Su orucu

Su orucu son illərin ən populyar pəhrizidir. Su orucu ilə bağlı aparılan son araşdırmalar onun sağlamlıq üçün faydalı olduğunu göstərsə də, bu barədə elmi işlər yetərli səviyyədə deyil.
 
 Bir qrup alimlər hesab edir ki, su orucu daxili orqanların, dərinin təmizlənməsinə və yağların yandırılmasına təsir edir. Digər qrup isə orqanizmə ciddi zərər verdiyi qənaətindədir.
 
Su orucu necə tətbiq edilir?
Gün ərzində sudan başqa heç nə yemək və içmək olmaz. Oruc 24 saat ilə 72 saat davam edə bilər. Orucu 3 gündən artıq tutmaq istəyirsinizsə, bu, mütləq həkim nəzarətində aparılmalıdır. Su orucu hər kəsin orqanizmi üçün əlverişli olmaya bilər.
Davamı →