Siqaret yaddaş itkisinə səbəb olur

Türkiyə Səhiyyə Nazirliyi siqaretin zərərlərini izah edən bir proqram hazırlayıb. Bu proqramda siqaretin hər hansı xəstəlik əleyhinə istifadə edilən dərmanları zərərli hala gətirdiyi qeyd edilib.
Proqramda az siqaret çəkmənin əsla zərərsiz olmadığına toxunulub, çəkilən hər siqaretin insan sağlamlığına zərəri olduğu izah edilib.

Davamı →

Siqaret çəkmək-Ömrü baltalayan vərdiş

Siqaert insan orqanizminin ən təhlükəli düşmənidir. Təəssüf ki, Azərbaycanda bu barədə məlumatı olanlar azdır. Ona görə siqaret satışının həcmi ildən ilə artır, nikotin qəbul edənlərin sayı gənclərin hesabına çoxalır.
Bu yazıda siqaretin zərərləri haqda yazacağıq. Ümidvarıq ki, bununla zərərli vərdişə aludə olanların, ona maraq göstərənlərə faydalı məlumatlar verəcəyik.


Ardı →

Hamiləlik və siqaret

Mövzu bəzi qadılar üçün olduqca aktualdır. Çox təəssüflər olsun ki, hamilə qadınlar hamiləlik düvründə pis vərdişləri arasında siqaret çəkmək ən çox rast olunan haldır. Həkimlərin hədsiz iradlarına baxmayaraq onlar yenə də bu pis vərdişlərindən əl çəkə bilmirlər. Həyat üçün  siqaretin zərərlərinin nə qədər olduğunu bildirən təşviqatların artmasına baxmayaraq günümüzdə siqaret çəkən qadınların sayı sürətlə artmaqdadır. Əsas da gənc xanımlar arasında bu meyl özünü göstərməkdədir. Siqaret çəkmək həm ananın həm də gələcək körpənin həyatı üçün təhlükə olmağına baxmayaraq yalnız 20 faiz  qadın hamiləlik dövründə bundan imtina edir.  
Ardı →

Papiros çəkməyin ziyanları

Siz siqaret tüstüsü udan vaxt, tüstü sizin ağız boşluğundan vəboğazınızdan (hülqumdan, xirtdəkdən) keçərək ağ ciyərlərə düşür. Yuxarıda qeyd olunduğu kimi tüstünün tərkibində mindən artıq yüksək toksiki maddələr var, onlardan bir çoxu xərçəng törədə bilirlər. Məsələn formaldehid, benzol, sürmə və başqaları. Bu maddələr orqanizmin toxumaları ilə kontaktda olaraq bir-birinə təsir edirlər. Tüstü ağ ciyərlərə daxil olduqda bunun tərkibində olan qatran ağciyərlərə çökür.
Ağ ciyərlər vasitəsilə, kimyəvi maddələrin əksəriyyəti qana keçir (avtomobildən çıxan işlənmiş qaz kimi siqaret tüstüsündən də karbon oksidi qana keçir). Qanda olan oksigenlə birləşir. Bu isə orqanizmdə olan bütün üzvlərdə, o cümlədən beyində oksigen çatışmazlığına səbəb olur.


Ardı →

Siqaretin ziyanları

Siqaret çəkənlər çəkməyənlərə nisbətən bakterial infeksiyalarla və iltihabi xəstəliklərlə daha çox xəstələnirlər. Bu, tütünün tərkibinə daxil olan yüzlərlə toksiki birləşmələrin orqanizmə daxil olması ilə əlaqədardır. Lakin onların  necə təsir etdiyini son zamanlar aparılan tədqiqatlar göstərmişdir.
Məlumdur ki, nikotin immun sistemin hüceyrələrinin müdafiə qabiliyyətini – daha dəqiq isə, bakteriaları tapmaq və məhv etmək qabiliyyətini  zəiflədir. Məsələ burasındadır ki, neytrofillər sümük iliyində formalaşır,  differensasiya olunur. Nikotinin neytrofillərə qarşı təsiri əvvəllər də güman olunurdu. Lakin hələ ki, bunun təsir mexanizmi məlum deyildi.
Devid Skottun rəhbərliyi altında işləyən alimlər promielositlərdən neytrofillərin differensasiya prosesinin modelini yaratmışlar-  nikotinli və nikotinsiz neytrofillərin.
Davamı →

Siqaretin zərərləri

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən tütün epidemiyası hər il 5,4 milyon insanın həyatına son qoyur.Əgər bunun qarşısı alınmazsa,2030-cu ilə qədər tütünçəkmə ildə 10 milyon insanı öldürə bilər.
Siqaret dərinin sürətlə qocalmasına səbəb olur.Mütəxəssisin sözlərinə görə,dərinin yaşlanması iki faktorla-genetik və ətraf mühitlə bağlıdır:«Genetik yaşlanma fizioloji proses olduğu üçün buna qarşı hər hansı tədbir görmək mümkün deyil.Bizim üzərində işlədiyimiz əsas məsələ ətraf mühitin təsiri faktorudur.Bura pis qidalanma,toz-torpaq təsirindən başqa siqaret çəkmək də daxildir.Siqaret dərini ən tez yaşlandıran əlavə faktordur.»
Ardı →