Bənazir Bhutto

Bənazir Bhutto (21 iyun 1953 – 27 dekabr 2007) Pakistanın tanınmış dövlət və siyasi xadimi, ölkənin keçmiş Baş Naziri olmuşdu.

Bənazir Bhutto ilk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələndikdən 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılır.

1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı. Bununla yanaşı, o Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb.

1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto, səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. Onun ölümünə gəldikdə isə 27 dekabr 2007-ci ildə, 54 yaşında olarkən Pakistanın Ravalpindi şəhərində seçki mitingində çıxış edərkən sui-qəsd nəticəsində öldürülüb. Faciə 8 yanvar 2008-ci ildə Pakistanda parlament seçkiləri ərəfəsində baş vermişdi.
Davamı →

Polad kimi Polad

O, tək elə 2009-cu “İlin Adamı” yox...
...həm də iki əsrin canlı dəbidir. Həm sənətdə, həm siyasətdə. “Necə”-“niyə”sini soruşan tapılmaz qənaətindəyəm. Nədən ki, o, bütün yaradıcı və ictimai-siyasi fəaliyyətində bu sayaq sual-çalarlar üçün bir boşluq qoymayıb.

Yox, əgər bu “cəsarətdə” bulunan bir respondent varsa, buyurub, bir “internet-referendum” keçirə bilər. Amma bəri başdan praqmatiklik edə bilərəm ki, o “şəkkak”ın cəhdi havayı gedəcək. Yəni bu sentimental “referendum”un nəticələrinə görə, Azərbaycan üzrə 100, keçmiş Sovetlər İttifaqı məkanı üzrə 101, dünya çapı üzrə isə — təbliğ-reklam çatı, o dövr tikanlı məftillərinin energetik kilovatı, bir az da sözügedən sənətkarın səsindəki hədsiz millilik qatı və şərqlilik zatı səbəbindən — minimum 99,9 faiz uduzacaq…
Davamı →

Malcolm X

Malcolm XMalcolm X (Malcolm Little ve daha sonrasında əl-Hac Malik əl-Şahbaz) (Omaha 1925 — Nyu York 1965) amerikalı siyasi xadim və qaraların hüquqlarının müdafiəçisidir.

1952-ci ildə Malcolm X adıyla “Black Muslims” hərəkatına qoşuldu. Elijah Məhəmmədin ideologiyasını mənimsədi və ona ABŞ daxilində müstəqil Qaralar Respublikasının qurulması fikrini aşıladı. Ancaq, 1964-cü ilin mart ayında iki liderin arası dəydi; Malcolm X Afrika — Amerika Birliyi Dərnəyini qurdu ve 1964-cü ildə Afrika ilə Orta Şərqə (Məkkəyə həcc üçün getdi) iki dəfə səfər etdi. Qayıtdıqdan az sonra öldürüldü.

Malkolm 1925-ci il may ayının 19-da anadan olub. Babtist vaizi, rahib olan atası Earl Little, Markus Qarveyin qurduğu UNİA (Dünya Zənciləri Həmrəyliyi Birliyi) cəmiyyətinə üzv olaraq bu cəmiyyət uğrunda həyatını qurban vermişdi. Bu cəmiyyətin əsas məqsədi istər Amerikada, istərsə də dünyada olan bütün zənciləri öz dədə-baba vətəni olan Afrikaya geri qaytarmaqla orada yaşamağa təşviq etmək idi. Bu məqsədlə demək olar ki gününün çoxunu evindən uzaqda keçirən atası getdityi hər yerdə, iştirak etdiyi hər bir məclisdə bu cəmiyyətin əsas fikrini aşılamağa çalışırdı. Onsuz da ağ dərilərdən bezən, onlardan bir dəfə də olsun xoş söz eşitməyən və hər yerdə əzilən zəncilərin bunlara inanmaqdan başqa çarələri qalmamışdı. Çünki o vaxtlar zəncilər ən aşağı silkin nümayəndələri hesab olunurdular ki, bu da “Vətən”i dəyişdirməyə nədən olan kifayət qədər nifrətin mövcudluğunu göstərən açıq aşkar bir dəlil, həqiqət idi… Ingilis Qərb İndiasında doğulmuş anası Leose Littlenin atasının ağ dərili olduğu üçün onun ağ qadınlardan heç bir fərqi yox idi. Ancaq Malkolm bəzi zəncilərin bu səbəbdən özlərini xoşbəxt saydıqları kimi fikirləşmir, hətta ağ dərili atası olduğu üçün utanırdı.


Ardı →