Su altında qalmış qitə: Mu

Bir zamanlar Sakit okeanda mövcud olmuş Mu qitəsi 12–14 min il əvvəl yeraltı təkanlar nəticəsində okeanın dərinliklərində qeyb olan sivilizasiyanın adıdır. Fərziyyələrə görə, Mu qitəsi Avstraliya materikindən iki dəfə böyük olub. Bu qitədə 50–70 min il əvvəl sivilizasiya ən yüksək həddə çatıb. XX yüzilliyin əvvəllərinə qədər Mu qitəsi ilə bağlı bütün bilgilər folklor müstəvisində idi və onun haqqında deyilənlər mif və əfsanə hesab olunurdu. İlk dəfə ingilis alimi Ceyms Çörçvard bu qitə haqqında elmi araşdırmalara başladı və 50 illik tədqiqatlardan sonra, nəhayət, itmiş qitə və onun qeyb olmuş mədəniyyəti haqqında elmi dəlillərlə çıxış etdi. Beləliklə, Mu mövzusu ciddi elmi araşdırmaların obyektinə çevrildi.

Sonralar bu araşdırmaların davamçısı kimi türkiyəli Təhsin Mayatəpək Meksikada maraqlı faktlarla qarşılaşır. O, burada on min illərlə yaşı olan lövhə üzərindəki yazılar və işarələrlə tanış olur. Mayyaların ay-ulduz simvolundan istifadə etdiklərini, mədəniyyətlərində şamanizmin izlərinin olduğunu görür və çox təəccüblənir. Meksikada çalışdığı 3 il (1935–1938) ərzində Təhsin Mayatəpək gördüklərini və araşdırmalarını müntəzəm olaraq raport şəklində həm Atatürkə, həm də Türk Dil və Tarix Qurumuna göndərir.
Davamı →