Siqaret çəkmək-Ömrü baltalayan vərdiş

Siqaert insan orqanizminin ən təhlükəli düşmənidir. Təəssüf ki, Azərbaycanda bu barədə məlumatı olanlar azdır. Ona görə siqaret satışının həcmi ildən ilə artır, nikotin qəbul edənlərin sayı gənclərin hesabına çoxalır.
Bu yazıda siqaretin zərərləri haqda yazacağıq. Ümidvarıq ki, bununla zərərli vərdişə aludə olanların, ona maraq göstərənlərə faydalı məlumatlar verəcəyik.


Ardı →

Hamiləlik və siqaret

Mövzu bəzi qadılar üçün olduqca aktualdır. Çox təəssüflər olsun ki, hamilə qadınlar hamiləlik düvründə pis vərdişləri arasında siqaret çəkmək ən çox rast olunan haldır. Həkimlərin hədsiz iradlarına baxmayaraq onlar yenə də bu pis vərdişlərindən əl çəkə bilmirlər. Həyat üçün  siqaretin zərərlərinin nə qədər olduğunu bildirən təşviqatların artmasına baxmayaraq günümüzdə siqaret çəkən qadınların sayı sürətlə artmaqdadır. Əsas da gənc xanımlar arasında bu meyl özünü göstərməkdədir. Siqaret çəkmək həm ananın həm də gələcək körpənin həyatı üçün təhlükə olmağına baxmayaraq yalnız 20 faiz  qadın hamiləlik dövründə bundan imtina edir.  
Ardı →

Papiros çəkməyin ziyanları

Siz siqaret tüstüsü udan vaxt, tüstü sizin ağız boşluğundan vəboğazınızdan (hülqumdan, xirtdəkdən) keçərək ağ ciyərlərə düşür. Yuxarıda qeyd olunduğu kimi tüstünün tərkibində mindən artıq yüksək toksiki maddələr var, onlardan bir çoxu xərçəng törədə bilirlər. Məsələn formaldehid, benzol, sürmə və başqaları. Bu maddələr orqanizmin toxumaları ilə kontaktda olaraq bir-birinə təsir edirlər. Tüstü ağ ciyərlərə daxil olduqda bunun tərkibində olan qatran ağciyərlərə çökür.
Ağ ciyərlər vasitəsilə, kimyəvi maddələrin əksəriyyəti qana keçir (avtomobildən çıxan işlənmiş qaz kimi siqaret tüstüsündən də karbon oksidi qana keçir). Qanda olan oksigenlə birləşir. Bu isə orqanizmdə olan bütün üzvlərdə, o cümlədən beyində oksigen çatışmazlığına səbəb olur.


Ardı →

Siqareti tərgitmənin yolları

İlk öncə unutmaq lazım deyil ki, siqaret nəinki sizin hətta ətrafdakıların sağlamlığına ziyandır. Və unutmayın ki, qadınlar siqaret iyindən heç də xoşlanmırlar. Bunun üçün siqareti tərgizməyiniz daha yaxşı olar.
1. Siqareti tərgizməyizə özünüzü mənəvi cəhəttən hazırlayın.
2. Siqareti hansı zamana kimi tərgizəcəyinizi müəyyən edin.
3. bunu dərhal yoxsa tədricən edəcəyinizə qərar verin. hər insan bir anda tərgizə bilmir.
4. Evdə olan siqaretləri atın.
5. Siqaret çəkilən məkanlardan uzaq durun.
6. Dostlarınızada tərgizməyi məsləhət görün və beləlikə qrup şəklində daha xoş olacaqdır.
7.Ailədən biri və ya dostunuzla müqavilə imzalayın, tərgizdiyiniz halda mukafat, bacarmadıqda isə təzminat ödəyəcəyinizə imza atın.
8. İdmanla məşğul olun.
9. Yeməyinizə diqqət yetirin.
10. Vitamin qəbul edin.
11. uğur qazanacağınıza inanın.

Davamı →

Siqaretin zərərləri

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən tütün epidemiyası hər il 5,4 milyon insanın həyatına son qoyur.Əgər bunun qarşısı alınmazsa,2030-cu ilə qədər tütünçəkmə ildə 10 milyon insanı öldürə bilər.
Siqaret dərinin sürətlə qocalmasına səbəb olur.Mütəxəssisin sözlərinə görə,dərinin yaşlanması iki faktorla-genetik və ətraf mühitlə bağlıdır:«Genetik yaşlanma fizioloji proses olduğu üçün buna qarşı hər hansı tədbir görmək mümkün deyil.Bizim üzərində işlədiyimiz əsas məsələ ətraf mühitin təsiri faktorudur.Bura pis qidalanma,toz-torpaq təsirindən başqa siqaret çəkmək də daxildir.Siqaret dərini ən tez yaşlandıran əlavə faktordur.»
Ardı →

Siqaret və qadınlar

Amerika alimlərinin apardıqları araşdırmalar göstərir ki, siqaret qadınların ömrünü orta hesabla 14-15 il azaldır. Siqaret şəkmək orqanizmə mənfi təsir göstərən ən pis adətdir. O, ağciyərlərdə xərşəngin yaranmasını əsas səbəblərindən biridir.
1950-ci ildən etibarən ağciyər xərşəngindən dünyasını dəyişən qadınların sayı 60% artıb. Siqaret həmçinin qadınlarda süd vəziləri,qırtlaq, udlaq, mədəaltı vəzi, böyrək, sidik kisəsi, uşaqlıq xərçənginin əmələgəlmə riskini də qrtırır.


Ardı →

Siqaretin Faydaları

Bəli, səhv anlamadınız faydaları. Siqaretin faydaları. Bizim bildiyimiz siqaretlərdən gedir söhbət. Əgər «belə şey ola bilməz» deyə düşünürsünüzsə onda mütləq oxuyun.
Hara girirsən siqaret öldürür, dağıdır, bla-bla-bla. Amma heç siqaretin faydalarından danışan yoxdu. Mənsə bu mövzuda yazmağa qərar verdim. Demək belə diqqət! Siqaretin faydaları:
Ardı →

Siqaretsiz günümüz olmasın

İnsanı siqaret vərdişindən qurtarmaq üçün nələr etmirlər. Elə siqaretin zərəri haqda postu oxumaq və videolara baxmaq çox şeyə dəyər.Amma dərd ondadır ki,siqaret çəkməyə vərdiş etmiş şəxslər bu addiksiyadan heç cür əl çəkmək istəmirlər. Nəysə,söhbəti çox uzatmayım və videoya keçim.
Ardı →