilir. Qeyd etmək lazımdır ki, xəstələr çox vaxt preparatları oğurlayırlar, qıfılları sındırarkən qeyri-adi məharət göstərirlər. Abstinensiyanın dayandırılması həkimin təyinatına görə tibb bacısı tərəfindən həyata keçirilən bir sıra təşkilati və müalicə tədbirlərindən ibarətdir. Bu zaman xəstəyə baxım xüsusi əhəmiyyət kəsb edir. Xəstə üçün yataq rejimi və ən ciddi gündəlik nəzarət təyin edilir. Onun başqaları ilə görüşməsi qadağan edilir, çünki xəstənin qohumları ona narkotiklər gətirə bilərlər. Buna görə də tibb bacısı xəstə üçün gətirilən bütün şeyləri diqqətlə nəzərdən keçirir. Xəstə üçün ancaq yüngül həzm olunan, zülallar və vitaminlərlə zəngin pəhriz təyin edilir. Abstinensiyanın dayandırılması üçün, həkimin təyinatına görə əzələyə insulin, neyroleptiklər (aminazin, tizersin, etaperazin, xlorprotiksen) və trankvilizatorlar (diazepam, seduksen, xlordiazepoksid — elenum), venaya qlükoza və kalsium-xlorid yeridilir. Tibb bacısı dərmanların vaxtlı-vaxtında qəbul edilməsinə ciddi fikir verməlidir, çünki xəstələr çox vaxt müalicədən imtina edirlər. Xəstələrin narkotikləri oğurlamasına yol verməmək üçün dərmanların yaxşı qorunması qayğısına qalmaq lazımdır.
Abstinensiya dövrü 14 günə qədər davam edir. Bu dövr ərzində xəstələrin ürək fəaliyyətinin kəskin surətdə aşağı düşməsinə yol verməmək üçün tibb bacısı hər gün xəstələrin nəbzini və arteriya təzyiqini yoxlamalıdır.
Müəllif tibb elmləri namizədi İ.S. Proxorova
Davamı →