Sosial fobiya nədir?

Müəyyən sosial vəziyyətlərdə insanların əsəbi olması normaldır. Yeni mühitdə insanlarla ünsiyyət qurmaq və ya ictimai təqdimat etmək kimi hallar hamımızda narahatlıq yarada biləcək vəziyyətlərdir. Ancaq bu narahatlığın nə qədər tez-tez və nə dərəcədə şiddətlə hiss olunduğu nəzərə alınması lazım olan bir məsələdir. Digər insanlarla qarşılıqlı əlaqənin zəruri olduğu sosial vəziyyətlərdə baş verən sıx narahatlıq vəziyyəti sosial fobiya olaraq təyin olunur. Sosial anksiyete pozuntusu da adlandırılan bu vəziyyət başqa insanlar tərəfindən mühakimə olunmaq qorxusundan qaynaqlanır.

Sosial fobiyanın növləri varmı?


Davamı →

İnsanlar qarşısında çıxış edə bilmirəm, üzüm qızarır!

Sosial mühitdə özünü ifadə edə bilməmək, sosial münasibətlərə başlaya bilməmək ya da davam etdirə bilməmək, özünə güvənməmək, davamli özünü tənqid etmək və bunlarla yanaşı mövcud olan həyəcan sosial fobiyaya işarə edə bilər. Bu əlamətləri günlük həyatında həddindən artıq yaşayan insanlar başqaları ilə bu özəl vəziyyəti paylaşmaq, bir mütəxəssisə müraciət etmək və sıxıntılarını ona danışmaqdan çəkinə bilər. Onlar cəmiyyət arasında olmamağa çalışaraq bu psixoloji vəziyyəti daha da pisləşdirirlər.

Həmişə başqalarının özlərindən daha yaxşı, daha gözəl və daha uğurlu olduğunu düşünərlər. Özləri heç bir halda heç nəyi bacarmirlar. Özlərini bəyənməzlər. İnsanlar arasında olarkən hər kəs onlara baxır və onlarla bağlı pis şeylər düşünürlər. Özlərinə güvənləri yoxdur və həmişə hər şeyin pis tərəfini düşünürlər. Etdikləri hər bir hərəkətdə səhvə yol verəcəklər və insanlar onları lağa qoyacaq. Əgər bu əlamətlər sizdə də varsa, ola bilsin ki siz də sosial fobiyadan əziyyət çəkirsiniz.
Davamı →

Sosial fobiya və əlamətləri

Fobiya — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir.

Sosial fobiya nədir? Əlamətləri nələrdir?
Mütəxəssislər soaial fobiya nədir və sosial fobiyaya səbəb ola biləcək hallar haqqında bunları deyirlər:
Sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi,davranışının qorxusudur. Bu cür  şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Və bunlardan bacardıqları qədər qaçırmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.
Ardı →