Soyuqda üşüməmək üçün bu qaydalara əməl edin


Soyuq havalarda üşüməmək üçün riayət olunmalı ilkin qaydalardan biri nizamlı və düzgün qidalanmaqdır.

Son günlərdə hər kəs gah günəşli, gah da yağışlı payız havası ilə ayaqlaşmağa çalışır. Bədən isə ilıq, iç isidən havaların artıq geridə qaldığını qəbul etmək üçün çabalayır.

Yeni mövsüm dəyişikliklərinə alışa bilməyən bədən qrip başda olmaqla fərqli sağlamlıq problemləri ilə qarşılaşa bilir. Bu xəstəliklərin qarşısını almaq, yaxud yüngül keçirmək üçün daha güclü immunitet sisteminə malik olmaq lazımdır.

Şirniyyatdan uzaq durun
Payız aylarında müşahidə edilən çiskinli, dumanlı, yağışlı havalar bəzi insanlar üçün rəsmən depressiyanın başlanğıcıdır. Bu insanlar çox vaxt daxillərində olan üzüntü ucbatından daha çox şirniyyat yeməyə meylli olurlar. Ancaq unutmaq lazım deyil ki, belə qidalar bədən müqavimətini aşağı salır. Payız depressiyasının qarşısını ala bilmək üçün B vitamini ilə zəngin tam taxıl, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları yeyilməlidir.
Davamı →

Dəriyə qışda necə qulluq etməli ?!

Geoloji mövqeyindən asılı olmayaraq ilin soyuq aylarında dəriyə özünəməxsus qulluq edilməsi tələb olunur.Şimal qütbü üçün qış fəslinə dekabr,yanvar və fevral,cənub qütbü üçün isə iyun,iyul və avqust ayları aid edilir.Hər bir halda soyuq seborreya və perioral dermatit,soyuq qızarması kimi bir çox xəstəliklərin aktiv şəkil almasına səbəb olur.Bu zaman dəri vəzilərinin funksional pozğunluğu səbəbindən yağ və maye ifrazatı balansı pozulur və xüsusilə üz və ağızətrafı nahiyələrdə səpkilər və sızanaqlar aktiv şəkildə çoxalmağa başlayır,burun qanadları və qulaq seyvanı arxasında yağ topacıqları müşahidə olunur.Mütəxəssislərin araşdırmalarına görə dəridəki iltihabi prosesin inkişafına səbəb kimi onun su-maye mühafizə sisteminin soyuğun və küləyin təsirindən zəifləməsidir.


Ardı →

Soyuq qidalar faydalıdır

Alimlər soyutma qidaları məsləhət görürlər.Türkiyə və bir sıra xarici ölkə alimləri 120 dərəcə istilik altında bişirilən və qızardılan qidalarda xərçəng şişinə yol aça bilən akrilamid maddəsinin formalaşdığını müəyyənləşdiriblər.
Ardı →