Soyuq suyun sağlamlığa 5 ziyanı

İsti yay günlərində insanların əksəriyyəti buz kimi soyuq içkilərin istehlakına üstünlük verir. Onların fikrinə görə, məhz buz kimi soyuq su susuzluğu aradan qaldırmaq üçün ən yaxşı seçimdir. Lakin bu, heç də belə deyil. Əksinə, çox soyuq su orqanizm tərəfindən daha pis mənimsənilir və həmçinin insan sağlamlığına ciddi ziyan vurur.

1. Soyuq su yerli immuniteti (selikli qişaların immuniteti) zəiflədir və bu səbəbdən insanda soyuq mayenin qəbulundan sonra tonzillit (angina) inkişaf edə bilər.

2.
Çox soyuq mayenin qəbulu damarların sıxılması nəticəsində güclü baş ağrısına, miqrenə, ürək tutmasına və hətta insulta səbəb ola bilər.
Davamı →

Çatışmazlıqlar

… Yazılarımızda vermək istədiyimiz səadət sirlərindən biri də imkansızlıqlarla, çatışmazlıqlarla bağlıdır. Xəyalən də olsa, hamımız birlikdə 60 il əvvəlin həyatına səyahət edək...

1940 — cı illərdə kənddə yaşasaydınız, yemək bişirmək üçün meşədən odun kəsib gətirməli idiniz. Təbii ki, bu hələ başlanğıcdır. Sonra onu balta ilə doğrayıb bir kənara yığmalı olacaqdınız. Qışda islanmış odunları yandırmaq üçün əvvəlcədən ocağın kənarına gətirib qurutmalı idiniz. İndi növbə ocağı yandırmaqdadır. His — duman içərisində " yanmaram " deyə inad edən odunları üflə ki, yansın…
Ardı →