Soyuducu haqqında bunları bilmək mütləqdir

Soyutma kamerası soyutmursa
Soyutma kamerası aşağıda göstərilən bir neçə səbəblərə görə soyutmaya bilər. Hər birini öz növbəsində yoxlayın.
1. Əgər Vacation «Məzuniyyət» rejimi qurulubsa
Vacation «Məzuniyet» rejimi soyutma kameranı söndürür. Rejim aktiv olduqda soyuducunun ekranında belə  Soyuducusu soyutmur işarə yanır.

Davamı →

Soyuducu alarkən nələrə diqqət etmək lazımdır

İstifadə ömrünün sonuna gəlmiş bir soyuducunun tamamilə sıradan çıxmasını gözləməkdənsə onu yenisilə əvəz etmək daha ağıllı seçimdir. Çünki yeni bir soyuducu 8-10 yaşlı soyuducudan daha az enerji sərf edir.
Yeni soyuducu alarkən istədiyiniz xüsusiyyətlərə sahib, ehtiyaca uyğun ölçülərdə və mətbəxinizə ən çox yaraşan model araşdırılmalı və bunlarla yanaşı daha az enerji sərf edən soyuducu seçilməlidir.
Unutmayın ki, soyuducu paltaryuyan maşın və ya tozsoran kimi deyil, 7/24 işləyən bir cihazdır. Buna görə də soyuducunun enerji istifadəsində qənaətli olması onu seçərkən önəm verəcəyiniz faktorlardan biri olmalıdır.

Davamı →

Məişət soyuducusunun quruluşu və iş prinsipi

Məişət soyuducuları tez xarab olan qidaməhsulları, yarımfabrikatlar və hazır xörəklərin soyudulmaqla qısamüddətli saxlanması üçün nəzərdə tutulub.
Soyuducu istilik keçirməyən kamerada aşağı temperaturu qoruyub saxlaya bilən qurğudur.
Soyuducular iki növə ayrılır: qida məhsullarını saxlamaq üçün orta temperaturlu kameralar və aşağı temperaturlu dondurucular.
Sənaye ən müxtəlif quruluşlu məişət soyuducuları istehsal edir. işləmə prinsipinə görə soyuducular kompressiyalı, absorbsiyalı termoelektrik olur. Ən çox yayılan kompressiyalı dondurucularıdır.
Davamı →

Soyuducunun təmizliyi

Sağlamlıq baxımından soyuducunun təmiz olması vacibdir. Hər kəsə məlumdur ki, soyuducu təmizlənmədiyində içərisindən pis qoxular gəlməyə başlayır. Soyuducu rəflərinə bulaşmış yemək qalıqları bir müddət sonra bakteriya yaranmasına səbəb olur. Buna görə soyuducunu müntəzəm şəkildə təmizləmək gələcəkdə yarana biləcək pis qoxuların və sağlamlıq problemlərinin qarşısını almış olar.

Bunun üçün aşağıdakı üsullar olduqca faydalıdır:
— Soyuducunu təmizləmədən əvvəl işlək vəziyyətdə olub-olmadığından əmin olun. Əgər soyuducunuzda donmuş buzlar varsa, buzların əriməsini gözləyin, sonra təmizliyə başlayın.
Davamı →

Körpə üçün yemək hazırlayarkən diqqət edilməsi lazım olan tövsiyələr

Yeməyin hazırlanması və verilməsi zamanı körpənizin təhlükəsi ilə qarşılaşmamasını təmin etməyə çalışın.
♦ Uşağınız üçün yemək hazırlamamışdan öncə əllərinizi daim yaxşı-yaxşı yuyun.
♦ Uşağınızı yedizdirməmişdən öncə onun əllərinin təmiz olub-olmadığını yoxlayın.
♦ Masaların üstünü təmiz saxlayın və körpənizin yeməyə və ya yemək hazırladığınız masaya yaxınlaşmasına imkan verməyin.
♦ Mətbəx taxtasını tam təmiz saxlayın
♦ Soyuducuda bişmiş və çiy əti üstü örtülmüş şəkildə bir-birindən ayrı və həm də digər ərzaqlardan ayrı saxlayın.
♦ Yeməkdən öncə bütün boşqabları və qaşıqları isti sabunlu su ilə yuyun.
♦ Körpənizin qabağından qalmış yeməkləri saxlamayın və yenidən ona verməyin. Bu, ishal və qusma ilə nəticələnə bilər.
♦ Bişmiş ərzaqları bir dəfədən artıq isitmək olmaz.
♦ Bütün ərzaqları tam bişirin və körpənizə verməmişdən öncə ilıq olana qədər soyudun.
♦ Alma və kök kimi meyvə və tərəvəzləri yuyun və qabığını soyun.
♦ Çiy yumurta və çiy dəniz məhsullarından uzaq durun.
Yeməklərin saxlanılması və isidilməsi:
♦ Yeməyi bacardığınız qədər tez soyudun (ideal olaraq, bir-iki saat ərzində) və onu soyuducuya və buz dolabına qoyun. Soyuducuya qoyulmuş yemək iki gün ərzində yeyilməlidir.
♦ Dondurulmuş yeməyi isitməmişdən öncə onun buzunun tam açılmasına əmin olun. Bunun üçün ən təhlükəsiz üsul həmin yeməyi buz dolabından çıxardıb soyuducuya gecə boyu qoymaq və ya mikrodalğalı sobanın “don açma” funksiyasından istifadə etməkdir.
♦ Yeməyi elə qızdırın ki, o tamamilə isti olsun. Körpənizə verməmişdən öncə soyudun.
♦ Yeməyi tez soyutmaq üçün onu hermetik konteynerə yerləşdirin və onu soyuq suyun altında saxlayın və vaxtaşırı qarışdırın ki, qabın içindəki yemək tam soyusun.

Mənbə: www.korpem.net


Davamı →

Soyuducuda mikorblar nece yarana bilər

Açıqda qalsa, otaq şəraitində xarab olar deyə əlimizə nə gəldi soyuducuya qoyuruq. Əslində elə şeylər var ki, soyuducusuz da keçinər. Belə ərzaqları soyuducuya qoyduqda keyfiyyəti itir, həm də soyuducuda mikrobların əmələ gəlməsinə səbəb olur. Ərzaqları soyuducuya düzgün yerləşdirmədikdə də mikroblar törəyir. Məsələn, ərzağı alver edilən sellofanlarda soyuducuya qoyuruq. Sellofana bulaşmış bakteriyalar soyuducudakı digər qidalara da keçir.

Qidaların qara rəngli sellofanlara qoyulması məsləhət deyil, çünki həmin sellofanların rəngi çıxdığından orqanizm üçün təhlükəlidir. Yeməklərin soyuducuda saxlanması üçün ağ sellofanlar, çini və şüşə qablar seçilməlidir.

Ərzaqların soyuducuya yerləşdirilməsi aşağıdakı kimidir:

Süd
Süd qutusunun ağzını açmısınızsa, istifadə etdikdən sonra qalan südü mütləq şüşə bankada saxlayın.

Limon
İstifadə etdiyiniz limonların kəsilmiş hissəsini üzü aşağı şəkildə qaba qoyun və soyuducuya yerləşdirin.

Yoqurt
Yoqurtu sulanmasın deyə içində qaşıq saxlamayın, üzərini qaşıqla hamarlayıb uzun müddət saxlaya bilərsiniz.

Banan
Bananı soyuducuya qoymayın. Otaq temperaturunun aşağı olduğu yerlərdə, məsələn, pəncərənin yaxınlığında saxlaya bilərsiniz.

Balıq
Balığı soyuducuda geniş və dayaz qabda saxlayın.

Pendir
Holland pendirini hava keçirməyən plyonkalara bükün ki, qurumasın.


Qoxunu necə yox etmək olar?
Soyuducudakı bütün ərzaqlar ağzıqapalı halda, bir-birinə toxunmaz şəkildə saxlanılmalıdır. Soyuducunun ən isti bölməsi 5-7, ən soyuq bölməsi isə -4 dərəcə olmalıdır. Balaca bir qaba karbonat tökərək soyuducunun bir tərəfində yerləşdirməklə pis qoxunu aradan qaldıra bilərsiniz.

Soyuducuya çoxlu ərzaq qoymayın. Ərzaq çox olduqda hava axını rahat dolaşmır və nəticədə, soyuducu yaxşı soyutmur. Bu üzdən də ərzaqlar xarab olub, mikrob mənbəyinə çevrilir.
Davamı →