Siqaret yaddaş itkisinə səbəb olur

Türkiyə Səhiyyə Nazirliyi siqaretin zərərlərini izah edən bir proqram hazırlayıb. Bu proqramda siqaretin hər hansı xəstəlik əleyhinə istifadə edilən dərmanları zərərli hala gətirdiyi qeyd edilib.
Proqramda az siqaret çəkmənin əsla zərərsiz olmadığına toxunulub, çəkilən hər siqaretin insan sağlamlığına zərəri olduğu izah edilib.

Davamı →

Siqaretin dişlərə təsiri

Siqaretin təsirindən diş minası tünd ərplə örtülür. Buna səbəb siqaret tüstüsünün tərkibindəki nikotin, qətran və fenol tərkibli birləşmələrdir. Eyni zamanda qaynar siqaret tüstüsünün dişin mina qatı ilə mütəmadi təması minanın qurumasına və onda mikroçatların əmələ gəlməsinə səbəb olur.

Belə mina kofenin, çayın, meyvələrin tərkibində olan rəngləyici piqmentlərlə çox asan rənglənir. Amma bu fakt siqaretdən gələ biləcək ziyanın çox az qismidir. Çünki, siqaret dişlərdən çox diş ətinə ziyan verir.
Davamı →

Siqaretin tərkibindəki təhlükəli 11 maddə

Siqaret çəkmək insan sağlamlığına ziyandır -bu sözü hər gün eşidirik, lakin siqaretin tərkibində hansı zəhərli maddələrin olduğunu bilmirik.

Siqaretin tərkibi uzun müddət istehsalçılar tərəfindən gizli saxlanılmış, 1998-ci ildə onlar bunu açıqlamağa məcbur edilmişlər və məlum olmuşdur ki, siqaretin təkibində 4 mindən artıq kimyəvi maddə mövcuddur lakin onlardan onu ən zərərli və təhlükəli maddələrdir. Onlar aşağıdakılardır:

1. Amonyak — Bu maddə nikotinin orqanizmdə yaxşı sorulmasını təmin edir. Amonyakın gübrənin əsasını təşkil edən bir maddə olduğunu qeyd etməklə onun nə dərəcədə təhlükəli maddə olduğunu anlamaq mümkündür

2. Arsenik — bu maddə eyni zamanda tarlalarda siçanları öldürmək üçün istifadə olunur.


Ardı →

Evinizdəki xalçalar zəhər mənbəyi ola bilər

Siqaretin zərərləri haqqında onun sağlamlığımıza vurduğu ziyandan hər gün minlərlə insanın siqaretdən öldüyünü artıq hər kəs bilir. Lakin qapalı bir şəraitdə məsələn maşında və ya evdə siqaret çəkərkən özümüzlə bərabər ətrafımızdakıların da sağlamlığını böyük bir təhlükə altında qoyduğumuzu bilirdinizmi?

Hətta  mütəmadi olaraq içərisində siqaret çəkilən bir maşın sonradan içərisində siqaret çəkilməsə belə onun oturacaqlarına hopmuş zəhərli maddələr ucbatından təhlükəli sayılır.

Bu kimi vəziyyətlərdən ən təhlükəlisi isə evdə çəkilən siqaretdir, siqareti evdə çəkərkən təbii ki, onun tüstüsü və bu tüstü ilə ondan ayrılan zəhərli maddələr evin içərisinə əsasən də döşəmədəki və divardakı xalçalara hopur, əgər həmin evdə uşaq varsa və nəzərə alsaq ki, körpələr xalçanın üzərində oynayır, iməkləyir körpəni necə bir təhlükə ilə qarşı-qarşıya qoyduğumuzu başa düşmək elədə çətin deyil.
Davamı →

Ömrü qisaldan, ölümü tezləşdirən vərdiş - Siqaret

Ümumdünya Səhiyyə Təşiklatının statistik məlumatına görə hazırda dünyada 1.2 milyard insan siqaret çəkir.

Bəs bu qədər insan siqaretin zərərlərindən xəbərsizdirmi? Əlbəttə ki yox...

  • Siqaretin  Ən ağır zərəri ağciyərlərə  vurduğu zərbədir.Belə ki agciyər xərçəngindən əziyyət çəkənlərin 80 % siqaret istifadəçilərdir. ( Müalicə olunmadıqda ağciyər şişindən ölüm faizi 85 % dir )
  • Tütünün tərkibində olan karbonmonooksid,nikotin,  qətran, kimi maddələr ağciyər xərçəngi  başda olmaqla tənəffüs  sistemi xəstəlikləri, xroniki bronxit, emfizema kimi xəstəliklərə qapı  açır.Ağciyərlərin təbii müadifə sistemi pozulur, infeksiyalar asanlıqla   tənəffüs yoluna daxil olur.

Ardı →