Xəstə əməkdaşın evdə qalması daha çox kimə sərf edir?

«Yalvarıram, çıx, get evinə» — bunu mənə müdirim dedi. "İşçilər şikayətlənirlər. Onlar sənin pis virusuna yoluxmaqdan qorxurlar".
Nə qədər israr etsəm də ki, bu, sadəcə soyuqdəymədir və mən özümü o qədər də pis hiss etmirəm, qulaq asan olmadı. Təslim olmaq məcburiyyətində qaldım, yoxsa işlədiyim xəbərlər şöbəsindən məni zorla çıxaracaqdılar.
Düzdür, vəziyyətim lap da əla deyildi, ancaq inanırdım ki, bütün günümü ədyal altında keçirəcək qədər xəstə deyiləm.
Davamı →

Soyuqdəyməyə və qripə qarşı təbii müalicə

Payız və qış aylarında soyuqdəymə halları qaçılmazdır. Bu halda ilk növbədə həkimə qəbuluna düşmək məsləhətdir. Sizə təqdim edəcəyimiz qarışıqla soyuqdəymə və qripə qalib gələ bilərsiniz.

Ərzaqlar:
Yarım stəkan əzilmiş zəncəfil
Qarım stəkan rəndələnmiş qara turp
Yarım stıkan sarıkök
Yarım stəkan soğranmış ağ soğan
¼ stəkan əzilmiş sarmısaq
2 dənə acı bibər
2 limonun suyu və qabığı
Alma sirkəsi
Bal

Hazırlanması:
Zəncəfil, turp, soğan, sarmısaq, bibər və limonu bir qaba qoyun. Qabın ¾-ü dolacaq qədər olsun, qab dolanadək isə sirkə tökün. Qaranlıq otaqda 2-4 həftə saxlayın, ən yaxşı nəticəni 1 ayda ala bilərsiniz. Qarışıq hazır olandan sonra tərəvəzləri süzün və üzərinə bal töküb yeyin.
Davamı →

Soyuqdəymə antibiotiklə müalicə edilmir

Soyuqdəymə antibiotiklə müalicə edilmir. Qrip və viruslarla əlaqədar meydana çıxan infeksiyalara antibiotiklər təsir göstərə bilmir.antibiotiklər
Antibiotiklər qızdırmanı aşağı salmır və vitamin rolunu oynamır. Antibiotiklərlə ancaq bakteriyalarla bağlı əmələ gələn infeksiyalar
müalicə edilir.
Qış aylarında havalar soyuq və sərt keçdiyi üçün daha çox soyuqdəyməyə məruz qalırıq. Xüsusən də, immunitet sistemi zəif olanlarda soyuqdəymə hallarına daha çox rast gəlinir. Şübhəsiz ki, uşaqlar da soyuqdəymədən, müxtəlif cür infeksion xəstəliklərdən yaxa qurtara bilmirlər. Və belə vaxtlarda bəzən həkim məsləhəti olmadan antibiotiklərə müraciət etməli oluruq. Nəticədə, xəstəliyin sağalması, soyuqdəymənin aradan qaldırılması əvəzinə, müxtəlif cür fəsadlara yol açmış oluruq. Antibiotiklərdən düzgün istifadə etmədikdə bakteriyalar həmin antibiotiklərə qarşı müqavimət göstərə bilirlər. Belə olduqda antibiotik bakteriyalara heç bir təsir göstərə bilmir və xəstəliyin sağalması xeyli gecikir. 
Ardı →

Soyuqdəymə əleyhinə ev damcıları

Yaz-payız fəslinin ən sıx müşahidə olunan situasiyalarından biri də “qrip” adı altında sadə,asanlıqla keçirdiyimiz,immunitetin zəifləməsi ilə əlaqədar bədənin süst qaldığı yüngül infeksion xəstəliklərdir ki,şikayət olaraq daha çox “soyuqdəymə” adı ilə adlandırılır.Əslində,bilinməlidir ki,tibbdə “soyuqdəymə” termini yoxdur.


Ardı →