Kişilər sosial şəbəkələrdə

1. Dərin fikirlər həvəskarı
«Dostlar — özümüzün seçdiyimiz bir ailədir».
O, özünə çox ciddi yanaşır, ona hər zaman güvənmək olar. O, hər şeyi yaxşı-yaxşı düşünüb, daha sonra hərəkətə keçməyə meyllidir.

2. Şikayətçi
«Fürsətdən istifadə edərək, bu gün dördyol ayrıcında qabağıma çıxana salam deyirəm».
Əgər sosial şəbəkələrdən bütün dünyaya öz kədərini çatdırmaq üçün istifadə edirsə, adi həyatda diqqətə ehtiyacı var. Çünki insan qəmli, kədərli halında daha çox diqqət qazanır.

Davamı →

Məşhur olmaq üçün nə etməli?

Dünyanın dərdini çəkmək olduqca çətin, ağır və əzablıdır. Belə ağır, kədərli hadisələri izləməkdənsə, dünyanın gələcəyi ilə bağlı əndişələnməkdənsə, ekzistensial sancılar çəkməkdənsə oturub ölkə gündəmini izləmək daha əyləncəli, daha maraqlıdır.
Dünyada çox qəribə proseslər gedir. Elə bizim yaşadığımız regionda da vəziyyət stabil deyil. Dünyadakı və regiondakı vəziyyəti şərh etmək, qanınızı daha da qaraltmaq istəməzdim. Onsuz da beynəlxalq şərhçilər, politoloqlar, regionşünaslar lazımı şərhləri, açıqlamaları verir. Başa düşürəm ki, cəmiyyət olaraq dünyadan bixəbər yaşamaq, baş verən prosesləri müzakirə etmədən, dərk etmədən, düşünmədən yaşamaq çətindir. Ancaq arada insan özünə, öz ölkəsinə, öz balaca dünyasına vaxt ayırmalıdır. Çünki dünyanın dərdini çəkmək olduqca çətin, ağır və əzablıdır. Belə ağır, kədərli hadisələri izləməkdənsə, dünyanın gələcəyi ilə bağlı əndişələnməkdənsə, ekzistensial sancılar çəkməkdənsə oturub ölkə gündəmini izləmək daha əyləncəli, daha maraqlıdır.

Davamı →

Linç dalğası: sosial şəbəkə manqurtları

Orta əsrlərdən bəhs edən bir filmə baxırdım. Bir təbib uzaq əyalətdən gəlir, dünyanın yaşadıqları yerdən ibarət olduğunu düşünən İsveçrənin kiçik bir kəndinə düşür. İnsanları tibbi üsulla sağaltması adını cadugərə çıxardır. Kənd camaatı toplanır və onun yandırılmasını tələb edir.
Qadın açıqlama verməyə çalışır, özünü isbat etmək üçün dəridən qabıqdan çıxır. Amma nə məhkəmə heyəti onu eşitmək istəyir, nə kənd camaatı. Qadın isə orada bir cümlə deyir, «heç kimə həqiqət maraqlı deyil, hamı nəticəni — ölümü görmək istəyir». İnsanlar isə hamısı bir ağızdan eyni tələblə qışqırırlar, «yandırılsın!» Adamların ağızları köpüklənə-köpüklənə, sonsuz nifrətlə, dərin ehtiraslı bu gözləntilərinin təsirindən çıxmamış Feysbukda qopan fırtınanın ortasına düşdüm.

Davamı →

Sosial şəbəkələrin gücü

Müasir dövrdə geniş intişar tapmış sosial şəbəkələr insanların həyatında mühüm rol oynayaraq bəzilərini hətta özünə əsir edir, asılılıq yaradır. Sosial şəbəkələr həm şəxsi ünsiyət, həm də işgüzar sahədə, reklam işlərində, müxtəlif məlumatların ötürülməsində başlıca vasitələr arasındadır.
Milyonlarla istifadəçiyə xitab etmək, onlarla birbaşa dialoq qurmaq imkanı yaradan sosial şəbəkələr ictimai rəyin idarə olunmasında ən səmərəli vasitələrin birinə çevrilib.

Davamı →

Sosial media və yeni normalar, böhrana gedən yol

Sosial medianın reputasiya menecmenti üzərində necə vacib rol oynaması haqqında çox danışmışam. Onların əksəriyyəti müsbət təsirlər haqqında idi. İndi isə insanların “sosial media davranışları”nın ən vacib mənfi xüsusiyyətlərindən biri haqqında danışmaq istəyirəm. Daha sonra onun reputasiya üçün böhran yaratma potensial haqqında fikirlərimi bölüşəcəyəm.
Sosial medianın həyatımıza gətirdiyi yeni trendlərdən biri də yeni normalar, yeni sosial qaydalardır. Bunlar insanların fərdi səviyyədə və bir-biri ilə olan münasibətlərinə təsir etdiyi kimi, korporativ mədəniyyətləri də dəyişir. “Sosial media davranışları” ifadəsini isə termin kimi işlədə bilərik, çünki artıq insanların real həyatda və sosial mediada davranışlarının fərqli olduğunu təsdiqləyən çoxlu sayda tədqiqatlar mövcuddur.
Davamı →

Sosial şəbəkələrin yaratdığı yuxusuzluq sindromu

Əgər yata bilmirsinizsə, çoxdandır şirin yuxuya həsrətsinizsə, maqniy elementini yoxladın. Orqanizmdə maqniy elementi 300 biokimyəvi reaksiyada iştirak edir. Onun 10 əlamətindən biri də yuxu pozğunluğudur.
Amma yeganə səbəb deyil. Bu gün insanların iş rejimi, gündəlik məişət həyatında qarşılaşdıqları, stress, yorğunluq, əsəb, daxili sıxıntılar, narahatlıq və s. hallar insanlarda yuxu sisteminin dağılmasına, yuxusuzluq sindromuna səbəb olur.
Kiçik bir soğru keçirmək kifayətdir ki, Azərbaycanda 10 adamdan 7 nəfərinin yuxu pozğunluğundan əziyyət çəkdiyinə əmin olasan.
Davamı →

Bu səhvləri heç zaman buraxmayın

İşə vaxtında gəlib-gedirsiniz, fəalsınız, bacarıqlısınız. Buna baxmayaraq adi bir “Facebook” şəkli, bir “Twitter” qeydi, yaxud “Foursquare”də yerinizi bildirmək karyeranıza pis təsir edə bilər. Ona görə də, sosial media ilə ehtiyatlı davranmalısınız.

1. Hər şəklinizi “Facebook”da paylaşmayın
Bu məsləhətdən əvvəl zəruri bir qeyd: Çalışın çox az sayda iş yoldaşınızla Facebookda dost olasınız. İnsanlar karyera, yüksəliş naminə ən xırda səhvinizi belə sizə qarşı istifadə edə bilər. Xüsusən də yaxşı olmayan pozada və yerdə olan şəkillərinizdən ehtiyat edin.

Bir də gördünüz, səhər işə gələndə hamı axşam spirtli içki içə-içə çəkdirdiyiniz şəkillərdən danışır.
Davamı →

LİKE psixologiyası

“Like”ın 8 səbəbi
               
Çağımızın mühüm gerçəklik və məfhumlarından olan internet resursları, yaşamımıza bir çox istiqamət və aspekt üzrə təsir edən və cəmiyyətin həyatında, düşüncə və davranışlarında ciddi rol oynayan və getdikcə də rolunu daha da artıran bir amildir. Və internet reallığının mühüm komponentlərindən biri də, bu günkü gündə şübhəsiz ki, sosial şəbəkələr və xüsusən də, “facebook” seqmentidir.
Bizim toxunmaq istədiyimiz mövzu isə; prinsip etibarilə yetərincə faydalı və önəmli bir vasitə olan facebook-un“like” funksiyası/elementi ilə bağlıdır.
Davamı →

Əsrin xəstəliyindən əziyyət çəkirsiniz?

Texnologiyanın inkişafı ilə bağlı demək olar ki, hər evdə internetdən istifadə olunur. Günün əsas hissəsini kompüter önündə keçirənlər real həyatdan təcrid olunub virtual həyat yaşamağa başlayırlar. Bəlkə, siz də eləsiniz? Komputer sizi də özündən asılı hala salıb?

İnternet xəstəsi olduğunuzu sübutlayan 12 hərəkətiniz

1. Hər yerdə, hər zaman qulağına “Facebook”un çat səsi gəlirsə...

2. Komputerinə kimsənin toxunmasını istəmirsənsə...

3. Şərait olmadığı vəziyyətdə də internetə girməyə özünü məcbur hiss edirsənsə...

4. Hər şeyi internetdə axtarırsansa...

5. Duyğularını ifadə etmək üçün mimikaların yerinə klaviaturanı istifadə etməyə üstünlük verirsənsə...

6. Eyni otaqda olduğunuz birinə “Facebook”la mesaj yazırsansa...

7. İnterneti olmayan bir yerə getdiyini öyrənəndə gərginləşirsənsə…


Ardı →

Sosial şəbəkələrdə populyarlaşan "Selfie” janrı

Son zamanlar “selfie” kimi tanıdığımız fotolar sosial şəbəkələrdə dəb halını alıb. “Selfie” sözünün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan “Selfie” fotolar daha çox “Instagram”, “Facebook”, “Twitter” ,“Google+”, “Linkedin”, “Foursquare”, “Picassa” və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur.

Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli “selfie” stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. Məsələn, çox danışılan “selfie”lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi “selfie”si və həmin şəkilin sosial şəbəkədə paylaşması olub.

Əksər dillərdə elə “selfie” kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb kökənli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi. Ancaq bununla bağlı Türk Dil Qurumu öz rəsmi facebook səhifəsində “selfie” sözünün tərcüməsi üçün insanlardan təkliflər gözlədilər. Təkliflər arasında e-hatırat, otofoto, kendintoplu, otoportre, kendimo və s. sözlər var idi. Bəziləri isə bu sözünü elə “selfie” sözü kimi qalmasını təklif etdi. Bu söz hətta Oxford İngilis Lüğətinin online versiyasına da keçən il salınmışdır.


Ardı →