Balıqlar haqqında uşaqlar üçün

ADİ TİKANBALIQ

Bu balığın pulları olmur. Avropa çaylarında, dənizlərə yaxın yerlərdə yaşayır. Adi tikanbalıq acgöz olur. Çayın dibində yosundan qolbaq şəklində yuva düzəldir; dişi balıq həmin yuvada kürü tökür, yuvasının yanında dayanıb ona göz qoyur. Tez-tez üzgəclərinin hərəkəti ilə yuvasının suyunu dəyişdirir.


Davamı →

Delfinlər haqqında maraqlı məlumatlar

Delfinlər balıq deyil…
Suda yaşadıqlarına baxmayaraq delfinlər balıqlara deyil, insanlara daha yaxındır. Balıqlardan fərqli olaraq delfinlər övladlarını insanlar kimi dünyaya gətirir, onları südlə bəsləyir. Bundan əlavə onların pul əvəzinə, zərif və hamar dərisi var.
Onların beyni…
Delfinlərin beyninin çəkisi 1700 qramm təşkil edir. İnsanın beyninin çəkisi isə 1400 qramm. Doğrudur ağırlıq heç nəyi həll etmir. Ancaq aparılan araşdırmalar göstərmişdir ki, delfinlərin beynində sinir hüceyrələri insana nisbətən daha çoxdur.
Davamı →

Balığın ürəyi varmı?

Bizə əsla bənzəməyən məxluqlarda insanınkına çox oxşayan və təqribən eyni cür işləyən orqanların olmasını bəzən təsəvvürə gətirmək çox çətindir. Çoxları düşünür ki, balıq suda yaşayırsa və qanı soyuqdursa, deməli, onun daxili orqanları və ya hər hansı hissi yoxdur.

Əslində isə balığın daxili quruluşu istiqanlı ali heyvanların daxili quruluşuna çox oxşayır. Bir çox alimlərin fikrincə, bu oxşarlıq quruda həyatın dənizdən başlandığını isbat edir. Balıqlar nəfəs alır və qidanı həzm edir. Onların sinir sistemi var. Buna görə də ağrı hiss edir, fiziki narahatlıq keçirir. Onlar çox həssasdır. Dad bilir. Ən həssas yeri dərisidir. Baş hissəsində yerləşən burun deşiklərində iki kiçik iybilmə orqanı var. Balığın xarici eşitmə orqanı yoxdur. Gözləri onurğalıların başqa növlərində olduğu kimi olsa da, daha sadə quruluşa malikdir.
Davamı →