Şüyüd sousu

İnqridientlər:
Şüyüd – 1dəstə
Sarımsaq – 1 baş
Limon suyu – 1 ədədin
Limon qabığı – yarım çay qaşığı
Zeytun yağı – 100 ml
Duz.

Hazırlanması:
Şüyüd çox xırda doğranılır, qalan ərzaqlar bura qatılıb, blenderdə azca qarışdırılır.

Sıyıq kimi kütləq şüşə bankada soyuducuda saxlanılır. Yeməklərdə, şorbalarda və ya sadəcə məcun kimi istifadə olunur.
Davamı →

“Guacamole” sousu

Bir çoxlarının ağız dadına uyğun olmayan avokado meyvəsi yeməklərin yanında sous kimi təqdim edildikdə çox sevilir. Ancaq bu ləzzəti dadmaq üçün bahalı restorana getmək lazım deyil.
“Guacamole” sousunu evdə də hazırlaya bilərsiniz.

Tərkibi:
1 ədəd avokado
1/2 stəkan zeytun yağı
2 qaşıq qatıq
1-2 ədəd yaşıl soğanın yarpaq hissəsi
1 diş sarımsaq
Duz
Qara istiot
Davamı →

Keşniş sousu

Keşniş sousu toyuq, balıq, ət xörəkləri üçün əla sousdur. Qeyd olunan qidalara xüsusi dad verən bu sousu uzun müddət saxlamaq olmaz. Hazırladıqdan sonra soyuducuda cəmi bir həftə saxlamaq mümkündür. 

Tərkibi: 
4 iri dəstə keşniş
2 göy soğan
2-3 diş sarımsaq
1,5 sm təzə zəncəfil kökü
1 acı istiot (göy, yaxud qırmızı)
3 x.q. limon şirəsi
1 x.q. şəkər tozu
1 ç.q. duz 
Davamı →