Şir bürcü haqqında ♌

Şir bürcündə doğulanlar bilirlər ki, onlar həmişə diqqət mərkəzindədirlər, anadangəlmə bir nömrəli insaniardır.
Günəş bütün Günəş sisteminin mərkəzi olduğu kimi, Şir də bürclər silsiləsinin mərkəzidir. Şirə Cünəşin bütün keyfiyyətləri xasdır: bunlar istiqanlı, hərarət saçan insanlardır və hamı tərəfindən seviləndirlər. Günəş buludlar arxasından çıxıb tutqun havanı dəyişdirdiyi kimi, onlar da elə təkcə öz mövcudluqlan ilə otağı işıqlandırırlar. Hər hansı bir tədbir və ya məclis Şirin iştirakı ilə daha da gözəlləşir, onsuz isə bir qədər darıxdırıcı olur. Şirlər fitrətən təbii şəkildə qalibdirlər; buna səbəb onların eqoizmi və səxavətidir. Şir bilir ki, o, ən yaxşı insandır. Özünə şübhə, özünütənqid, utancaqlıq və hövsələ ona yaddır. Şirlər özlərinə lazım olduğu kimi hərəkət edirlər. Onlar hər şeydə birinci olduqlarına və ən yaxşı insan hesab edildiklərinə görə özlərinə bəraət verirlər. Arzu etmədikləri bir işi görməzlər. Bununla belə, hamı Şiri sevir. Nəyə görə? Çünki səmimi və səxavətlidir. Onu bir qədər tərifləsələr həvəslə hər şeyini bölüşər.


Davamı →

Şir bürcünün xarakteri

Ulduzlar sistemində beşinci yeri tutan Şir bürcü təxminən iyulun 23-dən avqustun 22-nə qədər olan dövrü (31 gün) əhatə edir. Ünsürü od, planeti Günəş, düşərli günü bazar, düşərsiz günü şənbə, uğurlu rəngi qızılı, narıncı, al, qara, uğursuz rəngi ağ, uğurlu daşı yantar, topaz, rubin, oniks, brilliant, metalı qızıl, enerji verən çiçəyi xrizantema, pion, uğurlu rəqəmi 1, 5, 9, 11, müxalif bürcü Sutökən, talismanı taclı inək, şir, qartal, şanslı ölkələri Fransa, İtaliya, Çexiya, Slovakiya, Antarktida, Arktika və Siciliyadır.
Davamı →