Stressə qalib gəlmək

Stress nə deməkdir? İnsanın gündəlik həyatında qarşılaşdığı maddi və mənəvi problemlər qarşısında acizliyi və ya gözlənilməyən, fərdin gücü çatmayan gərginliklərin yaşanılması onun daxili tarazlığının pozulmasına — stresin yaranmasına səbəb olur. Belə olan halda insan hər hansı bir vəziyyətdən çıxış yolunu tapmaqda acizlik çəkir və nəticədə səhhətində ciddi problemlərlə üzləşir. Stress bəzən özündən asılı olmayan səbəblər üzündən də yaranır. Məsələn, müharibə şəraitində yaşayan, faciə ilə üzləşən insanlar yaşından asılı olmayaraq stresin ən ağır forması ilə üzləşdilər. Onların yaddaşında yaşadıqları faciələr, başlarına gələn müsibətlər daim canlanacaq və ömürləri boyu onlara əzab verəcək, incidəcək.
Ardı →

Stress illə mübarizə aparmağın 10 qaydası

Aşağıdakı 10 praktik tövsiyyəyə əməl etməklə stresə asanlıqla qalib gəlmək olar:
1. Düzgün nəfəs almağı bacarmalısınız. Düzgün nəfəs, ağır, dərin və səssiz olmalıdır. Nəfəsinizi verdikdə gərginliyiniz aradan qalxar və rahatlandığınızı hiss edərsiniz. Nəfəsi burundan alın, ağızdan verin.
2.  Gündə 10-15 dəqiqə davamlı şəkildə fiziki hərəkətlə məşğul olmaq da stersdən azad olmağa kömək edir.
3. İdeal çəkinizi saxlayın, həddindən artıq yağ, şəkər və duzdan uzaq durun. Yeməklərinizi kiçik loxmalarla yavaş-yavaş və çeynəyərək yeyin. Çoxlu su için.
4. Axşam eyni saatda yatıb, səhər eyni saatda durmağı vərdiş halına salın.
5. Yerinizə yatmaq üçün uzanın, sıxıntı, kədər, uğursuzluq və ya səhvləri çarpayınızda düşünüb həll etməyin.
6. Gün ərzində yaşadığınız gözəl anların bir neçəsini təkrar-təkrar xatırlayaraq, bu çəkildə yuxuya keçməyə çalışın.
7. Öz-özünüzlə müsbət dialoqlar qurun. Sülhsevər və xoş niyyətli olun.
8. Hər hansı bir problem haqqında düşünürsünüzsə, həmin problemi hissələrə ayırıb həll yollarını axtarın. Yenə də uyğun bir variant tapmasanız ümidinizi itrməyin, mütləq bir çıxış yolu vardır.
9. Stersə səbəb olan halları içinizdə saxlamayın, dostlarınızla, yaxınlarınıza bölüşün.
10. Əsəbi halda ani qərar verməyin. Qərar verərkən soyuqqanlı olun.
Bütün bu qeyd edilənlərə əməl etməklə streslə mübarizə aparmaq mümkündür. Çalışın stresdən uzaq olasınız, çünki stres bir çox xəstəliklərin yaranmasında mühüm rol oynayır.
Davamı →

Emosional yorğunluq

Uzun müddət bir-birini sevən insanlara «məsum» və «şirin» görünən şıltaqlıqlar, incimələr, tez həll olan problemlər bir müddətdən sonra dözülməz bir səhnəyə çevrilir. Sözünüz bir-birinin boğazından keçmir, aralığa səbəbsiz küsüşmələr düşür, bu cür yaşayışa nifrət edirsiz. Neqativ emosiyalar artdıqca, kiçik söz-söhbətlər böyük problemlərə çevrilir. İnsan artıq həyatdan, ümidlərindən, arzularından bezib, heç bir tutunacağı yeri olmadığını görüb, sevgilinə «əlvida» deməyə vadar olursan. Amma ayrılıq da çarə deyil. Çünki arada nə qlobal problem, nə də nifrət var. Bəs nədir?


Ardı →

Emosiya və işdə gərginlik

Sən demə, ünsiyyət tələb edən peşələr, məsələn, həkimlik, müəllimlik, satıcılıq, dəlləklik, kassirlik müəyyən mənada təhlükəli, hətta sağlamlıq üçün ziyanlı peşələrdir. Belə peşələrin təhlükəli olması daim danışmaq və vəziyyətə uyğun hərəkət etmək zərurətinin yaratdığı sinir pozğunluğu ilə bağlıdır.
Vaxt keçdikcə psixika güclü emosional sarsıntı yaşayır. Elə güclü sarsıntı ki, müəyyən məqamda, boş yerdə mənasız bir səbəb ucbatından insanı özündən çıxarır.
Ardı →

Həyatından bezmiş qız üçün məsləhətlər

Sənə həyat gündən-günə darıxdırıcı gəlir? Elə bil yaşamağa səbəb yoxdur? Gələcəyini qaranlıq görürsən, ətrafda sənə azacıq da olsa ümid verən heç bir şey yoxdur? Halbuki, sizi sabaha ruhlandıracaq o qədər səbəblər var ki… Sadəcə, siz onları bilmirsiniz və yaxud unutmusuz. Elə isə xatırlamağa dəyər…
Ardı →

Stresə qalib gəlməyin yolları

İnsan psixoloji cəhətdən hazır olmadığı bir hadisə ilə qarşı-qarşıya gəldiyi zaman psixoloji cəhətdən gərginlik yaşayır və stres keçırır. Bəzən stres xroniki hal alır və belə hallar yaşayan insanlar alkoqol və siqaret və s. kimi pis vərdişlərə olan təlabatlarını daha da artırırlar. Stresi xroniki hall alan xəstələrin daha çox daxili psixoloji problemləri olur ki, bəzən bu problemin nə olduğunu özləri də dərk etməkdə çətinlik çəkirlər. Belə hallarda psixoloqa müraciət etmək məsləhətdi.


Bəs stresə qalib gəlmək üçün hansı üsullardan istifadə etmək olar?  Bunun üçün müxtəlif üsullar mövcuddur.


Ardı →

Stress yaradan vəziyyətlər

Həyatımızda baş verən həm müsbət həmdə mənfi hallar bizdə stres yaradır. Stresin təsir gücünü qiymətləndirmək üçün psixoloqlar nisbi cədvəlləşdirmə metodu tədbiq edirlər. Qiymətləndirmə cədvəli tərtib edəndə həyat yoldaşınin ölümü bütün mümkün olan stres amillərinin ən güclüsü olaraq götürülür və 100 vahidlə nisbi qiymətləndirilir.


İndi isə belə bir cədvəllə sizi tanış etmək istəyirəm.


Ardı →