Prustdan sitatlar

O gecə Madam de Laumes ərinə dedi: «Miskin Svan əvvəlkitək valehedicidir, lakin çox bədbəxt bir görkəmdədir. Siz də şahidi olacaqsınız, belə ki tezliklə şam yeməyi üçün gələcəyinə dair vəd verdi. Əslində, onun kimi bir intellekt sahibi insanın qadın ucbatından əzablara düçar olmasını gülünc hesab edirəm;

Üstəlik, qadının maraqlı bir tərəfi də yoxmuş, gicbəsərin biriymiş» deyə əlavə etdi, eşqi dadmayan insanlara məxsus bir məntiqlə; belə adamlar, ağıllı bir kişi yeganə olaraq kədərlənməyinə dəyəcək qadınlara görə bədbəxt olmalıdır deyə düşünürlər, ki bu da vəba çöpləri qədər kiciçik bir varlığa görə vəba xəstəliyinə yoluxmağa razılıq verməyə bənzəyir. Bu isə çox təəccüblüdür. (“Svanlara tərəf” romanından)

Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nigahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir. (“Çiçək açan gənc qızların kölgəsində” romanından)
Davamı →

Eşq ya var, ya da yoxdur

– Eşq çox çətin söhbətdir.
– Çətin söhbətdir? Eşq ya var, ya da yoxdur. O ki qaldı eşqin asan söhbət olamağına, ona ümumiyyətlə eşq demək olmaz.

Kimi isə – əsasən, doğma övladlarını – çox sevmək təhlükəlidir. Təcrübə göstərir ki, bunu az-az, tədricən etmək lazımdır. Onsuz da gec-tez sənin sevgin alt-üst olur və onu kəfənə bürüyüb bir dəliyə atırlar. Bax bu səbəbdən başqa bir sevgi üçün özündə güc saxlamalısan.

Kişi – sadəcə kişidir. Amma oğul – hə, bax bu, doğrudan da başqa şeydir. 

Elə təhnalıq var ki, üstündən sükutla keçmək olar. Qolları sinədə çarpazlayır, dizləri bükürsən və yırğalan ki, yırğalan… Bu hərəkət gəmi yırğalanmağından fərlidir, adamın ruhunu sakitləşdirir. Bu hiss haradansa içdən gəlib səni bütünlüklə ağuşuna alır.
Davamı →

Yanlış anladığımız 7 aforizm

1. “Din xalqın tiryəkidir”
Müəllif: Karl Marks

Kontekst: “Din məzlum insanın nəfəsdərməsi, onun daşqəlbli dünyada çarpan ürəyi, ruhsuz qaragüruhun ruhudur — din xalqın tiryəkidir. Dini xalqın aldadıcı xoşbəxtliyi kimi aradan qaldırmaq istəmək xalqın əsl xoşbəxtliyini tələb etmək deməkdir. Xalqın özünü aldadan bu xəyallardan illüziyalardan (dindən) vaz keçməsini istəmək, onun bu illüziyalara ehtiyac yaradan vəziyyətdən imtina etməsini istəməkdir. Beləliklə, dinin tənqidi onun ətrafında halə yaradan gözyaşları vadisinin mənbəyini tapıb tənqid etmək anlamına gəlir” (“Hegelin hüquq fəlsəfəsinə tənqidi”ndən. 1843-cü il)

Adətən başa düşülən məna: “Din xalqın başını dumanlandırmaq üçün vasitədir və bununla da təhlükəlidir” Müəllifin demək istədiyi: Marksın fikrincə, din müəyyən toplum və mədəniyyətlərdə insan tərəfindən yaradılan məfhumdur. Onun sosial orqanizmdə bəlli funksiyaları var.
Davamı →

Zükerberqdən 10 məsləhət

1. Sürətlə hərəkət edin və nəyisə korlayın. Nəyisə xarab etmirsinizsə, deməli, lazımi qədər sürətli deyilsiniz.

2. Əgər indi başlasaydım işlərimi daha fərqli görərdim. Silikon vadisində yaşayanda bacarmaq üçün “mütləq burada olmalıyam” kimi hisslərə qapılırsınız. Amma yaşanacaq tək yer bura deyil. Əgər bu gün başlasaydım, Bostonda qalardım.

3. Yadıma gəlir, “Facebook”un ilk versiyasını yayımlayandan sonra dostlarımla pizza yeyirdik və “Kimsə həqiqətən belə bir xidmət təqdim etməli idi” deyə düşünmüşdük. Amma o adamların biz olacağını ağlımıza gətirməmişdik.
Davamı →

İnsanlar həmişə onlardan gözlədiyinin əksi olurlar

«Məncə qadınların özlərini kişilərlə müqayisə etməyi ağılsızlıqdır. Çünki qadınlar onlardan xeyli yüksəkdədir və bu, hər zaman belə olub.

Qadına nə verirsinizsə verin, əvəzində verdiyinizin mislini sizə qaytaracaq. Qadına nütfə verirsiz, o sizə uşaq qaytarır. Ev verirsiz, o, sizə ailə ocağı qurur. Ərzaq verirsiz, sizə yemək bişirir. Üzünə gülürsüz, qəlbini sizə açır. Bir sözlə, verdiyiniz hər şeyin əvəzini artıqalaması ilə qaytarır. Yəni, deməyim odur ki, qadının ürəyini murdarlasaz, o zaman tonlarla zibil qəbul eləməyə də hazır olun!»

«Qəflətən başa düşdü ki, bu həyatda salınmış cığırları yenidən salmaq və dayanmadan öz addımlarını izləmək nə qədər cansıxıcıdır.»

«Bir nəfərdən qorxursansa, ona nifrət etməyə başlayırsan və hər zaman onun haqqında düşünür, onu ağlından çıxara bilmirsən.»
Davamı →

Roman Abramoviçdən 10 məsləhət

Problemlərin çoxu beyin ilə əlaqədardır. Onlar hər hansı bir hadisənin, uğursuzluğun və ya digər insanların hərəkətlərinin nəticəsi deyildir. Onlar bizim mənfi mental vərdişlərimizə görə yaranırlar. Bu 10 davranış növündən azad olun və dərhal onların hər birinin səbəb olduğu bir çox problemdən azad olacaqsınız:


1. Tələsik qərar verməyin. Bu vərdiş həyatınızı iki cür çətinləşdirə bilər. Birincisi, biz nə olacağını bildiyimizi güman edirik və buna görə diqqətimizi söndürürük və bu fərziyyə əsasında hərəkət etməyə başlayırıq. İnsanlar əsla gələcəyi görə bilmir. Onların fərziyyələrinin əksəriyyəti yanlışdır və bu səbəbdən onların hərəkətləri də yanlışdır. Bu vərdişin ikinci tərəfi – biz düşünürük ki, fikirləri oxuya bilirik və guya digər insanların nə etdiklərini və nə düşündüklərini bilirik. Yenə yanlış, özü də kökündən yanlış. Məhz bu yanlış münasibətləri digərlərindən daha çox məhv edir.
Davamı →

Gələcək bizim əlimizdə deyil

D. xanımla insanların əksəriyyətinin yaşamaq istədikləri həyatı yaşaya bilmədiklərini və qorxaqcasına davrandıqlarını düşünürük.

Nyu-York limanına çıxırıq. Sis-duman qorxunc bir mənzərə yaradıb. Burada nizam, ərkyanalıq, iqtisadi güc hiss olunur. Bu qədər heyranedici və insanlığın fövqündə olan görüntü qarşısında ürəyimiz titrəyir.

Bir ölkəni tanımağın yollarından biri orada insanların necə öldüyünü görməkdir. Burada (ABŞ nəzərdə tutulur – tərcm) hər şey nəzərə alınır. Tanıtma afişalarında bu cür yazılır: “Siz öləcəksiniz və o zaman istirahət başlanacaq -1”. Məzarlıqların özəl mülkiyyəti var: “Yerinizi almağa tələsin!”

Haqlı olan əsla öldürməyəndir. Bu o deməkdir ki, o, Tanrı ola bilməz.
Davamı →

Uğurlu investorlardan sitatlar

1. Uorren Baffet, quru – investor, onun sərvəti $39 milyard məbləğində ölçülür. “Qiymət sənin ödədiyindir. Dəyər isə əldə etdiyin. Fərqi yoxdur, söhbət səhmlərdən və yaxud corablardan gedir. Mən keyfiyyətli məhsulu ona qiymət qoyulmamışdan öncə almağa üstünlük verirəm”.

2. Corc Soros, onun sərvəti $22milyard məbləğində ölçülür. “Mən nə zaman haqsız olduğumu bildiyim üçün zənginəm. Digər sözlərlə, mən öz səhvlərimi qəbul edə bilmə bacarığım sayəsində sağ qala bildim”.

3. Devid Rubenşteyn, onun sərvəti $2,8 milyard məbləğində ölçülür. “Heç vaxt təslim olmayın. Cavab qismində “yox” sözünü seçməyin. Əgər siz oturduğunuz yerdə və risk etmədən xoşbəxtsinizsə, deməli siz ömrünüzün qalan 20 ilində həmin yerdə qalacaqsınız”.
Davamı →

Bir kişi aşiq oldumu, axmaqlığa başlayar

Əgər bir xanım görüşə gözəl olaraq gəlirsə, kim onun gecikdiyinə görə əsəbləşəcək ki? Heç kim!

Bir insan artıq öldü deyə onu sevməyi tərgitmək olmaz, lənət şeytana, üstəlikdə o bütün canlılardan daha yaxşı idisə. Başa düşürsən?

Mənə heç də xoş olmadıqda daim “Sizinlə tanış olmağıma çox şadam” deyirəm. İnsanlarla birgə yaşayırsansa çox şey deməli olursan.

Bəzi şeylərin ümumiyyətlə dəyişməməsi yaxşı olardı. Kaş onları şüşə vitrinə qoyub heç toxunmasaydıq.

Bir insanın “gününü qara etmək” üçün heç də pis insan olmağa çalışmaq lazımd eyil. Yaxşı insan da son nəticədə əhvalı pozmağı yaxşı bacarır.
Davamı →

Moemin ən səmimi etirafları

Həyatda başqalarının müsibətinə “can yandırmaqdan” daha asan bir şey yoxdur.

Düşünürəm ki, Tanrı ya mənim daxilimdə, ya da heç bir yerdədir.

Əzabların xarakteri zənginləşdirdiyi düzgün deyil. Bunu bəzən xoşbəxtlik bacarır. Əzablar əksər hallarda insanı xırdaçı və qisas arzusunda olan bir şəxsə çevirir.

Yalnız bir qadın digər qadının nəyə qadir olduğunu bilir.

Faciə ondadır ki, biz bəzən öz arzumuza çatırıq.
Davamı →