Stresi azaltmaq üçün
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bu qeydləri söz yığını olsun deyə qələmə almadım. Həqiqətən də, bu gün hər addımbaşı bizi izləyən, psixologiyamıza təsir edən, sağlamlığımızı əlimizdən alan əsəbi mənzərələrlə az qarşılaşmırıq. Lakin bu qanqaralığı evə, əzizlərimizin, doğmalarımızın yanına daşımamağa çalışmalıyıq. Unutmamalıyıq ki, evdə bizi övladımız, həyat yoldaşımız gözləyir və səmimi münasibət gözlədiyini unutmamalıyıq. Çünki sabahın insanı kimi yetişəcək övladlarımızı düşünməliyik. Bunun üçün də bədbinlik, gərginlik yükünü müvəqqəti də olsa, çiynimizdən atmalıyıq. Bir şeyi yadda saxlamalıyıq ki, uşaq körpə vaxtından fiziki baxımdan necə formalaşırsa, mənəvi cəhətdən də o cür formalaşıb, inkişaf edir.
Mətbuatda tez-tez müxtəlif ixtisas sahiblərinin necə və nə ilə qidalanmaq barədə verdikləri məsləhətlər dərc olunur. Sadəlövh adamlar, bunlara inanır, tətbiq etməyə başlayırlar, bəzən isə bu sadəlövhlüyün nəticəsi pozulmuş səhhət olur. Belə məqalələri həkimlər də yazırlar, amma onlar da adətən, qidalanma sahəsində mütəxəssis olmurlar. Belə əsassız məsləhətlərə dair izahat verməyi zəruri hesab edirik:
Stress və qidalanma. 1936-cı ildə Selye tərəfindən irəli sürülmüş «Stress» termini elmi cəmiyyət tərəfindən tamamilə və bir səslə ifşa olunmuşdu. Eləcə də bu termin gülüş hədəfinə çevrilmişdi. Selyeni bu mənasız və fırıldaq ideyadan əl çəkməyi dəfələrlə dilə tutmuşdular. İndi isə bu XX əsrin ən gözəl kəşflərindən biri hesab olunur.
Stress (ingiliscə stress — gərginlik) — güclü zədələyici amilin təsirindən törənib, orqanizmin həmin amilə qarşı müqavimət göstərməsinə və ya ona uyğunlaşmasına yönəlmiş mühafizə xarakterli qeyri-spesifik reaksiyalarının məcmusudur.
Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz — böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi.
Doğrudan da, ən müxtəlif xəstəliklər zamanı bir sıra oxşar qeyri-spesifik simptomlar müşahidə edilir. Hansı amilin törətməsindən asılı olmayaraq, orqanizmdə həddən artıq gərginlik hallarının hamısında hipofizin adrenokortikotrop hormonunun və bunun təsirindən böyrəküstü vəzilərin qabıq maddəsinin kortikoid hormonlarının sekresiyası artır.
Bütün böyük şəhərlərdə həyatın məcazi mənada quduzlaşmış ritmi hər gün orqanizmimizi üzür, əldən salır və sonra insanda stres və yorğunluğa gətirib çıxarır. Bəzən heç biz özümüz də hiss etmirik ki, gücümüz tükənmək üzrədir, odur ki, səbəbsiz narahatlıq, həyəcan hissi, inamsızlıq bizi bürüyür. Bizim bir çox xəstəliklərimiz, bu sonu bitməyən gərginliyimizin nəticəsində əmələ gəlir. Bu narahatçılıqdan qurtulmaq üçün müxtəlif yollardan istifadə etmək məsləhət görülür. Əlbəttə, biz bizi haqlayan xoşagəlməz hadisələrin baş verməsinə mane ola bilmərik ancaq biz bizi bürüyən gərginliyə qarşı mübarizə apara və onu aradan qaldıra bilərik .Gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırır, insana gümrahlıq gətirir, həm də qismən bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır.
İnsan psixoloji cəhətdən hazır olmadığı bir hadisə ilə qarşı-qarşıya gəldiyi zaman psixoloji cəhətdən gərginlik yaşayır və stres keçırır. Bəzən stres xroniki hal alır və belə hallar yaşayan insanlar alkoqol və siqaret və s. kimi pis vərdişlərə olan təlabatlarını daha da artırırlar. Stresi xroniki hall alan xəstələrin daha çox daxili psixoloji problemləri olur ki, bəzən bu problemin nə olduğunu özləri də dərk etməkdə çətinlik çəkirlər. Belə hallarda psixoloqa müraciət etmək məsləhətdi.
Bəs stresə qalib gəlmək üçün hansı üsullardan istifadə etmək olar? Bunun üçün müxtəlif üsullar mövcuddur.