Öskürəkdən qurtulmağın asan yolu: su, soğan...

Havanın soyuması öskürək hallarının artmasına səbəb olur. Öskürək orqanizmin təbii qoruyucu mexanizmidir.

Orqanizm öskürəyin köməyi ilə  nəfəs yollarında toplanmış selik, mikrob və toksinlərdən azad olur. Bu prosesi sürətləndirmək, öskürəyi daha yumşaq etmək və öskürəkdən daha tez qurtulmaq üçün xalq təbabətində çoxlu sayda reseptlər var.
Davamı →

Hər gün çiy soğan yemək üçün 10 səbəb

Təbiət insana çoxlu sayda təbii dərmanlar bəxş edib. Bu xüsusilə tərəvəzlərə aiddir. Bütün tərəvəzlər əsl təbii dərmanlardır. Müxtəlif tərəvəzlərin gündəlik qəbulu bizi bir çox xəstəliklərdən qoruya bilər, həyatımızı daha uzun və sağlam edə bilər.

Soğan ən faydalı tərəvəzlərdən biridir. Mütəxəssislər soğanı hər gün çiy halda yeməyi, soğan qabıqlarından hazırlanmış dəmləmələri içməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, soğandan maksimum fayda almaq üçün onu çiy halda (salatlar, buterbrodlar və s. tərkibində) yemək lazımdır. Bişirilmə zamanı soğanda olan bir çox faydalı maddələr məhv olur. Soğanın sağlamlıq üçün faydaları bunlardır:
Davamı →

Soğan qabığından müalicəvi çay

Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur. Lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir.

Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur. Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar.
Davamı →

Qırmızı soğanın faydaları

  • Flora

Ürək çırpıntısını yox edir. Qırmızı soğan suyu ürəyi gücləndirir.

Xolesterolu aşağı salır.

Həzm problemini həll edir.

Qan yaratmağa kömək edir.

Tərkibindəki esterlər qan laxtalanmasına mane olur.

Qan təzyiqini aşağı salmaq təsirinə malikdir.

Şəkər xəstələrinin bol miqdarda qırmızı soğan yeməsi məsləhətdir.

Kəsik və yanıq yaralarına mikrob düşməməsi üçün qırmızı soğan suyu sürtülür.


Ardı →

Soğanın faydaları

  • Flora
Yeməklərə dad qatan soğanın faydaları sizi xəstəliklərdən qorumaqla sağlam və gümrah olmağınıza imkan yaradacaq. Soğanın qoxusuna görə soğandan uzaq dayananlar, soğanın faydalarını bildikdə səhv etdiklərinin fərqinə varacaqlar. Təbii ki, vacib görüşlərinizdə və ictimai həyatınızda soğan yeməyi tövsiyyə etmirik. Amma qida rasionunda tez-tez istifadə etməklə olduqca böyük faydası olduğu bildirilir.

Ümumiyyətlə bir çox mənbələrdə soğanın faydasının çox olduğu haqqında məlumatlara rast gəlinir. Hər mətbəxdə a xüsusi çəkisi olan və antibakterial xüsusiyyəti ilə seçilən soğan, insanları daha çox xəstəlikdən qoruyur. Minlərlə ildir alternativ tibbdə çox sayda xəstəliyin müalicəsində istifadə olunduğu bildirilən soğanın sağlamlığa aşağıdakı faydaları var:
Ardı →