Anuk Eme

Anuk EmeAvropa kinosunun dünyaya tanıtdığı, bəxş etdiyi qadınlar illər boyu insanlarda zövqün — əslin zövqün formalaşmasına yardım edib. XX əsrdə bu gözəllik ikonalarının sayı –hesabı yox idi. Lakin onlar çox olduqları qədər də fərqli idilər: — fərqli səhnə görkəminə, fərqli obraza, fərqli imicə malik idilər. Sofi Loren, Bridcit Bardo, Mişel Mersye… Bu və digər onlarla məşhur qadın ulduzlara ötən əsrlə yanaşı, bu əsrdə də baxılır, pərəstiş edilir. Kino yaşadığı müddətdə XX əsr Avropa kinosu  və onun dünya kino tarixinə bəxş etdiyi ulduz isimlər də yaşayacaq.  

Bu dəfə haqqında yazdığım xanım aktrisanı tamaşaçılar “femme fatale” – “sirli qadın” kimi tanıyır.  Bu gözəl, incə və… toxunulmaz Anuk Emedir – sevimli Anuk…

“Yəqin, onun əri əla oğlan olub. Ancaq əgər sağ olsaydı axmaq olardı. Ölüb deyə o, əla oğlan sayılır”… Bu məşhur kəlmələr Anuk Emenin rol aldığı “Kişi və Qadın” filmində səslənir. Bu film fransalı aktrisanın çəkildiyi ən gözəl filmlərdən idi və ən əsası, bu film Anuku bütün dünyada məşhur edir...

Fransuaza Sorya Deyfus ismi bizə heç nə demir, çünki dünya onu Anuk Eme kimi tanıyır, sevir. “Eme” ləqəbi tərcümədə “sevimli”  mənasını verir.
Ardı →