Siqaret yaddaş itkisinə səbəb olur

Türkiyə Səhiyyə Nazirliyi siqaretin zərərlərini izah edən bir proqram hazırlayıb. Bu proqramda siqaretin hər hansı xəstəlik əleyhinə istifadə edilən dərmanları zərərli hala gətirdiyi qeyd edilib.
Proqramda az siqaret çəkmənin əsla zərərsiz olmadığına toxunulub, çəkilən hər siqaretin insan sağlamlığına zərəri olduğu izah edilib.

Davamı →

Yuxuda siqaret çəkmək

Yuxuda siqaret çəkmək adətən şüuraltı ilə bağlı bir yuxu olsa da, bəzi hallarda bu yuxuya müxtəlif mənalar verə bilər. Yuxuda siqaret çəkmək çətin günlərin sona çatacağına işarədir. Yaxşı olsa da, yuxuda siqaret çəkməyin mənfi mənaları da var.
Yuxuda siqaret çəkmək yuxu sahibinin çətin günlər yaşayacağından xəbər verir. O, ailə həyatında, dostları ilə və şəxsi həyatında problemlər yaşaya bilər. Ona görə də çox daha diqqətli və ehtiyatlı olmalıdır.

Davamı →

Bürqer xəstəliyi

Bürqer xəstəliyi zamanı orta və kiçik arteriya və damarlarda iltihab yaranır, damarlar sıxılır, qan dövranı kəskin pozulur.

Xəstəlik əksər hallarda ayaqlar və qollar damarlarında inkişaf edir. Xəstəliyin inkişaf etmə səbəbi məlum deyil. Lakin məlumdur ki, Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. Bu səbəbdən xəstəliyin əsas risk faktoru siqaret çəkmək sayılır. Həmçinin siqaret çəkməyin davam etməsi Bürqer xəstəliyi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.

Xəstəlik əksər hallarda 20-40 yaşlar arası siqaret çəkən kişilərdə inkişaf edir. Nadir hallarda bu xəstəliyə qadınlarda da rast gəlinir. Bu siqaret çəkmək kimi pis vərdişin qadınlar arasında yayılması ilə izah olunur.
Davamı →

Siqaret çəkmək intihara sövq edir


Siqaret nəinki fiziki, eləcə də psixoloji sağlamlığa ziyan vurur. Alimlər yeni araşdırma nəticəsində bu qənaətə gəliblər.
Araşdırmalar göstərir ki, siqaret çəkmək hətta intihara gətirib çıxara biləcək psixi sarsıntılara yol açır.

Bu nəticəyə alimlər 1990-2004-cü illər ərzində ABŞ-nin 50 ştatında tütün məmulatlarına qarşı qəbul edilən qanunları araşdırarkən gəliblər.
Nəticələrdə göstərilir ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunların qəbulu və ya tətbiq olunan cərimələrlə tütünə qarşı aqressiv siyasət göstərən ştatlarda intihar sayı digərlərinə nisbətən xeyli azdır. Dövlətlərin də anti tütün qaydaları qəbul etdiyi dövrlərdə ölüm sayı hiss olunacaq dərəcədə azalır.
Davamı →

İftardan sonra siqaret çəkməyin!

Ramazan ayında oruc tutan siqaret asılısı olan şəxslərin qarşılaşa biləcəyi əsas sağlıq problemi infarkt riskidir. Bunun səbəbi isə uzun müddətdir siqaret çəkməyən bədənin anidən çox siqaret dumanına məruz qalmasıdır.

Mütəxəssislər iftardan sonra çoxlu siqaret çəkməyin infarkt, iflic, beyin qanaması, ritm pozğunluğu kimi bir çox ciddi xəstəliyə səbəb olduğunu bildiriblər.

Oruc tutanlar imsak və iftar saatlarında çox ağır yeməklərdən uzaq durmalıdır. Mütəxəssislər normal günlərdə ehtiyac duyulan və 3 yemək rasionu arasında bölünən vitamin, mineral ehtiyaclarının iftar və imsak arasında bölünüb qarşılanması lazım olduğunu bildiriblər. Maye itkisinə xüsusi diqqət edilməlidir.
Davamı →

Passiv siqaret çəkmə

Passiv siqaret çəkmə yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməşidir.
Ayrıca siqaret çəkmə nəticəsində əmələ gələn tüstünü siqaret tütünü tüstüsü adlandıraq- STT. Qoxusuyla asanca ayırd edilir. STT pis qoxulu, yandırıcı, göz və burnu narahat edicidir. Daha da əhəmiyyətlisi sağlamlığı təhdid edicidir.

STT içində 4000-dən çox kimyəvi maddə təyin olunmuşdur. Bunların ən azı 43-ü xərçəng əmələ gətirəndir. 

Siqaret tütünü tüstüsünə məruz qalmaq sıx rast gəlinən bir vəziyyətdirmi?

A.B.Ş-da böyüklərin təxminən %26-ı siqaret çəkir. 5 yaşdan aşağı uşaqların %50-67i də ən az bir ailə üzvünün siqaret çəkdiyi evlərdə yaşayır. Ölkəmizdə bu nisbət çox daha yüksək səviyyələrdədir.

Kimlər risk qrupundadır?
STT hər kəs üçün zərərlidir. Ancaq, ana bətnindəki körpələr, kiçik körpələr və uşaqlar daha böyük risk altındadır. Çünki inkişaf etməkdə olan ağciyər, beyin kimi orqanlar zərər görərlər.
Ardı →

Ömrü qisaldan, ölümü tezləşdirən vərdiş - Siqaret

Ümumdünya Səhiyyə Təşiklatının statistik məlumatına görə hazırda dünyada 1.2 milyard insan siqaret çəkir.

Bəs bu qədər insan siqaretin zərərlərindən xəbərsizdirmi? Əlbəttə ki yox...

  • Siqaretin  Ən ağır zərəri ağciyərlərə  vurduğu zərbədir.Belə ki agciyər xərçəngindən əziyyət çəkənlərin 80 % siqaret istifadəçilərdir. ( Müalicə olunmadıqda ağciyər şişindən ölüm faizi 85 % dir )
  • Tütünün tərkibində olan karbonmonooksid,nikotin,  qətran, kimi maddələr ağciyər xərçəngi  başda olmaqla tənəffüs  sistemi xəstəlikləri, xroniki bronxit, emfizema kimi xəstəliklərə qapı  açır.Ağciyərlərin təbii müadifə sistemi pozulur, infeksiyalar asanlıqla   tənəffüs yoluna daxil olur.

Ardı →

Siqareti tərgitmək

1.      Siqareti atdığınız vaxtı özünüzdə qeyd edin.

2.      Son çəkəcəyiniz siqaretləri axıra qədər çəkməyin, yarıda atın.

3.      Siqareti yanınızda gəzdirməyin və çətin tapılan yerə qoyun.

4.      Əgər daim siqaret çəkdiyini stulunuz varsa, orda oturmayın.

5.      Əgər hər yeməkdən sonra masada bir siqaret çəkirdinizsə, yeməyinizi bitirən kimi masadan qalxın.

6.      Alkoqoldan uzaqlaşın, siqaretə olan tələbatı artırır.

7.      Həftədə 3-4 dəfə 30-40 dəqiqə idman edin.

8.      Gündəlik istifadə etdiyiniz çayı, meyvə suları və ya bitki tərkibli çaylarla, teabronxla əvəz edin.

Bütün zərərli vərdişləri atarkən bir neçə nəfər bir yerdə qərar verin və buna əməl edin.
Davamı →

Siqaretdən imtina etmək yolları

Siqaret çəkmə pis vərdiş və toksikomaniyanın bir forması olub, demək olar ki, dünyanın bütün ölkələrində geniş yayılmışdır və onunla mübarizə ümumdünya probleminə çevrilmişdir.


Siqaret çəkənlər cəmiyyətin bütün təbəqələri ilə təmsil olunmuşlar. Əfsuslar olsun ki, onların sırasında yeniyetmələr, qızlar, qadınlar və hətta hamilə qadınlar da vardır. Bu acınacaqlı vəziyyət şübhəsiz ki, gələcək nəslin qeyri-sağlam olmasına gətirib çıxara bilər. Siqaret çəkmənin zərərli cəhətlərini oxucuların nəzərinə daha dolğun çatdırmaq üçün tütün bitkisi və onun xüsusiyyətlərinin bir qədər geniş planda verilməsi məqsədəuyğun hesab edilir.


Ardı →

Siqaretin tanıtımı

adı:tütün
soyadı:siqaret
ata adı:kök
ana adı:yarpaq
doğum yeri:torpaq
cinsi:nikotin
vəzifəsi:xərçəng
ünvanı:insan
dayancağı:dodaq
küçəsi:qırtlaq
döngəsi:bağırsaq
məhəlləsi:ağciyər
özü:ölüm
yoldaşı:əzrail
sonu:məzar
Ardı →