Sol əl ilə yazıram

Əziz valideynlər, gəlin, «uşağımız niyə solaxaydır?» deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi hal yoxdur. Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən bu proses gizli getdiyindən valideynlər bunu hiss edə bilmirlər. Solayaxlıq nadir hal deyil. İnsanların 10 faizi solaxaydır.

Bəzi ibtidai sinif müəllimləri solaxay uşaq görəndə dəhşətə gəlirlər. Həkimin nəzarəti olmadan onların vərdişlərini sağ ələ keçirməyə çalışırlar. Ancaq unudurlar ki, insanın beyni sol və sağ yarımkürədən ibarətdir. Sol yarımkürə bədənin sağ tərəfinin, sağ yarımkürə isə sol tərəfinin hərəkətlərini idarə edir. Bu yarımkürələrdən biri aparıcı olduqda insanın sağ əli, ayağı, digər orqanları daha çevik və güclü olur. Zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nervoz, pəltək və tənbəl olur.

Solaxaylığı qüsur hesab etmək düzgün deyil.
Təcrübələrdən də görürük ki, solaxay uşaqlar normal şəraitdə öz çevikliyi və bilikli olması ilə seçilirlər. Məhşur italiyalı rəssam Leonardo da Vinçi, tanınmış ingilis aktyoru Çarli Çaplin, görkəmli yazıçı və riyaziyyatçı Luis Keroll, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və başqa görkəmli şəxsiyyətlər solaxay olublar.
Solaxay uşaqların məktəbə tam hazır olması üçün onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə vurmamaq lazımdır. Evdə, uşaq bağçasında bu ləqəbdən istifadə etmək, irad tutmaq yanlış addımdır. Uşağın hər bir müvəffəqiyyətini qiymətləndirmək vacibdir.
Davamı →

Solaxaylıq

Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Xaçpərəstlər bunu şər qüvvələrlə bağlayırdılar. Belə münasibət nağıllarda da özünü göstərir. Bir çox Şərq və Qərb nağıllarında “sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən” ifadəsinə rast gəlirik. Müasir dövrümüzdə də solaxaylar üçün bütün qapılar açıq deyil. Misal üçün, Yaponiyada ər arvadının solaxay olduğunu bilsə, onu boşaya bilər.
Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsi ilə bağlıdır. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilirdi. XX əsrin sonunda isə tamam başqa nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğu nəzərə alınaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır.
Ardı →

Solaxaylar

• Hər kəs bilir ki, aya ilk ayaq basan Neil Armstronq olub, ancaq çox az adam bilir ki, o, aya ilk addımını sol ayağı ilə atıb.
• 1992-ci ildə ABŞ-ın prezident seçkilərindəki bütün namizədlər solaxay olub: Bill Klinton, Ross Perot və Corc Buş
• 1963-cü ildə Bob Çarlz Böyük Britaniya qolf çempionatını qazanan ilk solaxay qolfçu olub.
• ABŞ-ın ilk solaxay prezidenti olmuş Ceyms Qarfild həm də ambidekst (hər iki əli ilə yazmağı bacaran) olub. O, bir əli ilə latın, digəri ilə isə yunanca yaza bilirdi.
• Solaxay Leonardo da Vinçi bütün yazılarını sağdan sola yazıb. Məhz bu səbəbdən onun yazılarını yalnız güzgü ilə oxumaq mümkündür.
• Mikalencelo məşhur kilsə rəsmini iki əli ilə çəkib

Davamı →

Solaxaylar

Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.


Ardı →