Ssenarinin strukturu
Bu nə üçün vacibdir? Onu necə yazmaq olar? Müəllif tərəfindən danışılan hekayələr bəzən olduqca maraqlı olur. Lakin onun gözəl bir ssenari olması üçün süjetin strukturunu düzgün qurmaq lazımdır. Ssenarinin quruluşunu Corc Koqanın fikri ilə söyləmək yerinə düşərdi: “Birinci aktda sizin qəhrəman ağaca dırmaşır”. Təbii ki, burda söhbət əsas qəhrəmandan gedir. “Ağac” isə dramatik vəziyyəti təmsil edir. “İkinci aktda ona daşlar atın.” Daşların atılması dedikdə o, baş qəhrəmanın problemlərinin gücləndirməsini nəzərdə tutur. “Üçüncü aktda ona ağacdan düşməyə imkan verin.” Burada isə o baş qəhrəmanın problemlərini həll etməyi nəzərdə tutur. Bəziləri üçün bu, çox primitiv səslənir. Bu sxemə Şekspirin faciəsini uyğunlaşdırmağa cəhd edin. Yəqin, düşünərsiniz ki, bu ancaq güllə və bombalarla zəngin olan məşhur trillerlərə aiddir, amma elə deyil, bu, həqiqi incəsənət əsərlərinin hamısına aiddir. Yəni bütün ssenarilərə aiddir. İstər dramatik, istər faciə, istərsə də komik janr. Hər birinin öz yanaşma üsulunu nəzərə alsaq, bu sxemi istənilən əsərə uyğunlaşdıra bilərik. Sxem eyni qalır, ideya və məzmunda dəyişikliklər olur.
Davamı →
Davamı →