Evinizdəki xalçalar zəhər mənbəyi ola bilər

Siqaretin zərərləri haqqında onun sağlamlığımıza vurduğu ziyandan hər gün minlərlə insanın siqaretdən öldüyünü artıq hər kəs bilir. Lakin qapalı bir şəraitdə məsələn maşında və ya evdə siqaret çəkərkən özümüzlə bərabər ətrafımızdakıların da sağlamlığını böyük bir təhlükə altında qoyduğumuzu bilirdinizmi?

Hətta  mütəmadi olaraq içərisində siqaret çəkilən bir maşın sonradan içərisində siqaret çəkilməsə belə onun oturacaqlarına hopmuş zəhərli maddələr ucbatından təhlükəli sayılır.

Bu kimi vəziyyətlərdən ən təhlükəlisi isə evdə çəkilən siqaretdir, siqareti evdə çəkərkən təbii ki, onun tüstüsü və bu tüstü ilə ondan ayrılan zəhərli maddələr evin içərisinə əsasən də döşəmədəki və divardakı xalçalara hopur, əgər həmin evdə uşaq varsa və nəzərə alsaq ki, körpələr xalçanın üzərində oynayır, iməkləyir körpəni necə bir təhlükə ilə qarşı-qarşıya qoyduğumuzu başa düşmək elədə çətin deyil.
Davamı →

Sağlamlığımızın düşməni | Siqaret

siqaretAmerika materikinin kəşfi ilə dünya bir çox yeni bitki və heyvan növləri ilə tanış oldu. Müasir dövrdə xərçəng kimi bir çox xəstəliklərin səbəbi sayılan tütünün də vətəni Amerikadır. Tütün 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib və qısa zamanda bütün dünyaya yayılıb. İlk dövrlərdə, sadəcə, zərərli məşğuliyyət sayılan siqaret, hazırda az qala  narkotik maddələr qədər asılılıq yaradır və bir çox ölümcül xəstəliklərə səbəb olur. Siqaret çəkən insanların 82 %-i inkişaf etməkdə olan ölkələrin payına düşür.

Siqaret çəkən insanlarda həzm prosesinin pozulması, mədə yarası, xroniki bronxit, arterioskleroz, yəni damar divarlarının sərtləşməsi, qol və ayaq damarlarında tıxanmaların əmələ gəlməsi, yaddaş zəifliyi və bir çox xəstəliklər müşahidə olunur. Bundan başqa, ağciyər və qırtlaq xərçənginin də əmələ gəlməsinin 90%-nə səbəb siqaretdir. Əgər bir adamın damarına 2 mq nikotin vurularsa, bu zaman ürəyin ritmi pozular və bir dəqiqə ərzində əvvəlkindən azı 15-20 dəfə daha çox döyünər. Həmin müddətdə ürəkdən damarlara vurulan qanın həcmi də xeyli artar. Belə olan halda siqaret çəkən adamın ürəyi yorğun hala düşür, insanın özü isə süst vəziyyətdə olur. Bu cür vəziyyət ifliclə də nəticələnə bilər.


Ardı →

Siqaretdən imtina narahatlığa son qoyur

İnsanların çoxu siqaret aludəçiliyinə bəhanə olaraq bunun onları sakitləşdirdiyini və stressi aradan qaldırması ilə izah etməyə çalışırlar.Həqiqətdə isə bu belə deyildir.Oksford və Kembric universitetlərindən olan mütəxəssislərin müştərək tədqiqatı bunu deməyə əsas verir ki,siqaret olduqca qısa bir zaman üçün sakitlik yaradır,halbuki siqaretdən imtina tamamilə stressə qarşı müdafiə mexanizmlərini gücləndirir.Nikotin stressin  total  olaraq mənimsəmə dərəcəsini artırır.Beləki,o aludəçiləri çətinlik və əməyə qarşı daha maraqsız etməklə yanaşı narahatlıq və gərginliyi artırır.


Ardı →

Siqaret çəkən qadınlar erkən ölür

Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki,hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür.Onların hesablamalarına əsasən qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur.Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaşarası yüz min qadının iştirak etdiyi  böyük milli tədqiqatın nəticələrini təhlil etmişlər.


Ardı →

Səhər çəkilən siqaret

Xərçəng xəstəliyinin yaranma riski təkcə siqaret çəkmənin tezliyindən deyil, həm də rejimindən asılıdır. Mütəxəssislər bu qənaətə aparılan bir sıra araşdırmalardan sonra gəliblər. Səhər oyanandan yarım saat sonra çəkilən siqaret nəinki ağciyər, eləcə də boyun və beyin xərçəngi riskini 2 dəfə artırır.
Ardı →

Elektron siqaret

Elektron siqaret haqqında TV-də N sayda reklama rast gələ bilərsiniz,onlara inansaq bu siqareti atmağa kömək etməklə yanaşı eyni zamanda sizi siqaretin təhlükələrindən qorumuş olur.Tədqiqatlar isə əksini göstərir.
Ardı →

Zərərsiz siqaret

Bu fikir əslində düzgün deyil,sadəcə bəşəriyyətin artıq aludə olmuş siqaret həvəsini tam ortadan götürmək mümkün olmadığından xüsusilə qərb sənayesi onu qismən də olsa mümkün səviyyədə təkmilləşdirməyə və zərərsizləşdirməyə çalışır.
Ardı →

Siqaret çəkmək-Ömrü baltalayan vərdiş

Siqaert insan orqanizminin ən təhlükəli düşmənidir. Təəssüf ki, Azərbaycanda bu barədə məlumatı olanlar azdır. Ona görə siqaret satışının həcmi ildən ilə artır, nikotin qəbul edənlərin sayı gənclərin hesabına çoxalır.
Bu yazıda siqaretin zərərləri haqda yazacağıq. Ümidvarıq ki, bununla zərərli vərdişə aludə olanların, ona maraq göstərənlərə faydalı məlumatlar verəcəyik.


Ardı →