Az su içdiyinizi göstərən məqamlar

1. Ağız quruluğu
Kifayət qədər su içmədiyinizin ən vacib işarəsi ağız quruluğudur. Su çatışmazlığı, ağız quruluğundan əlavə ağız yapışqanlığına səbəb olur. Sudan aldığınız ilk damaldan ağız quruluğunun yox olduğunu görəcəksiniz. Daha çox su içmək istəyəcəksiniz.

2. Dəri elastikliyinin itməsi
İnsan bədəninin 70%-i sudan ibarətdir. Parıltılı dəri üçün bol su içməyə ehtiyac var. Dərinin elastikliyinin azalması, kifayət qədər su içmədiyinizi göstərir. Dərinin elastikliyini yoxlamaq üçün əlinizin üstündəki dərini yuxarı çəkin, əgər dəri həmin an yerinə qayıdırsa, kifayət qədər su içirsiniz.


Davamı →

Bədənimizin suya ehtiyacı olduğunu göstərən əlamətlər

Bədənimizin 65%-i sudan ibarətdir və bədənin su ehtiyacının qarşılaması üçün gündə 1.5-2 litr su içmək məsləhət görülür. Hətta hamiləlik, yüksək temperatur və məşq kimi vəziyyətlərdə bundan daha çox içmək lazım olur. Sağlam qalmağın təməl daşı olan su, bədənimizdə çatışmadığı zaman bəzi əlamətlər ortaya çıxarır. Bu əlamətləri nəzərə alıb tədbir görmək lazımdır.
Davamı →

Daha artıq içməyimiz günahdır

Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da… Su ilə bağlı danışarkən dahi Nizaminin dediyi bu beyt yada düşür. Artıq içiləndə dərd versə də, danılmaz həqiqətdir ki, canlı həyatın davamı üçün ən zəruri qaynaq sudur. Zəruri olduğun dərk etsək də, bir gün tükənəcəyini düşünə bilmirik. İstər məişətdə, istər iş həyatında sudan bolluca istifadə edirik. Məsələn, adicə dişlərimizi fırçalayanda, yaxud isti suyun gəlməsini gözləyəndə az su israf etmirik. İsrafçılığın qarşısını almaq üçün cəmiyyət olaraq inci saflığına incə münasibətimizi necə formalaşdıra bilərik?

Davamı →

Orqanizm üçün əvəzedilməz maddə- Su

Su orqanizm üçün ən əvəzedilməz maddədir. O bir sıra prosesləri tənzimləyir, demək olar ki orqanizmdə gedən bütün proseslərdə iştirak edir.

*  Vücud  temperaturunu  nizamlayır, orqanlardakı işə yaramayan maddələrin xaricə atılmasını, qidaların enerjiyə çevrilməsini təmin edir.

*   Su vücudun hər hüceyrəsində elektrik və maqnit enerjisi əmələ gətrir və insana yaşamaq gücü verir.

* Böyrəkləri çalıştdraraq toksinləri atmağımıza səbəb olur. Böyrəklərin sağlam qala bilməsi sudan asılıdır. Böyrək daşlarının əmələ gəlməsinin bir səbəbi də orqanizmin susuz qalmasıdır.

*   Qidaların, vitaminlərin, mineralların  həzmini, sorulmasını təmin edir. 


Ardı →